DataMatrix — ağ-qara elementlər və ya bir neçə müxtəlif parlaqlıq dərəcəli elementlərindən təşkil olunan ikiölçülü matris ştrixkod. Adətən kvadrat və ya düzbucaqlı (dördbucaqlı) formaya malikdir. Matris ştrixkodu mətnin kodlaşdırılması üçün nəzərdə tutulmuşdur. Sənayedə və ticarətdə bir neçə baytdan 2 kilobayta qədər olan məlumatları kodlaşdıran bit matrislərindən istifadə edilir. İstəkdən asılı olaraq matrisi printerdə yüzlərlə kilobayt həcmlə çap etmək və sonra onları fotoaparatların köməyi ilə kifayət qədər yüksək dəqiqliklə oxumaq olar. Bu matrislərin tərkibində milyonlarla piksel var. Perfokartlar matrislər şəklində ştrixkod nümunəsidir.
Bit matrislərdən olan, "Data Matrix", RVSI/Acuity CiMatrix (hal-hazırda Siemens AG konsernin bir hissəsi) şirkəti tərəfindən hazırlanmışdır. Kod elektronika, avtomobil istehsalı, yeyinti sənayeləri, aviakosmik və müdafiə sənayesi, energetika maşınqayırması kimi sahələrdə istifadə olunur[1]
Həmçinin bu kodlar reklam və əyləncə sferalarında da tətbiq edilir. DataMatrix-in köməyi ilə həm mətn kimi kodlaşdırma, həm də bu kodlaşmanın başqa tipləri — veb-istinadlar, elektron poçt ünvanları, telefon nömrələri və SMS kimi mətn yönümlü məlumatlar kodlaşdırıla bilər.
Standartlar
Hal hazırda DataMatrix ISO standartları ilə təsvir edilir, ISO/IEC16022 — International Symbology Specification, Data Matrix bir çox sahələrdə istifadə edilə bilər, bu o deməkdir ki, format istifadəsi azaddır və hər hansı lisenziya tələb olunmur.
ISO/IEC 15418:1999 — Symbol Data Format Semantics
ISO/IEC 15434:1999 — Symbol Data Format Syntax
ISO/IEC 15415–2-D Print Quality Standard
Lakin kodlaşdırma prosesi ödənişlidir. Sənədləşməni elektron formada PDF formatında və ya kağız formasında ISO təşkilatının saytından (iso.org) əldə etmək olar[2].