122 mm-lik D-30 haubitsa — sovet istehsalı olan top. 1963-cü ildə ilk dəfə Sovet ordusunda xidmətə qəbul olunmuşdur. Maksimum atəş məsafəsi 15.4 km-dir.
Variantları:
2A18
2A18M
2A18M1
2A31
2A32
Üç ədəd dayaq üzərində dayanır və 360 dərəcə çevrilərək atəş aça bilir. Bu toplar hal-hazırda da 60-dan çox ölkənin silahlı qüvvələrində istifadə olunur və istehsalı da davam etdirilir.
Düşmənin açıqda və qorunan yerlərdə olan canlı qüvvəsini məhv etmək;
Düşmənin piyada hissələrinin atəş vasitələrini məhv etmək;
Düşmənin DZOT və başqa istehkamlarını məhv etmək;
Minalanmış ərazilərdə və tikanlı səddlərdə yol acmaq;
Düşmənin motomexaniki vasitələri və tankları ilə mübarizə aparmaq.
Haubitsa ayrılmış giliz–mərmi doldurulması sistemi ilə qurulmuşdur. Lafetin quruluşu dairəvidir. Haubisa qoşqulu təkərli və qoşqulu tırtıllı texnika ilə atəş zonasına çatdırılır. Normal sürət rəvan yolda 80 km–dır. Habelə lafet qarlı ərazılərdə təkər əvəzinə xizəklə də təmin oluna bilir. Lakin xizəklə atəş acmaq olmur.
Ballistik göstəricilər
Çapı- 122 mm
Çəkisi: 3200 kq
Uzunluğu: 5400 mm
Gövdə uzunluğu: 4660 mm
Eni:1900 mm
Hündürlüyü: 1600 mm
Heyət sayı: 6 nəfər
Lülənin qalxma bucağı: -7°...+70°
Lülənin fırlanma dərəcəsi: 360°
Qundaq qollarının sayı: 3 ədəd
Qəlpələnən-fuqas mərmisinin başlanğıc sürəti - bütöv atımla 690 metr/saniyə
Qəlpələnən-fuqas mərmisinin başlanğıc sürəti - azaldılmış atımla 270—565 metr-san.
Kumulyativ mərminin başlanğıc sürəti - 740 metr-san.