Danimarkalı Aleksandra (ing. Alexandra Caroline Marie Charlotte Louise Julia; 1 dekabr 1844[1][2][…] – 20 noyabr 1925[1][2][…], Sandrinqem sarayı[d], Norfolk qraflığı[4]) — Danimarka kralı IX Kristianın qızı, Britaniya kraliçası və Hindistan imperatriçası.
10 mart 1863-cü ildə Kraliça Viktoriyanın böyük oğlu və Britaniya taxt-tacının varisi Şahzadə Albert Edvardla evləndirildi. Həmin il atası IX Kristian Danimarka taxt-tacına, qardaşı I Georq isə Yunanıstan taxt-tacına sahibləndi. Toy mərasiminin ardından Uels şahzadəsi ünvanı aldı və siyasi hadisələrdən uzaq qalmağa çalışdı. Kraliça Viktoriyanın vəfatının ardından, 1901-ci ildə əri taxta çıxdı və Aleksandra Britaniya kraliçası oldu. Ancaq ərinin qısa səltənətinin ardından böyük oğlu V Georq taxta çıxarıldı. Aleksandra oğlunun səltənətində 1925-ci ildə vəfat etdi.
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!