Cəfər Namiq Kamal |
Doğum tarixi |
16 avqust 1950(1950-08-16) (74 yaş) |
Fəaliyyəti |
aktyor |
Təhsili |
|
Mükafatları |
2013 2002 |
Cəfər Namiq Kamal (16 avqust 1950) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2013).
Həyatı
Əhmədov Cəfər Namiq Kamal oğlu (17.08.1950) 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni–maarif fakültəsini bitirib. 1972-ci ildən Gənc Tamaşaçılar teatrında aktyor işləyən Cəfər Əhmədov aşağıdakı rolları oynayıb.
Rəcəb ("Şirinbala bal yığır" S. Qədirzadə), Elçi ("Bir parça Vətən" F. Sadıq), Qasid ("Rüstəm və Zöhrab" İ. Coşqun), Aparıcı ("Şəhidlər" B. Vahabzadə), Uçitel Həsənov ("Danabaş kəndinin məktəbi" C. Məmmədquluzadə), Qaçay bəy ("Qonşu qonşu olsa, kor qız ərə gedər" R. Əfəndiyev) və s. C. Əhmədov 1996-cı ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul olunub və teatrın səhnəsində bu rolları oynayıb:
Eynşteyn ("Ah, Paris…Paris!.." Elçin), 2-ci Tiqran ("Pompeyin Qafqaza yürüşü" N. Həsənzadə), Ədhəm Tağıyev ("Dəlilər və ağıllılar" İ. Əfəndiyev), Ədəbi işçi ("Mənim sevimli dəlim" Elçin), Dost ("Mənim ərim dəlidir" Elçin), Vəzir Mirzə Həbib ("Lənkəran xanının vəziri" M. F. Axundov), Xəlil ("Poçt şöbəsində xəyal" Elçin), Kamran Qızılsəs ("Köhnə ev" Ə. Əmirli), Qulaməli ("Bu dünyanın adamları" Hidayət), Gülməyən Adam ("Hərənin öz payı" X. Qoca), Şeyx Əhməd ("Ölülər" C. Məmmədquluzadə), Şahzadə ("Xurşidbanu Nətavan" İ. Əfəndiyev), general ("Generalın son əmri", Vaqif Səmədoğlu), Əmirqulu ("Yaşar", Cəfər Cabbarlı).
Aktyor eləcə də "Qız atası" (Yarik), "Anamın kitabı" (Rüstəm), "Duel" (Əziz), "Yurd yeri" (Sədrəddin) teletamaşalarında oynayıb.
Cəfər Əhmədov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısıdır. 2013-cü ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə[1] və 6 may 2015-ci ildə[2] Prezident Mükafatına layiq görülmüşdür.
6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[3]
Filmoqrafiya
- Bədbəxtliyin astanasında (film, 1977)
- Anamın kitabı (film, 1994)
- Yurd yeri
- Yük (film, 1995)
- Duel (film, 1995)
- Canavar balası
- Yurd yeri 2
- Məhəbbətin hökmü (film, 1998)
- Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film (film, 2003)
- Bir anın həqiqəti (film, 2003)
- Mükafat (film, 2004)
- Bomba (film, 2005)
- Yalan (film, 2005)
- Bəylik dərsi (film, 2007)
- Günaydın, mələyim! (film, 2008)
- 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Maarif kişi)
- Dərvişin qeydləri (film, 2013)
- 100 kağız (film, 2015)
- Vicdan haqqı (teleserial, 2016)
- Hoqqa (film, 2017)
- Həmkarlar (film)
İstinadlar
Mənbə
- Namiq K. 65 yaşın qəhqəhəsi: Və ya birhissəli üçpərdəli yubiley: [Xalq artistin yubileyi ilə bağlı müsahibəsi] /müsahibəni apardı Həmidə Nizamiqızı //Mədəniyyət.- 2015.- 1 may.- S.6.
- Namiq K. "…İstedadsızların əlindən başımı götürüb qaçdım": [Xalq artisti Cəfər Namiq Kamalın müsahibəsi] //Xalq cəbhəsi.- 2015.- 7 may.- S.15.
- Namiq K. "Sıfır yaşımdan beləyəm": Cəfər Namiq Kamal: "Camaat öz dərdini çəkə bilmir, biz aktyorlar isə…": [Xalq artistinin müsahibəsi] /müsahibəni apardı Etibar Cəbrayıloğlu //Ədalət.- 2015.- 2 may.- S. 11.
Xarici keçidlər
Cəfər Namiq Kamal