David Andquladze 1895-ci ildə oktyabrın 15-də Gürcüstan Respublikasının Ozurqeti rayonunun Baxvi kəndində anadan olmuşdur. 1927-ci ildə Tiflis konservatoriyasını bitirmişdir. Səhnə fəaliyyətinə 1926-cı ildə Tiflisdə başlamış, 1927–29-cu illərdə Moskva Musiqili Teatrı və 1933–35-ci illərdə SSRİ Böyük Teatrının solisti, 1929–33; 1935–55-ci illərdə Gürcüstan Opera və Balet Teatrının aparıcı solisti və 1945–49-cu illərdə bədii rəhbəri olmuşdur. 1946–73-cü illərdə Tbilisikonservatoriyasında dərs demişdir. 1967–73-cü illərdə kafedra müdiri olmuşdur. David Andquladze 1973-cü ilin noyabrın 29-da Gürcüstan Respublikasının Tbilisi şəhərində vəfat etmişdir.[1]
Əsas partiyaları
Tariyel ("Tariyel haqqında dastan", Ş. Mşvelidze)
Abesalom, Malxaz ("Abesalom və Eteri", "Daisi", Z. Paliaşvili)