Ceyhun Cümşüdov

Ceyhun Cümşüdov
Ceyhun Şükür oğlu Cümşüdov
Digər adı Ceyhun Şüküroğlu
Doğum tarixi (51 yaş)
Doğum yeri Dəvəçi
Fəaliyyəti rejissor

Cümşüdov Ceyhun Şükür oğlu — Azərbaycan rejissoru, prodüser, aktyor.

Həyatı

Ceyhun Cümşüdov 13 yanvar 1973-cü ildə Şabran şəhərində (Dəvəçi) anadan olub. İlk orta təhsilni Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli orta məktəbində alıb.(1980–1990) Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyorluğu fakültəsində təhsil alıb (1997–2001). Yeni Azərbaycan Partiyasının üzv seçilib.(1997) Azərbaycan Dövlət Gənclər Teatrında aktyor,(2002–2006) AzTV-də və 2006–2019 ilədək İctimai TV-də böyük rejissor, Həmkarlar ittifaqında, təftiş komisyasının üzvü və sədri vəzifəsində çalışıb.2017-ci illərdə, vətənpərvərlik mövzusunda çəkdiyi filmlərə görə "Fədai" və "Vətən naminə" medalları ilə təltif olunub.2011–2019-cu ildək Azərbaycan Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri ictimai birliyin üzvü və İctimayətlə əlaqələr üzrə referenti,2019-cu ilin iyun ayından həmin təşkilatın mətbuat xidmətinin rəhbəri vəzifəsində şalışır. 2015-ci ildən "peşəkar rejissorlar gidiyası"nın 2019-cu ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. 2022-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətində prodüser vəzifəsidə çalışır. Ailəlidir üç övladı var.

Filmoqrafiya

  1. Yanmış körpülər (film, 2007) (rejissor assistenti)
  2. Bizim jek (film, 2010) (rejissor və aktyor)
  3. Şans (film, 2004) (rejissor assistenti)
  4. Qovğalı kəndinin gecələri (film, 2008) (aktyor, prodüser)
  5. Sonuncu dərviş (film, 2009) (prodüser)
  6. 220 №-li otaq (film, 2010) (aktyor)
  7. Saqqallı uşaq (film, 2010) (qurluşçu rejissor)
  8. Gəl təzədən evlənək (film, 2012) (qurluşçu rejissor)
  9. Üç görüş (film, 2012) (qurluşçu rejissor)
  10. Yollar uzanan gün… (film, 2014) (qurluşçu rejissor)
  11. Vətənim Azərbaycan (sənədli film,2019) (ssenari müəllifi və rejissoru)

12. Sözün sehri (rejissor)

13. Ədəbi ensiklopediya (rejissor)

14. Azərbaycan klassikləri (rejissor)

15. Miniatürlər (rejissor)

16. Felyetonlar (rejissor)

17. Pirəbədil xalçası (sənədli film, rejissor)

18. Bənzərəm bir qocaman dağə ki (sənədli film, rejissor) 2012

19. Fəvvarələr bağı (sənədli film, rejissor) 2012

20. Bakı vağzalı (sənədli film, rejissor) 2012

21. 28 may küçəsi (sənədli film, rejissor) 2012

22. Bir kəndin nağılı (silsilə toponimlər) (sənədli film, rejissor) 2012

23. "Milli Qəhrəmanlar" Akif Əkbərov (sənədli film, rejissor) 2014

24. "Milli Qəhrəmanlar" Namiq Abdullayev (sənədli film, rejissor) 2014

25. "Milli Qəhrəmanlar" Şikar Aslanov (sənədli film, rejissor) 2014

26. "Milli Qəhrəmanlar" Rafiq Alıcanov(sənədli film, rejissor) 2015

27. "Milli Qəhrəmanlar" Məzahir Rüstəmov (sənədli film, rejissor) 2015

28. "Milli Qəhrəmanlar" Mikayıl Cəbrayılov (sənədli film, rejissor) 2015

29. "Şabran şəhidləri" (sənədli film 2017 rejissor)

30. "Gəndav igidləri" Şabran rayonun Gəndov kəndinin şəhidlərnə həsr olunub.(sənədli film 2019 rejissor)

31."Ölümsüzüm ölməzim"sənədli film. Səhid Ramil Abbasov. Ssenari müəllifi və rejissoru 2022.

32."Qəhramanlar kəndi" sənədli film. Şəhid Elnur Rüstəmov.ssenari müəllifi və rejissor 2022.

33. "Tatlar" sənədli film. ssenari müəllifi və rejissor.2023.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!