David Rabinoviç (ing. David Lincoln Rabinowitz; 1960) — Neptunxarici cisimlərin kəşfi üzrə tədqiqatlar aparan komandanın üzvü olan amerikan astronom.
Karyerası
David Rabinoviç Yerə yaxın və Koyper qurşağında yerləşən kosmik cisimlərin öyrənilməsi üçün proqram və kameraların təkmilləşdirilməsi üçün işlər görmüş və nəticədə ölçüsü 1 km-dən daha böyük olan cisimləri müşahidə etməyə imkan yaranmışdır.[1][2] Bununla yanaşı, onun fəaliyyəti nəticəsində kvazar və ifrat yeni ulduzlar haqqında da ətraflı məlumat əldə etmək mümkün olmuşdur. Bu məlumatlar əsasında Günəş sisteminin təkamülü və qalaktikaların genişlənməsinə imkan yaradan qaranlıq enerji daha yaxşı başa düşülmüşdür. Kvazar Ekvator Tədqiqat komandasından olan Mayk Braun və Çad Truyillo ilə birlikdə 90377 Sedna, Erida, Makemake kimi Neptunxarici cisimlərin kəşfi prosesində iştirak etmişdir.[3][4][5]
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- ↑ "David Rabinowitz overview". Archived from the original on November 6, 2005.
- ↑ Jane Platt (January 12, 2000). "Asteroid population count slashed" Arxivləşdirilib 2022-03-19 at the Wayback Machine. NASA. Retrieved July 1, 2016.
- ↑ Brown, Michael E.; Schaller, Emily L. (June 2007). "The Mass of Dwarf Planet Eris" Arxivləşdirilib 2018-10-16 at the Wayback Machine (PDF). Science. 316 (5831): 1585. Bibcode:2007Sci...316.1585B. doi:10.1126/science.1139415. PMID 17569855. Retrieved July 1, 2016.
- ↑ Brown, M. E.; Bouchez, A. H.; Rabinowitz, D.; Sari, R.; Trujillo, C. A.; van Dam, M.; et al. (October 2005). "Keck Observatory Laser Guide Star Adaptive Optics Discovery and Characterization of a Satellite to the Large Kuiper Belt Object 2003 EL61" Arxivləşdirilib 2017-09-08 at the Wayback Machine (PDF). The Astrophysical Journal. 632 (1): L45–L48.
- ↑ Mike Baldwin. "Eris: dwarf planet larger than Pluto" Arxivləşdirilib 2017-03-13 at the Wayback Machine. memphisgeology. Retrieved July 1, 2016.