Culio Andreotti (14 yanvar 1919[2][3][…], Roma, İtaliya krallığı[2] – 6 may 2013[3][4][…], Roma[5]) — İtaliya siyasi və dövlət xadimi.
Fəaliyyəti
1940-cı illərin əvvəllərində Xristian-demokrat partiyasının yaradıcılarından biri olmuşdur. 1946–47-ci illərdə Müəssislər məclisinin, 1987-ci ilədək isə parlamentin bütün çağırışlarının deputatı seçilmişdir. 1948–68-ci illərdə daxili işlər, xarici işlər, maliyyə, müdafiə və sənaye naziri vəzifələrində çalışmış, Nazirlər şurasının sədri (1972–73, 1976–79, 1989–92) olmuşdur. Tarixə və siyasətə aid bir sıra əsərlərin müəllifidir. 1955–76-cı illərdə «Konkretesse» («Concretezze»), sonralar isə «Trenta corni» («Trenta giorni») siyasi jurnallarının baş redaktoru işləmişdir. [6]
İstinadlar
- ↑ Find a Grave (ing.). 1996.
- ↑ 1 2 Андреотти Джулио // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Giulio Andreotti // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Deutsche Nationalbibliothek Record #119171775 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 491. ISBN 978-9952-441-02-4.