Dananq[5] (vn. 城舖沱灢) — Vyetnamın mərkəzi hissəsində yerləşən liman şəhəri. Dananq Cənubi Çin dənizinə at nalı kimi açılan körfəzdə yerləşir. Vyetnamın ən böyük liman şəhəri, Nam Trunq Bo bölgəsinin isə ən böyük şəhəridir.
Coğrafiya
Hündürlüyü 1.413 metrəyə çatan Annam dağlarının (Truong-Son) şimal-qərbini bağlamasını baxmayaraq şəhər qış mussonlarından böyük şəkildə təsirlənir. Şərqdən Tyen Sa yarımadası (Ben Dao) və 700 m yüksəkliyə çatan Dananq burnu ilə əhatə olunmuşdur. Şəhərin şimalında
Tarixi
1787-ci ildə Conson adaları ilə birlikdə Fransaya verilmişdir. 1858-ci ildə Fransa tərəfindən yenidən işğal edilmişdir. 1954-cu ildə Vyetnamın bölünməsi ilə birlikdə Şimali Vyetnam şəhəri olmuşdur.
1960-cı illərdə burada ipək toxuculuğu fabrikləri açılmışdır. 1970-ci illərdə isə içki fabrikləri qurulmuşdur. 1965-ci ildə ABŞ-nin əlinə keçən şəhər hərbi baza kimi istifadə edilmişdir və əhəmiyyəti artmışdır. Buddist güclərinin əlinə keçən Dananqda general Nquyen Çao Ki (aprel 1966) tərəfindən hökumətə qarşı üsyan qaldırdı. Nyugen şəhəri ələ keçirmişdir (may 1966). Dananq 1975-ci ilin aprelində Şimali Vyetnam tərəfindən alınmışdır.
1980-ci illərdə Vyetnamın ən müasir liman şəhərinə çevrilmişdir. 1976-cı ildə bir xəstəxana açılmışdır. Ho Şi Min şəhərinə (Sayqon) və Hanoy şəhərlərinə dəmiryolu və quru yolu ilə əlaqələnir. Vyetnam müharibəsi zamanı amerikalılar tərəfindən hərbi baza kmi qurulan Dananq hava limanı Vyetnamın ən böyük 3-cü hava limanıdır.
Şəhərdə Şam ağacı muzeyi və buddist məbədləri yerləşir.
Qardaş şəhərlər
- Semaranq, İndonezya[6]
- Yaponiya Kavasaki, Yaponiya[7]
- İvaki, Yaponiya
- Şiouzoku, Yaponiya
- Kaqaşima, Yaponiya
- Okinava, Yaponiya
- Şandonq, Çin
- Xiansu, Çin
- Sindao, Çin
- Makao, Çin
- Kaosinq, Tayvan
- Hay Ponq, Vyetnam
- Oakland, ABŞ
- Takoma, ABŞ
- San Dieqo, ABŞ
- San Fransisko, ABŞ
- Cersi, ABŞ
- Pittsburq, ABŞ
- Nyukasl, Avstraliya
- İzmir, Türkiyə
- Yaroslavl, Rusiya[8]
Qalereya
İstinadlar