Ceyms Cozef Silvester
Ceyms Cozef Silvester (ing. James Joseph Sylvester; 3 sentyabr 1814[4][5][…], London[2][3] – 15 mart 1897[5][6][…], London[2][3]) — Əslən yəhudi olan İngiltərə riyaziyyatçısıdır. Silvester ilk dəfə "Amerika riyaziyyat jurnalı"nın (1878-ci il, ABŞ-də ikinci idi) əsasını qoymuşdur.
Həyatı
Ceyms Silvester 1814-cü ildə İngiltərənin paytaxtı London şəhərində əslən yəhudi ailəsində anadan olmuşdur. 1831-ci ildə Təhsilini Kembric Universitetinin Sent-Con kollecində almışdır. 1837-ci ildə qəbul imtahanında ikinci yer tutur. Lakin bakalavr dərəcəsini ala bilmir. Ona görə ki, bu dərəcəni almaq üçün kilsəsinin doktrinaları ilə razılaşmalı idi. Silvester isə bundan imtina etmişdir[7].
1841-ci ildə İrlandiyanın paytaxtı Dublin şəhərinin Triniti kollecində bakalavr dərəcəsini alır. Burada yəhudi və katoliklərə oxumağa icazə verilirdi. Həmin ildə Silvester ABŞ-yə köçür ki, Virciniya Universitetində professor olsun. Noyabr ayında 1843-cü ildə buranı bitirir. Bir müddət keçdikdən sonra İngiltərəyə qayıdır. 1877-ci ildə Silvester yenə də ABŞ-yə köçür ki, Con Hopkinsin Baltimordakı Universitetində ilk professor olsun. Onun əmək haqqısı 5000 dolları ötmüşdür və o tələb edirdi ki, onu qızılla əmək haqqı versinlər. 1880-ci ildə "Kopli" medalına layiq görülmüşdür. 1883-cü ildə yenidən İngiltərəyə qayıdır ki, Oksfort Universitetində "Həndəsə" kafedrasının rəhbəri olsun. Ömrünün axırına qədər burada rəhbərlik edir. Halbuki onun üçün 1893-cü ildə köməkçi təyin etmişlər. Ceyms Silvester 1897-ci ildə Oksfortda vəfat edir.
Silvester elmə "Diskriminant" anlayışını gətirmişdir. Onun şərəfinə 1901-ci ildə İngiltərə Kral Cəmiyyyəti tərəfindən riyaziyyatda görkəmli işlərə görə verilən tunc medal "Silvester medalı" adlandırılmışdır. Onun elmi işləri İngilis, Fransız, İtalyan, Yunan, Latın dillərinə tərcümə edilmişdir.
Aldığı Mükafatlar
- "Kopli" medalı
- "De Morqan" medalı
İşləri
- Sylvester, James Joseph (1870), The Laws of Verse Or Principles of Versification Exemplified in Metrical Translations: together with an annotated reprint of the inaugural presidential address to the mathematical and physical section of the British Association at Exeter, London: Longmans, Green and Co, ISBN 978-1-177-91141-2
- Sylvester, James Joseph (1973) [1904], Baker, Henry Frederick, ed., The collected mathematical papers of James Joseph Sylvester, I, New York: AMS Chelsea Publishing, ISBN 978-0-8218-3654-5
- Sylvester, James Joseph (1973) [1908], Baker, Henry Frederick, ed., The collected mathematical papers of James Joseph Sylvester, II, New York: AMS Chelsea Publishing, ISBN 978-0-8218-4719-0
- Sylvester, James Joseph (1973) [1904], Baker, Henry Frederick, ed., The collected mathematical papers of James Joseph Sylvester, III, New York: AMS Chelsea Publishing, ISBN 978-0-8218-4720-6
- Sylvester, James Joseph (1973) [1904], Baker, Henry Frederick, ed., The collected mathematical papers of James Joseph Sylvester, IV, New York: AMS Chelsea Publishing, ISBN 978-0-8218-4238-6
İstinadlar
Xarici keçidlər
|
|