D (proqramlaşdırma dili)

D (ing. D programming language) – obyekt-yönlü, imperativ proqramlaşdırma dillərindən biridir.

D proqramlaşdırma dili

2001-ci ildə Digital Mars şirkətinin əməkdaşı Volter Brayt (Walter Bright) tərəfindən işlənib hazırlanıb. Öncə C++ dilinin yenidən mühəndisliyi (RE-ENGINEERING) kimi düşünülüb, ancaq C++ dilinin önəmli təsirinin olmasına baxmayaraq, onun variantı deyil. D dilində C++ dilinin bəzi xassələri yenidən reallaşdırılıb, eləcə də Java, Python, Ruby, C#Eiffel kimi başqa proqramlaşdırma dillərinin də təsirinə məruz qalıb.

D dilinin yaradılmasında kompilyasiya olunan proqramlaşdırma dillərinin məhsuldarlığı ilə dinamik dillərin təhlükəsizliyi və ifadəliliyini birləşdirməyə cəhd edilib. Bu dildə yazılmış kod, adətən, C++ dilindəki ekvivalent kod kimi sürətlə işləyir, eyni zamanda D dilindəki proqram daha qısa olur və yaddaşa təhlükəsiz erişməni təmin edir.

Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Xarici keçidlər

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!