David (it.Il David) — 1501–1504-cü illərdə italyan rəssam, heykəltaraş və memarı Mikelancelo Buonarotti tərəfindən yaradılmış İntibah dövrünün şah əsərlərindən biridir. Ağ mərmərdən hazırlanmış heykəl 5.17 metr (17.0 ft)[2] hündürlüyündə çılpaq kişinin təsviridir. Əsərdə Florensiya incəsənətinin sevilən mövzularından biri olan[3], Bibliya qəhrəmanı David təsvir edilmişdir. Əslində Florensiya kafedralının damının şərq küncündə yerləşdirilməsi nəzərdə tutulan heykəl, Florensiya şəhər hökumətinin yerləşdiyi Palaçço Vekkonun qarşısında ucaldılmış, 8 sentyabr 1504-cü ildə açılışı olmuşdur.
Təsvir edilən qəhrəmanın xarakterindən irəli gələrək, əsərdə, bütün tərəflərdən rəqib dövlətlərlə əhatələnmiş və Mediçilərin hegemoniyası təhlüksəinə məruz qalan müstəqil şəhər dövlət olan Florensiya Respublikasında formalaşdırılmış vətəndaş hüquqlarının müdafiəçisi obrazı simvolizə edilmişdir. Davidin qəzəbli şəkildə bərəlmiş gözləri Romaya doğru istiqamətlənmişdir.[4] 1873-cü ildə heykəl yerindən götürülərək Florensiyadakı Təsviri Sənətlər Akademiyasına yerləşdirilmiş və yerinə sonradan düzəldilmiş bir nüsxəsi qoyulmuşdur.
Heykəlin tarixi 1501–1504-cü illərdə Mikelancelonun onu hazırlamasından əvvəl başlanır.[5] Mikelancelonun bu işə cəlb edilməsindən əvvəl, əksəri Florensiyanın məşhur ipək gildiyası Arte della Lananın üzvlərindən ibarət olan, Florensiya kafedralının ofis işləri üzrə müfəttişləri "Santa Maria Del Fiore" kafedralı üçün Əhdi-Ətiq qəhrəmanlarının 12 iri heykəlini sifariş etmək istəyirdilər.[6] Həmin heykəllərdən biri 1410-cu ildə Donatello tərəfindən hazırlanmış Yeşuanın heykəli olur, növbəti heykəl florensiyalı heykəltaraş Aqostino di Duçço tərəfindən 1463-cü ildə hazırlanmış Herkules heykəli olur. Tədqiqatçılar qeyd edirlər ki, Aqostino, bu heykəli Donatellonun nəzarəti altında işləmişdir.[7] Layihəni davam etdirmək niyyətində olan müfəttişlər, 1464-cü ildə Aqostinoya Davidin heykəlini işləməyi sifariş edirlər. Heykəl üçün nəzərdə tutulmuş mərmər blok Şimali Toskaniya ərazisində, Apuan Alp dağları ərazisində yerləşən Karrara şəhərindən gətirilir. Aqostino daşda ayaq yerlərini və bədən quruluşunu müəyyənləşdirmiş, daşın bəzi kubud çıxıntılarını qoparmış və gələcək iki ayaq arasında kiçik bir deşik açmışdır. Lakin, 1466-cı ildə Donatellonun ölümündən sonra, naməlum səbəbə görə Aqostino layihənin icrasından uzaqlaşdırılmışdır. On il sonra Antonio Rosselinoya eyni daş üzərində Aqostinonun qaldığı yerdən işə davam etmək tapşırılır.
Qısa müddət sonra Rosselino da Davidin heykəlinin hazırlanması işindən uzaqlaşdırılır və nəhəng mərmər bloku iyirmi beş il ərzində işlənməmiş vəziyyətdə kafedralın işlər həyətində saxlanılır. Bu cür nəhəng mərmər parçası təkcə öz yüksək qiyməti ilə deyil, həmçinin Florensiyaya gətirilməsinin çətinliyi ilə də diqqəti cəlb edirdi. Kafedralın, 1500-cü ilə aid işlər sənədində həmin daş "David adlandırılan məlum mərmər fiqur üçün nəzərdə tutulmuş daş kobud şəkildə həyətə tullanmışdır"[8] deyə qeyd edilir. Bir il sonra müfəttişlər bu nəhəng mərmər parçasından tamamlanmış sənət əsəri düzəltməyi öhdəsinə götürəcək sənətkar axtardıqlarını elan edirlər. Onlar "Nəhəng" adlandırdıqları bu mərmər blokunu "ayağa qaldırmaq üçün" bu işdə təcrübəsi və səriştəsi olan birini axtarırdılar. Leonardo da Vinçi də daxil olmaqla, bir neçə artıq özünü təsdiq etmiş sənətkarın bu işi öhdəsinə götürməsi məsələsi müzakirə edilsə də, sonda iş, müfəttişləri işin öhdəsindən gələ biləcəyinə inandırmış iyirmi altı yaşlı Mikelanceloya həvalə edilir. 16 avqust 1501-ci ildə Mikelancelo ilə yeni işi ilə bağlı müqavilə imzalanır.[9] Mikelancelo 13 sentyabrda, Bazar ertəsi günündən etibarən heykəli yonmağa başlayır. İki il ərzində o, məşhur Bibliya qəhrəmanının fiquru üzərində çalışır.
Yerin müəyyənləşdirilməsi
25 yanvar 1504-cü ildə heykəlin tamamlanmasına az qalmış, Florensiya rəhbərliyi altı ton çəkisi olan nəhəng mərmər fiqurun kafedralın damına qaldırılmasının çətinliklərini müzakirə etməyə başladı.[10] Onlar aralarında Leonardo da Vinçi və Sandro Botiçellinin də olduğu 30 florensiyalıdan ibarət komissiya yaratdılar ki, bu komissiya da, Davidin ucaldılmalı olduğu yeri müəyyənləşdirməli idi.[11] Heykəl üçün doqquz müxtəlif yerin müzakirə edilməsinə baxmayaraq, komissiya üzvləri iki qrup şəklində, iki müxtəlif məkana diqqət çəkməyə çalışırdılar. Bunlardan biri Leonardo da Vinçi və Pyero di Kozimonun dəstəklədiyi, Culiano de Sanqallonun rəhbərlik etdiyi qrup idi ki, bu qrup heykəl üçün Sinyorlar meydanındakıLanzi Lojasını münasib görürdü. Digər bir qrup isə, heykəlin Palaçço Vekkonun giriş qapısınən qarşısında ucaldılmasını məsləhət görürdü. Botiçelli tərəfindən dəstəklənən başqa bir fikirə görə isə heykəl Florensiya kafedralının yaxınlığında ucaldılmalı idi.[12]
1504-cü ilin iyununda heykəl Palaçço Vekkonun giriş qapısının sol tərəfində, Donatellonun tuncdan hazırladığı "Yudit və Holofernes" heykəlinin yerində ucaldılmışdır. Heykəli Mikelancelonun işlədiyi yerdən Palaçço Vekkonun qarşısına gətirmək (yarım mil ərazi) dörd günə başa gəlmişdi.
Sonrakı dövr
1873-cü ildə heykəl, zədələnmələrdən qorunması üçün Palaçço Vekkonun qarşısında 300 il ərzində dayandığı yerdən götürülərək Florensiya Təsviri sənətlər akademiyasına yerləşdirilmişdir. 1910-cu ildə heykəlin köhnə yerində onun yeni nüsxəsi ucaldılmışdır.
1991-ci ildə pencəyinin altında çəkic gizlətmiş əsəbi bir kişi heykələ hücum etmiş və bu hücumun qarşısı alınana kimi heykəlin sol ayağının barmaqlarını zədələyə bilmişdi.[13]
12 noyabr 2010-cu ildə Davidin şüşə-lifdən hazırlanmış bir nüsxəsi[14] yalnızca bir günlük Florensiya kafedralının damına yerləşdirilmişdir. 2010-cu ildə tarixi sənədlərin incələnməsindən sonra İtaliya Mədəniyyət Nazirliyi heykəlin mülkiyyət hüququnun tarixən yerləşdiyi Florensiya şəhərinə aid olmadığını bildirdi. Bu iddia Florensiyada qarışıqlığa və böyük müzakirələrə səbəb oldu.[15][16]
Heykəlin yanındakı kötük, 1504-cü ildə qızıl təbəqəsi ilə örtülmüşdü, başına isə zərli çələng qoyulmuşdu. Lakin bu bəzəklər indiyə qədər tapılmamışdır.[17]
Mikelancelonun "David"i özündən əvvəlki Davidlərdən əlində öldürülmüş Qoliafın başının olmaması ilə fərqlənir, halbuki, Donatello və Verrokkionun məşhur "David" heykəllərində bu detal buraxılmamışdı. Əksər tədqiqatçılar qeyd edirlər ki, əsərdə David döyüşdən əvvəl təsvir edilmişdir.[18] Qələbə qazanacağına əmin olan Davidin üzündə gərginlik və döyüşə hazırlıq görünür. Onun gərgin əzələləri, sərt duruşunu, bəlkə də döyüşmək istəyini göstərir. Yuxarı dodağı və burnu arasındakı əzələlər çox sıxdır; Davidin qaşları çatılmışdır və o, fikrini tamamilə edəcəyi işə yönləndirərək, gözlərini sanki otaqdakı bir yerə deyil, daha uzaqdakı bir məkana zillənmişdir. Onun sağ əlinin əzələləri çox gərgin görünsə də, ümumilikdə bədəni rahat pozada durmuş, sol əli ilə isə çiyninə aşırdığı sapandını tutmuşdur. Davidin bu pozası onun digər təsvirlərindəki pozalarına heç oxşamır; Donatello və Verrokkio hər ikisi qalib gəlmiş Davidi ayaq üstə, əlində öldürülmüş Qoliafın kəsilmiş başı ilə birgə təsvir etmişlər. Andrea del Kastaqno isə Davidi qələbədən sonra özünə arxayın oğlan kimi, ayağı altında Qoliafın başı ilə təsvir etmişdir.[19] Lakin heç bir Florensiya sənətkarı iki obrazı birgə təsvir etməmişdir. Onun üzündəki sərt ifadə ilə, rahat, sərbəst pozası arasındakı konstrast Mikelancelonun Davidi döyüşdən əvvəlki vəziyyətdə təsvir etməsini, lakin onun qazanacağı qələbəyə inandığını düşünməyə əsas verir. Onun çəkisinin əsas ağırlığı, İntibah incəsənətində geniş yayılmış prakitika əsasında işlənmiş, arxada olan ayaq üzərinə düşür. Bu vəziyyət şüurlu seçim və şüurlu hərəkəti təsvir edir.
Heykəlin detalları
Mikelancelonun Davidi qəhrəman çılpaq kişinin təsviri olan qədim yunan mövzusunun yeni interpretasiyada təqdim edilməsidir. Yüksək İntibam mədəniyyəti dövründə bu cür təzadlı pozalar antik heykəllərdən fərqləndirici xüsusiyyət kimi qəbul edilirdi. David bütün ağırlığını bir ayağının üstünə salaraq , digər ayağını bir qədər qabağa uzadaraq rahat şəkildə buraxmışdır. Bu klassik poza bir qədər sola əyilmiş başla çiyin arasında üçbucaq yaradır və bədənə bir qədər əyri forma verir. Ümumilikdə Mikelancelonun Davidi İntibah heykəltaraşlığının ən məşhur nümunəsi olmaqla güc və gənc oğlan bədəninin gözəlliyinin simvolu olmuşdur.
Mikelancelonun müasirlərini heyran edən, əsasən heykəlin böyük ölçüləri idi. Vazari əsərdən bəhs edərkən qeyd edir ki, "möcüzəvi şəkildə Mikelancelo artıq ölmüş bir həyatı bərpa etmişdir" və "istər Qədim Yunan və ya Latın əsərləri olsun, qədim və ya müasir olsun" David bütün heykəllər arasında ən iri həcmlisi və böyüyüdür deyə o, bildirir.[20] Davidin proporsiyaları da, Mikelancelonun digər əsərləri üçün xarakterik olmayan xüsusiyyətlərə malikdir; fiqur qeyri-adi dərəcədə böyük başa və əllərə (xüsusilə sağ əl daha çox diqqəti cəlb edir) malikdir. Ola bilsin, Mikelancelo əsərin kafedralın damına yerləşdiriləcəyini nəzərdə tutaraq əsas hissələrin uzaqdan daha yaxşı diqqətə çatması üçün belə proporsiya seçmişdir.
Çəkisi nəzərə alınsa, heykəl öndən arxaya istiqamətdə həddən artıq incə quruluşa malikdir. Ola bilsin ki, bu, Mikelancelonun daş üzərində işə başlamasından əvvəl aparılmış işlərlə bağlıdır.
Ola bilsin ki, hələ Mikelancelonun işə cəlb edilməsindən əvvəl David bir siyasi heykəl kimi nəzərdə tutulmuşdu.[21] Dəqiq bilinir ki, bu heykəl uzun müddət Florensiyada siyasi fiqur kimi qəbul edilmiş və güclü Bibliya qəhrəmanının, simvolik olaraq Florensiyadakı siyasi hakimiyyəti və insan haqqlarını qoruduğu düşünülmüşdür.[22]
Donatello tunc "David"i təxminən 1440-cı illərdə Mediçi ailəsi üçün işləmiş, 1494-cü ildə Mediçilərin Florensiyadan sürgün edilməsindən sonra, Signorianın qərarı ilə heykəl Palaçço Vekkonun qarşısında ucaldılmışdır. Mikelancelonun Davidini Donatellonun Davidinin yerinə yerləşdirməklə, respublika rəhbərliyi sanki, Mediçilərin incəsənətinə layiqli cavab vermiş olduqlarını düşünürdülər.
Tədqiqatçılar Davidin yaxşı vəziyyətdə dövrümüzə çatmış penisinə də diqqət yetirir və onun yəhudi "Brit Mila" ənənəsinin əksinə olaraq sünnət edilmiş olmadığını, əksinə bunun İntibah mədəniyyətinə uyğun şəkildə göstərildiyini bildirirlər.[23]
Konservasiyası
1991-ci ildə "David", pencəyinin altında çəkic gizlətmiş qəzəbli kişinin hücumuna məruz qalmışdır.[13] Bu hücum nəticəsində "David"in sol ayağının barmaqları zədələnmişdir. Heykəldən qopmuş hissələrin tədqiq edilməsi nəticəsində, alimlər müəyyən etmişlər ki, "David"in hazırlanması üçün istifadə edilmiş mərmər blok Şimali Toskaniya ərazisində, Apuan Alp dağları ətəyində yerləşən Karrara şəhərindən gətirilib. Mərmər çoxlu mikroskopik deşiklərə malikdir ki, bu da onun adi mərmərlə müqayisədə daha tez çirklənməsinə və xarab olmasına gətirib çıxarır. Mərmərin deqradasiyası səbəbiylə 1843-cü ildən bəri ilk dəfə 2003–2004-cü illərdə ilk dəfə heykəl əsaslı təmizlənmək üçün yerindən götürülmüşdür. Bəzi mütəxəssislər qeyd edirlər ki, heykəlin təmizlənməsi üçün sudan istifadə edilməsi onun daha tez xarab olmasına səbəb ola bilər. Dr. Franka Falletinin rəhbərliyi altında, restavratorlar Monika Eyxmann və Sinzia Parnigioni heykəlin təmizlənərək bərpa olunması işini həyata keçirmişlər.[24]
2008-ci ildə heykəlin Florensiya Təsviri Sənətlər Akademiyasına gələn turistlərin ayaq zərbələrindən əmələ gələn titrəmələr nəticəsində zədələnməsinin qarşısının alınması üçün xüsusi plan hazırlanmışdır.[25]
Müxtəlif dövrlərdə heykəlin çoxlu nüsxələri yaradılmışdır. Onlardan ən çox diqqət çəkəni Viktoriya və Albert Muzeyində saxlanan gipsdən hazırlanmış nüsxədir ki, bu nüsxə əncir ağacı yarpağı ilə digərlərindən fərqlənir. Əncir ağacıKraliça Viktoriyanın heykəli birinci dəfə görərkən çılpaqlığından şoka düşməsindən sonra hazırlanmış və kraliçanın, eləcə də digər vacib şəxslərin muzeyi ziyarət etməsi zamanı "David"in penisini örtmək üçün istifadə edilir.[26]
XX əsrdə Mikelancelonun "David"i ikonik mədəni simvollardan birinə çevrilmişdir.[27] Onun şüşə, gips, mərmər və sair müxtəlif materiallardan hazırlanmış[28] yüzlərlə kopyaları, ən müxtəlif ölkələrdə, müxtəlif məkanların bəzədilməsi üçün istifadə edilməkdədir.[29]
Mikelancelo meydanı, Florensiya
Viktoriya və Albert Muzeyi, London
Langelinie Promenade, Kopenhagen
Prado meydanı, Marsel
Hans-Peter Feldmann, David (2006) Köln - 2010-cu ildən Duisburq
Palaçço Vekko, Florensiya
İstinadlar
Ədəbiyyat
Goffen, Rona, Renaissance Rivals: Michelangelo, Leonardo, Raphael, Titian, New Haven: Yale University Press, 2002.
Hall, James, Michelangelo and the Invention of the Human Body New York: Farrar, Straus and Giroux, 2005.
Hartt, Frederick, Michelangelo: the complete sculpture, New York: Abrams,1982.
Hibbard, Howard. Michelangelo, New York: Harper & Row, 1974.
Hirst Michael, "Michelangelo In Florence: David In 1503 and Hercules In 1506," The Burlington Magazine, 142 (2000): 487–492.
Pope-Hennessy, John, Italian High Renaissance and Baroque Sculpture. London: Phaidon, 1996.
Levine, Saul, "The Location of Michelangelo's David: The Meeting of January 25, 1504, The Art Bulletin, 56 (1974): 31–49
Seymour, Charles, Jr. Michelangelo's David: a search for identity (Mellon Studies in the Humanities), Pittsburgh: University of Pittsburgh Press, 1967.
Vasari, Giorgio, Lives of the Artists (Penguin Books), "Life of Michelangelo", pp. 325–442.
↑Əksər mənbələr "David" heykəlinin hündürlüyünü düz göstərmir və bu yanlışlıq incəsənət tarixi ilə bağlı bir çox ədəbiyyatlarda özünə yer tapıb. Heykəlin dəqiq ölçüləri yalnız 1998–1999-cu illərdə Stanford Universitetindən bir qrup elm adamının heykəli tədqiq edərək 3D şəkillərini çəkməsindən sonra müəyyənləşdirilmiş, heykəlin o vaxta qədər bütün ədəbiyyatlarda qeyd ediləndən daha hündür olduğu qeyd edilmişdi. Bax [1]Arxivləşdirilib 2017-10-10 at the Wayback Machine və [2]Arxivləşdirilib 2017-10-10 at the Wayback Machine
↑Bu fikir ilk dəfə Saul Levine "The Location of Michelangelo's David: The Meeting of January 25, 1504, The Art Bulletin 56 (1974): 31–49 mənbəsində nəşr edilmişdir. Həmçinin bax: J. Huston McCulloch, David: A New PerspectiveArxivləşdirilib 2012-02-24 at the Wayback Machine, (2007) accessed 15–06–2013
↑Davidin mənşəyi Seymour tərəfindən 1967-ci ildə nəşr etdirilmiş tədqiqatda müzakirə edilmişdir.
↑Charles Seymour, Jr. "Homo Magnus et Albus: the Quattrocento Background for Michelangelo's David of 1501–04," Stil und Überlieferung in der Kunst des Abendlandes, Berlin, 1967, II, 96–105.
↑Giovanni Gaye, Carteggio inedito d'artisti del sec. XIV, XV, XVI, Florence: 1839–40, 2: 454 and Charles Seymour, Michelangelo's David: A Search for Identity, Pittsburgh: Pittsburgh University Press, 1967, 134–137, doc. 34.
↑Gaetano Milanesi, Le lettere di Michelangelo Buonarroti pubblicati coi ricordi ed i contratti artistici, Florence, 1875, 620–623: "…the Consuls of the Arte della Lana and the Lords Overseers being met Overseers, have chosen as sculptor to the said Cathedral the worthy master, Michelangelo, the son of Lodovico Buonarrotti, a citizen of Florence, to the end that he may make, finish and bring to perfection the male figure known as the Giant, nine braccia in height, already blocked out in marble by Maestro Agostino grande, of Florence, and badly blocked; and now stored in the workshops of the Cathedral. The work shall be completed within the period and term of two years next ensuing, beginning from the first day of September next ensuing, with a salary and payment together in joint assembly within the hall of the said of six broad florins of gold in gold for every month. And for all other works that shall be required about the said building (edificium) the said Overseers bind themselves to supply and provide both men and scaffolding from their office and all else that may be necessary. When the said work and the said male figure of marble shall be finished, then the Consuls and Overseers who shall at that time be in authority shall judge whether it merits a higher reward, being guided therein by the dictates of their own consciences."
↑The statue has not been weighed, but an estimate of its weight was circulated in 2004, when the statue was cleaned. See a CBS news report of 8 March 2004Arxivləşdirilib 18 may 2013 at the Wayback Machine.
↑Müzakirə mətni Covanni Gaye, Carteggio inedito d'artisti del sec. XIV, XV, XVI, Florence, 1839–40, 2: 454–463 tərəfindən nəşr edilmişdir. Sənədin ingilis dilinə tərcüməsi üçün, Seymour, Michelangelo's David, 140–155 and for an analysis, see Saul Levine, "The Location of Michelangelo's David: The Meeting of January 25, 1504, Art Bulletin 56 (1974): 31–49; N. Randolph Parks, "The Placement of Michelangelo's David: A Review of the Documents," Art Bulletin, 57 (1975) 560–570; və Rona Goffen, Renaissance Rivals: Michelangelo, Leonardo, Raphael, Titian, New Haven, 2002, 123–127.
↑Heykəlin əlavə bəzəkləri həmin ilin yayında əlavə edilmişdi: qələbə əklili, kötüyün qızıl üzü, əncir yarpağından kəmər. Goffen 130.
↑ 12"a man the police described as deranged broke part of a toe with a hammer, saying a 16th century Venetian painter's model ordered him to do so." Cowell, Alan. "Michelangelo's David Is Damaged"Arxivləşdirilib 2009-02-11 at the Wayback Machine. New York Times, 1991–09–15. Retrieved on 2008–05–23.
↑Giorgio Vasari, Le vite de' più eccellenti pittori, scultori e architettori nelle redazioni del 1550 e 1568, ed. Rosanna Bettarini and Paola Barocchi, Florence, 1966–87, 6: 21.
↑A. Synnott, Pink Flamingoes: Symbols and Symbolism in Yard Art, 1990.
↑" You need not travel to Florence to see Michelangelo's David. You can see it well enough for educational purposes in reproduction," asserted E. B. Feldman in 1973 (Feldman, "The teacher as model critic", Journal of Aesthetic Education, 1973).
↑That "typical examples of kitsch include fridge magnets showing Michelangelo’s David." is reported even in the British Medical Journal (J Launer, "Medical kitsch", BMJ, 2000)
Este artículo o sección necesita referencias que aparezcan en una publicación acreditada.Este aviso fue puesto el 20 de diciembre de 2020. Teatro por CorrespondenciaДописно позориштеDopisno pozorište Teatro por Correspondencia - escudo de armas propuesto País: Serbia Ubicación: Oblačića Rada 17, Novi Sad Fundador: Mladen Dražetin Gerente: Vladimir Stojanov Fecha de fundación: 1973. Periodo de acción: 1973. – hoy Página web: sites.google.com/site/dopisnopozoriste ...
الحركة الوطنية المغربية هي حركة اجتماعية سياسية حضرية ولدت في ثلاثينيات القرن العشرين، لمناهضة الحماية الفرنسية والإسبانية على المغرب، واستمرت هذه المقاومة السياسية المطالبة بالاصلاحات والمساواة مع الفرنسيين المقيمين بالمغرب، لكن رفض سلطات الحماية لهذه المطالب أدى إل...
هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (أبريل_2013) التأثير الميكانيكي الضوئي هو التغير في شكل المادة عندما تتعرض لـ الضوء. أول من كتب عن التأثير الميكانيكي الضوئي هو ألكسندر غراهام بيل (Alexander Graham Bell) وذلك عام 18...
محمد سالمان الزملوط محافظ الوادي الجديد في المنصبفبراير 2017 – حتى الآن اللواء / محمود عشماوي رئيس هيئة البحوث العسكرية في المنصبديسمبر 2016 – فبراير 2017 اللواء / شريف فهمي بشارة قائد المنطقة الشمالية العسكرية في المنصبيوليو 2014 – ديسمبر 2016 اللواء / سعيد عباس اللواء / مح...
فادجانو الإحداثيات 40°24′58″N 17°23′19″E / 40.41616°N 17.38861°E / 40.41616; 17.38861 [1] تقسيم إداري البلد إيطاليا[2] التقسيم الأعلى مقاطعة تارانتو خصائص جغرافية المساحة 21.06 كيلومتر مربع (9 أكتوبر 2011)[3] ارتفاع 56 متر عدد السكان عدد السكان 34...
Model chassis detail Brooklin Models Ltd, since 1974, is the largest producer of handmade white metal 1:43 scale miniature models. Selections are normally vintage American cars and trucks. Brooklin Models is located in Bath, England, and all models are currently produced there.[1] Unlike high-volume, mass-produced models, all of Brooklin's models are hand-built in small quantities, and most of its models are made using white metal. History The first home of Brooklin Models was the Can...
Giovanni di Bicci de’ Medici Giovanni di Bicci de’ Medici (* 1360; † 1429) war ein Florentiner Händler und Bankier, der sich durch geschickte Geschäftsbeziehungen ein großes Vermögen erworben hatte. Er war Neffe des Bankiers Vieri di Cambio de’ Medici und Vater von Lorenzo und Cosimo de’ Medici. Giovanni stammte aus einem relativ unbedeutenden Zweig der Medici-Familie, den Bicci (de’ Medici). Sie waren weitgehend durch den politischen Prestigeverlust infolge des Ciompi-Aufstan...
Confédération paysanne Cadre Forme juridique Syndicat But Une agriculture paysanne, respectueuse de l'environnement, de l'emploi agricole et de la qualité des produits. Zone d’influence France Fondation Fondation 29 avril 1987 [1] Origine Union de la FNSP et de la CNSTP Identité Siège 104 rue Robespierre93170 Bagnolet Secrétaire général Véronique Marchesseau Porte-parole Laurence Marandola Affiliation européenne Coordination paysanne européenne Affiliation internationale Via Camp...
Aty KodongLahirNur Aty25 Desember 1986 (umur 36)Tongke-Tongke, Kepulauan Selayar, Sulawesi Selatan, IndonesiaNama lainAty KodongPekerjaanPenyanyi, Komedian, AktrisKarier musikGenreDangdutTahun aktif2014–sekarang Nur Aty (Makassar: ᨊᨘ ᨑ ᨕ ᨈᨗ) atau yang lebih populer dengan nama Aty Kodong (lahir 25 Desember 1986) adalah seorang penyanyi berkebangsaan Indonesia. Ia merupakan runner-up D Academy (musim pertama) dan finalis di D'Academy Asia.[1] D'Academy 1 Peserta...
Insignia del conde de la sagrada dádiva en la Notitia dignitatum: bolsas de monedas y lingotes de mineral que simbolizan su control sobre minas y casas de la moneda, así como el codicilo de su nombramiento. El conde de la sagrada dádiva (en latín, comes sacrarum largitionum o comes sacrae largiti ---literalmente, conde de la(s) sagrada(s) largueza(s)---, en griego, κόμης τῶν θείων θησαυρῶν ---literalmente conde de los sagrados tesoros), era uno de los principales fu...
Pertanian Umum Agribisnis Agroindustri Agronomi Ilmu pertanian Jelajah bebas Kebijakan pertanian Lahan usaha tani Mekanisasi pertanian Menteri Pertanian Perguruan tinggi pertanian Perguruan tinggi pertanian di Indonesia Permakultur Pertanian bebas ternak Pertanian berkelanjutan Pertanian ekstensif Pertanian intensif Pertanian organik Pertanian urban Peternakan Peternakan pabrik Wanatani Sejarah Sejarah pertanian Sejarah pertanian organik Revolusi pertanian Arab Revolusi pertanian Inggris Revo...
18th century village lock-up in Smisby, Derbyshire, England Smisby lock-up“the most typical survival in the county”TypeVillage lock-upLocationSmisby, DerbyshireCoordinates52°46′06″N 1°29′05″W / 52.7682°N 1.4846°W / 52.7682; -1.4846Builtlate 18th century Listed Building – Grade II*Official nameThe Lock Up (Round House)Designated19 January 1967Reference no.1281737 Location of Smisby lock-up in Derbyshire The lock-up (or roundhouse) in Smisby, Derby...
2003 single by Electric Six Gay BarSingle by Electric Sixfrom the album Fire B-side Don't Be Afraid of the Robot Take Off Your Clothes The Living End ReleasedJune 2, 2003 (2003-06-02)[1]Genre Garage punk[2] garage rock[3] Length2:20LabelXLSongwriter(s)Tyler SpencerProducer(s) Stuart Bradbury Damien Mendis Electric Six singles chronology Danger! High Voltage (2002) Gay Bar (2003) Dance Commander (2003) Gay Bar is a song by American rock band Electric Six....
Galat: no context parameter provided. Use {{other uses}} for other uses hatnotes. (bantuan). CanalettoLahirGiovanni Antonio Canal(1697-10-28)28 Oktober 1697Venice, Republik VenesiaMeninggal19 April 1768(1768-04-19) (umur 70)Venice, Republik Venesia (sekarang Italia)KebangsaanItaliaPendidikanLuca CarlevarisDikenal atasSeni landskap, etsaPatron(s)Owen SwinyJoseph Smith Giovanni Antonio Canal (28 Oktober 1697 – 19 April 1768),[1] yang lebih dikenal sebagai Canaletto (bahasa I...
Australian martial artist George SotiropoulosBorn (1977-07-09) 9 July 1977 (age 46)Geelong, Victoria, AustraliaHeight5 ft 10 in (1.78 m)Weight155 lb (70 kg; 11.1 st)DivisionLightweight (2009–present) Welterweight (2007–2008)Reach71 in (180 cm)StanceOrthodoxTeamImpact Jiu-jitsu[1] American Top Team (2012–2016)[2][3] Omega Jiu Jitsu & MMA (2018–present)[3]Rank2nd degree black belt in Brazilian jiu-jitsu und...
Swedish football club Football clubIF HagaFull nameIdrottsföreningen HagapojkarnaFounded1920 (as IF Hagapojkarna)GroundStrömsbergsvallenLjungarum Jönköping SwedenChairmanChristina FritzHead CoachJohan SvedbergCoachAnders WikmanLeagueDivision 3 Mellersta Götaland,2013Division 3 Nordöstra Götaland, 2nd Home colours Away colours Previous logo IF Haga, also known as IF Hagapojkarna, is a Swedish football club located in Jönköping.[1] Background Idrottsföreningen Hagapojkarna wer...
Artikel ini membutuhkan rujukan tambahan agar kualitasnya dapat dipastikan. Mohon bantu kami mengembangkan artikel ini dengan cara menambahkan rujukan ke sumber tepercaya. Pernyataan tak bersumber bisa saja dipertentangkan dan dihapus.Cari sumber: Dusun Bungo – berita · surat kabar · buku · cendekiawan · JSTOR Untuk kegunaan lainnya, lihat Dusun (disambiguasi). Artikel ini adalah bagian dari seriPembagian administratifIndonesia Tingkat I Provinsi ...
Class of enzymes derived from pineapples Bromelain is an enzyme extract derived from the stems of pineapples, although it exists in all parts of the fresh plant and fruit. The extract has a history of folk medicine use. As a culinary ingredient, it may be used as a meat tenderizer. The term bromelain may refer to either of two protease enzymes extracted from the plants of the family Bromeliaceae, or it may refer to a combination of those enzymes along with other compounds produced in an extra...