Danimarka-İslandiya Birləşmə Aktı — 1 dekabr 1918-ci ildə Danimarka və İslandiya Altinqi arasında imzalanmış akt. Bu akt sayəsində Danimarka kralı X Kristian həm də İslandiya kralı olurdu, xarici münasibətlərin Danimarkanın öhdəliyinə keçməsi şərtilə İslandiya müstəqil dövlət elan olunurdu. Akt tərəflərə şərtlər dəyişərsə aktdan çəkilmək imkanı verirdi. Bunun sayəsində İslandiya krallığı 1944-cü ildə ləğv olunmuşdu. [1]
İstinadlar