Cəlil Cəlilov (neftçi)

Cəlil Cəlilov
Cəlil Həsən oğlu Cəlilov
Doğum tarixi
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan
Mükafatları "Lenin" mükafatı "Lenin" ordeni

Cəlilov Cəlil Həsən oğlu (19221997, Bakı) — azərbaycanlı neftçi, geologiya-mineralogiya elmləri namizədi.

Həyatı

Cəlil Cəlilov 1922-çi ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur, 1940-cı ildə Şəki şəhərindəki orta təhsil məktəbini bitirmişdir. 1941-1943-cü illərdə Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibədə ağır yaralandığına görə ordudan tərxis olunmuş və 1943-cü ildə Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyasına) daxil olaraq, 1949-cu ildə qaz və neft yataqlarının geologiyası və kəşfiyyatı ixtisası üzrə tam kursu bitirmiş, dağ mühəndis-geoloqu ixtisası almışdır.

Əmək fealiyyətinə 1949-cu ildə Neft Daşlarının təməli qoyulan zamanda başlamışdır. Geoloq vəzifəsində işə başlamaqla Neft Daşlan Qazma İşləri İdarəsinin Baş geoloqu vəzifəsinə kimi yüksəlmişdir.

"Neft Daşları", "Palçıq pilpiləsi", "Gürgan", "Çilov adası", "Həzi Aslanov", "Cənub" yataqlarının kəşfində və işlənməsində böyük əməyi olmuşdur. "Günəşli" dəniz neft-qaz yatağını ilkin açanlardan biridir.

Qazmada geofiziki işlərin yerinə yetirilməsində rəhbərlik təşəbbüsü, qazılacaq quyuların sənədlərinin əvvəlcədən hazırlanması, qazma zamanı kəşfiyyat və istismar quyulannın layihə dərinliyinə çatdırılması, qoruyucu kəmərlərin nəzərdə tutulan dərinliyə buraxılması, qoruyucu və istismar kəmərlərinin arxasının sementlənməsində dəqiqlik kimi məsuliyyətli işlərin yerinə yetirilməsində xüsusi əməyi olmuşdur.

"Neft Daşları", "Palçıq pilpiləsi", "Günəşli", "Çilov adası" yataqlarında yüzlərlə quyuların, xüsusilə dərin quyuların qazılmasına, mezozoya qazılan ilk quyuya, dərinliyi 3 km-dən çox olan quyu 2040 m maililiklə qazılaraq o vaxt üçün Avropa rekordu olmuş, Azərbaycanda ən böyük əyriliyə - Kv (60° 459 malik quyuların qazılmasına bilavasitə başçılıq etmişdir.

Yuxanda göstərilən neft-qaz yataqlarının kəşfiyyat, istismar, qazma, sınaq işlərində bilavasitə iştirak etmişdir.

Baş geoloq işlədiyi dövrdə istehsalat və elmi-tədqiqat işlərinin nəticələri əsasında 15 elmi məqalənin, 1 kitabın və onlarla səmərələşdirici təklifin müəllifi kimi tanınmışdır. 1974-cü ildə çap etdirdiyi "Qryazevayasopka neft yatağı" adlı kitabı neftçilərin stolüstü kitabı olmuşdur.

İstehsalatdan ayrılmadan 1967-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademik İ.M.Qubkin adına Geologiya İnstitutunda dissertasiya müdafiə edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1974-cü ildə Neft Sənayesi nazirinin və Neft və Kimya Sənayesi Fəhlələrinin Həmkarlar İttifaqları Mərkəzi Komitəsinin Rəyasət Heyətinin əmr-qərarı ilə "Fəxri neftçi" adı ilə təltif olunmuş, 1985-ci ildə isə ona SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Əmək veteranı" adı verilmişdir.

"28 Aprel" adına neft-qaz kondensat yatağının kəşf edilməsinə görə 1988-ci ildə SSRİ Geologiya Nazirliyinin kollegıyasının qərarı ilə "Yatağın ilk kəşf edəni" adı ilə təltif edilmişdir.

Respublikanın xalq təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin "Fəxri fərmanı" və medallar ilə təltif edilmiş, eləcə də bir çox həvəsləndirmə mükafatlara layiq görülmüşdür.[1]

Cəlil Cəlilov 1997-ci İldə Bakı şəhərində vəfat etmişdir.

Ailəsi

Cəlil Cəlilovun üç övladı olmuşdur. Böyük oğlu Bəxtiyar atası kimi neftçi peşəsini seçmişdir. O, hazırda xarici firmada işləyir. Kiçik oğlu Elxan memardır. Qızı isə iqtisadiyyat sahəsində çalışır.

  1. Bayram Bayramov. Neft Daşları - tufanlar qoynunda həyat

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!