"Come Out and Play" — amerikalı müğənni Billi Aylişin mahnısı. 20 noyabr 2018-ci ildə Darkroom və Interscope Records tərəfindən sinql kimi rəqəmsal formatda buraxılıb. Mahnı həmçinin onun ilk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"nun Yaponiya buraxılışında yer alıb.