Celfa (Əlcəzair)

Celfa
الجلفة
34°40′ şm. e. 3°15′ ş. u.HGYO
Ölkə Əlcəzair
Tarixi və coğrafiyası
Əsası qoyulub 1852
Sahəsi
  • 542,17 km²
Mərkəzin hündürlüyü 1.100 m
Saat qurşağı UTCUTC+1
Əhalisi
Əhalisi 490.248 nəfər (2018)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 17000
Xəritəni göstər/gizlə
Celfa xəritədə
Celfa
Celfa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Celfa[1]Əlcəzairin Celfa vilayətinin mərkəzi şəhəridir. Əhalisi 2018-ci il siyahıya alınmasına görə 490.248-dir.

Coğrafiya

Celfa Əlcəzairin şimal-orta bölgəsində Ouled Nail sıra dağlarında,1138 m yüksəkliktə yerləşir.

İqlim

Celfanın yerləşdiyi ərazi Subtropik iqlimin Aralıq dənizi tipinin hakim olduğu bir yerdir. Bu səbəblə burada yağıntılar əsasən qışda düşür və yayda isti-quru hava müşayiət olunur.

Tarix

Bölgə e.ə 7000-dən 5000-ə qədər uzanan neolit dövründə qaya oymalarının bolluğu ilə diqqət çəkir. Celfa şəhərinin şimalında daş duzların və marnların yağış nəticəsində aşınması ilə yaranan Roşer de Sel duz qayası vardır. Roma dönəmində Celfanın yerləşdiyi yerdə Fallaba[2] adlı şəhər var olmuşdur, bu şəhər son antik dövrə qədər mövcud olmuşdur. Dini tarix Vandal krallığı və Roma imperiyası dönəmində qədim bir yepiskopluğun mərkəzi olmuşdur. Roma Afrikasındakı bir çox yepiskopluq kimi bu yepiskopluqda Ərəblərin Məğribi fəthindən sonra ləğv edildi.1933-cü ildə yepiskopluq Latın Katolik Yepiskopluğu adı ilə bərpa edildi.

Etnik tərkibi

Əhalisi Biskra, Msila və səhra Atlaslarında yaşayan Ouled Nail qəbiləsindən olan insanlardır.

İstinadlar

  1. http://climatebase.ru/station/60535/?lang=en/ Arxivləşdirilib 2023-04-03 at the Wayback Machine Celfa
  2. http://www.gcatholic.org/dioceses/former/t0760.htm/ Arxivləşdirilib 2022-12-01 at the Wayback Machine Fallaba

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!