Cim Kerri müxtəlif kinofilmlərdə, telefilmlərdə, teleseriallarda və video oyunlarında rol almış Kanada və ABŞ aktyorudur. Ümumilikdə 2,5 milyard ABŞ dollarından çox gəlir, eləcə də film başına ortalama 94,3 milyon dollar ilə Şimali Amerikada tarixin ən çox gəlir əldə etmiş 50 aktyorundan biridir. Dünya miqyasında 250 milyon dollardan çox gəlir gətirən 13 filmdə yer almışdır. Ən çox gəlir gətirmiş filmi "Qüdrətli Brüs" filmidir. Kerri baş rol debütünü 1984-cü ildə "The Duck Factory" qısamüddətli teleserialında gənc karikaturaçını canlandıraraq etmişdir. Kino sektorunda ilk baş rol debütünü Loren Hattonunvampiri, Kerrinin isə həmin vampirin qurbanını canlandırdığı 1985-ci ildə buraxılmış komediya qorxu filmi "Once Bitten" olmuşdur. "Peggy Sue Got Married" (1986), "The Dead Pool" (1988) ve "Earth Girls Are Easy" (1988) kimi filmlərdə ikinci plan rollarda yer almışdır.