Bu adın digər istifadə formaları üçün bax:
Qırıqlı .
Dönük Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Dönük Qırıqlı kənd inzibati ərazi dairəsində kənd.[ 3]
Toponimikası
Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XVIII əsrin axırlarında Düz Qırıqlı kəndindən köçüb gəlmiş ailələr salmışlar. Oronimin ikinci komponenti (qırıqlı ) oğuz tayfalarından birinin adı ilə bağlıdır. Dönük komponenti isə düz sözünun qarşılığı kimi "əks tərəf" və ya qədim türk dilinin dil vahidi olan tanuq sözünun ifadə etdiyi "dik" mənası ilə əlaqədardır. 1917-ci ildə həmin komponent Danuk variantında qeydə alınmışdır.[ 4]
Tarixi
Tarixi abidələri
Dönük Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
İnventar №
Abidənin adı
Tarixi
Yerləşdiyi ünvan
Növü
Əhəmiyyət dərəcəsi
1799
Töyrətəpə yaşayış yeri[ 5]
Eneolit
Dönük Qırıqlı kəndindən şərqdə
Arxeoloji
Ölkə
1800
Məntəjtəpə yaşayış yeri[ 6]
Eneolit
Dönük Qırıqlı kəndindən şimal-şərqdə
Arxeoloji
Ölkə
Coğrafiyası və iqlimi
Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisi
İl
Daimi əhali
Kişilər
Qadınlar
1999 [ 7]
3502
1766
1736
2009 [ 8]
↗3770
↗1883
↗1887
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq və maldarlıqdır. Əkinçilikdə suvarma əkinçiliyindən istifadə olunur. Əsasən kartof və taxıl istehsalına üstünlük verilir.
Mədəniyyəti
Kənddə Dönük Qırıqlı kənd kitabxana filialı,[ 9] Dönük Qırıqlı kənd Mədəniyyət Evi,[ 10] Dönük Qırıqlı poçt şöbəsi (AZ6023)[ 11] fəaliyyət göstərir.
Təhsil
Kənddə Dilman Süleymanov adına Dönük Qırıqlı kənd tam orta məktəbi fəaliyyət göstərir.[ 12] [ 13]
Bundan başqa kənddə Dönük Qırıqlı kənd körpələr evi-uşaq bağçası fəaliyyətdədir.[ 14]
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə Dönük Qırıqlı həkim məntəqəsi yerləşir.[ 15]
İstinadlar
↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=108 .
↑ https://www.e-gov.az/az/services/readwidenew/3544 .
↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 97" (PDF) . 2022-01-28 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-05-02 .
↑ Dönük Qırıqlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti . I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 169. ISBN 978-9952-34-155-3 .
↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 57" (PDF) . 2021-07-07 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-05-06 .
↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 57" (PDF) . 2021-07-07 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-05-06 .
↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 156.
↑ "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 212" . 2022-04-11 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-23 .
↑ "" Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 57" (PDF) . 2021-11-10 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-04-22 .
↑ "" Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 102" (PDF) . 2021-11-10 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-04-22 .
↑ "Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (tovuz-ih.gov.az)" . 2022-06-18 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-25 .
↑ "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)" . 2022-06-27 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-22 .
↑ "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)" . 2015-12-19 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-23 .
↑ "Tovuz rayon məktəbəqədər uşaq müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)" . 2015-12-19 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-23 .
↑ "Tovuz rayon səhiyyə müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)" . 2022-06-18 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-23 .
Xarici keçidlər
Həmçinin bax
Şəhərlər Kəndlər Ləğv olunmuş kəndlər