Cavad Rəcəbov

Cavad Rəcəbov
Cavad Hənifə oğlu Rəcəbov
Ümumi məlumatlar
Doğum tarixi 20 dekabr 1954(1954-12-20) (70 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1968-ci ildən
Janr Şərq

Cavad Hənifə oğlu Rəcəbov (20 dekabr 1954, Sütəmurdov, Lənkəran rayonu) — Azərbaycan müğənnisi.

Həyatı

Cavad Rəcəbov 1954-cü il, dekabrın 20-də Lənkəranın Sütəmurdov kəndində anadan olmuşdur. 4 yaşında olarkən atası Hənifə kişini itirmişdir. Anasının himayəsində böyümüşdür. Cavad ifaçılıq məharətini hələ 5-ci sinifdə oxuyarkən göstərdi. Stolun tinini, stulları döyəcləyərək ritmlər çalırdı. İlk dəfə "Yenilməz batalyon" filmindəki məşhur mahnını gözəl ifa etməsi ilə diqqəti cəlb etdi. Hələ 11 yaşda ikən onu öz dövrünün məşhur sənətçisi Sona xanım ilk dəfə toy məclisində onunla birgə çalmağa dəvət elədi. Cavadın özünəməxsus tərzdə və şux ritmlərlə çaldığı nağara Sona xanımın çox xoşuna gəlmişdi. Bir müddət sonra isə Cavad məşhur müğənni Teymur Mustafayevlə tanış oldu və onunla birlikdə beş il el şənliklərində, konsertlərdə çıxış elədi. Hər toyda, konsertdə onun da bir neçə mahnı oxuması vardı. T. Mustafayev Bakı şəhərində qərar tutduqdan sonra Cavad qarmonçalan Ağadadaş Abdullayev və məşhur klarnet ustası Yüzbaşı Rzayevin kollektivindən dəvət aldı. Bu böyük sənətkarlardan o çox şey öyrəndi.

1981-ci ildə Cavad Nuranə xanımla ailə qurmuşdu. Həyat yoldaşı pediatr — uşaq həkimi idi. Onların İlahə və Cavid adlı iki uşağı dünyaya gəldi. Cavid indi artıq Azərbaycanda məşhur oranjemançı, bəstəkar, səs rejissoru və müğənni kimi tanınır.

Televiziya verilişlərinin birində çıxışı zamanı avtomobilinə qumbara ilə hücum olunduğunu bildirib.[1]

Karyerası

O eyni zamanda şəhər Pionerlər evində də fəal çıxışlar edirdi. 1968-ci ildə pionerlərin Respublika musiqi müsabiqəsində iştirak etdi və müsabiqənin qalibi seçildi. Mükafat olaraq onu ümumdünya "Artek" pioner düşərgəsinə göndərdilər. 1970-ci ildə Lənkəran şəhərindəki 1 saylı orta məktəbi başa vurduqdan bir çox illər sonra Cavad Krupskaya adına Mədəni-maarif texnikumuna daxil oldu və 1982-ci ildə oranı uğurla bitirdi. Tədricən o toylara təkcə nağaraçalan kimi deyil, həm də müğənni kimi dəvət olunmağa başladı. Bir halda ki, toy ərzində daha çox o oxuyur və hamı onun oxumasını xahiş edirdi, belə olduğu üçün toyun bütün yükünü çəkmək ağır olmayacaqdı. Texnikum təhsilindən sonra Cavadı şəhər "Dostluq" parkının bədii rəhbər vəzifəsinə təyin etdilər. O bu vəzifədə düz 14 il çalışdı və burada "Dostluq" instrumental ansamblını yaratdı. Çox keçmədi ki, Cavad el şənliklərində, konsertlərdə özünün qeyri-adi digər istedadı ilə də tanınmağa başladı. Beləki, o vaxta kimi heç bir müğənni ifa edilmiş hansısa məşhur hind və ya fars mahnısından müğənninin səsini çıxardıb, təkcə ansamblın ifasını saxlaya, yerinə öz səsini yaza bilmirdi. Ancaq Cavad bunları 30 il əvvəl və lentli maqnitafonlar vasitəsilə edirdi. Az qala iynə ilə yer qazmağa bənzəyirdi. Amma bu yolla o İran müğənnisi Ququşun ("Ayrılıq"), hind müğənnisi Mukeşin ("Avara" filmindən) və Misir müğənnisi Ummukülsümün səsini silib onların orkeçtrində, onların mahnılarını oxuya bilirdi.

1979-cu ildə Özbəkistanın xalq artisti Batır Zakirov Azərbaycana qastrol səfərinə gəlmişdi və o bir neçə böyük rayonda konsertlər verdi. Lənkəranda Cavadın gözəl nağara çalmaq və mügənnilik istedadı, xüsusən də fonoqram düzəltmək bacarığı ilə tanışlıqda o böyük sənətkar heyrətə gəlmiş və öz heyranlığını respublika televiziyasına müsahibəsində də ifadə etmişdi. Yalnız başqasının verdiyi yüksək qiymətdən sonra Cavada diqqət yönəldi və onu respublika televiziyasına dəvət etdilər. Cavad ilk dəfə 1979-cu ildə Azərbaycan televiziyasında çıxış etdi. 1980-ci ildə Respublika televiziyasında gənc istedadların iştrakı ilə "Gənclik estradası" proqramı yaradılmışdı. Cavad bu proqrama gəldi, oxudu, qalib oldu. İctimaiyyət hamılıqla onu bu proqramın ən uğurlu tapıntısı hesab edirdi. O illərdə Cavad öz pərəstişkarlarından 60 (!) min məktub almışdı. Bu proqramdakı parlaq ifasına görə Cavad Rəcəbovun şöhrəti daha da artdı və hər yerdə üzünə qapılar açılmağa başladı. Bu qapılardan biri Dövlət Universitetinin Coğrafiya fakültəsinə açılmışdı. Burada Universitetin müəllimi Firudin Hüseynzadənin təşəbbüsü və rəhbərliyi ilə "Nur" instrumental ansamblı yarandı. Cavad bu ansamblla fəaliyyət göstərməyə, tələbələr üçün rəngarəng konsertlər verməyə, universiteti hər yerdə ləyaqətlə təmsil etməyə başladı. Amma Cavad bu fakültədə çox oxuya bilmədi. Çünki bura onun yeri deyildi. Onun əsl yerini pianoçu Gülarə Əliyeva dəqiq müəyyənləşdirdi.

1980. Gülarə Əliyeva ilə açılan qapı

Azərbaycan musiqiçisi, pianoçu, əməkdar incəsənət xadimi (1977), sənətşünaslıq elmləri namizədi (1966), Gülarə Əziz qızı Əliyeva (7 oktyabr 1933, Bakı — 27 iyul 1991, Bakı) 1984-cü ildə Cavadı Dövlət İncəsənət İnstitutuna gətirdi. Cavad uzun müddət Gülarə xanımın rəhbərlik etdiyi populyar "Dan ulduzu" instrumental ansamblının solisti oldu. Tanınmış bəstəkarlardan Oqtay Kazımov, Emin SabitoğluFaiq Sücəddinov onun üçün bir-birindən gözəl mahnılar yazdılar. Onun ifa etdiyi mahnıları radionun "Qızıl fondu"na daxil edilirdi.

O respublikamızın az qala bütün rayonlarında zəngin konsert proqramı ilə çıxış edir, "Nur" ansamblı ilə el şənliklərinə musiqi bəzəyi vururdu. Hər şey çox yaxşı idi. Lakin birdən amansız ölüm böyük şəxsiyyət, gözəl insan, istedadlı pianoçu, musiqi xadimi Gülarə Əliyevanı haqq dünyasına qovuşdurdu. Cavad bu itkidən elə sarsıldı ki, uzun müddət özünə gələ bilmədi. Az qala sənətdən də ayrılacaqdı. O vaxt o çoxlu toy sifarişlərindən imtina elədi, ürəkdən sevinə, sidqi-ürəklə oxuya və yeni mahnılar üzərində işləyə bilmədi. Yığışıb Lənkərana qayıdan Cavad uzun müddət Bakıya da getmədi. Lənkərana qayıtması bir müddət sonra onu yenidən sənətə qaytardı. Bu doğma şəhərdə onu əhatə edən pərəstişkar rəğbəti heç yerlə müqayisə olunmazdı. Beləcə Cavad yenidən yaradıcılıq eşqi ilə çalışmağa – hind, fars, ərəb, türk, əfqan, Azərbaycan, talış mahnıları hazırlamağa və yenidən hamını heyrətləndirməyə başladı.

Tənqid

2023-cü ildə Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların olduğunu iddia etdiyi siyahı tərtib edilib. Nöqsanlar aşkarlanan mahnılar müəllif və ifaçılarının adları ilə birlikdə qeyd olunub. Siyahıda Cavad Rəcəbovun "Balaca kişi" mahnısı da yer alıb.[2][3]

İstinadlar

  1. "Azərbaycanlı müğənninin maşınına QUMBARA ATIBLAR - VİDEO". Oxu.Az (az.). 2024-01-13. 2024-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-13.
  2. ""Sevənə söyüş qoymuşam", "Zor eləmişəm", "Nağaracuğa" – Zərərli mahnıların siyahısı". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
  3. "Zorakılığı təbliğ edən mahnılar qadağan olunmalıdır". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.

Read other articles:

كانالاكيون تقسيم إداري البلد اليونان  [1] خصائص جغرافية إحداثيات 39°13′57″N 20°35′55″E / 39.2325°N 20.59861111°E / 39.2325; 20.59861111  الارتفاع 20 متر  السكان التعداد السكاني 2513 (إحصاء السكان) (2011)[2]  معلومات أخرى التوقيت ت ع م+02:00 (توقيت قياسي)،  وت ع م+03:00 (توقيت صيفي...

 

Elm cultivar Ulmus americana 'Jefferson'The original 'Jefferson' elm on the National Mall in Washington, D.C. (March 2014)SpeciesUlmus americanaCultivar'Jefferson'OriginNational Park Service, US The American Elm cultivar Ulmus americana 'Jefferson' was cloned from a tree growing near a path in front of the Freer Gallery of Art, close to the Smithsonian Institution Building (The Castle) on the National Mall in Washington, D.C.[1] The United States National Park Service, which had plant...

 

У Вікіпедії є статті про інші значення цього терміна: Яхни. село Яхни Герб Прапор Країна  Україна Область Київська область Район Фастівський район Громада Кожанська селищна громада Основні дані Засноване XVIII століття; до 1768[1] Населення 557 Площа 3,05 км² Густота на...

ستيفن كلاركسون معلومات شخصية الميلاد 21 أكتوبر 1937  لندن  الوفاة 28 فبراير 2016 (78 سنة)   فرايبورغ  مواطنة كندا  الزوجة أدريان كلاركسون  الحياة العملية المدرسة الأم كلية نيو كوليجكلية الثالوث  [لغات أخرى]‏جامعة باريسكلية كندا العليا  [لغات أخرى]‏ 

 

село Шумилове Країна  Україна Область Одеська область Район  Подільський район Громада Піщанська сільська громада Код КАТОТТГ UA51120170080047553 Основні дані Засноване 1792 Колишня назва Червона Зірка Населення 6 Площа 0,17 км² Густота населення 35,29 осіб/км² Поштовий інде

 

Artikel ini sebatang kara, artinya tidak ada artikel lain yang memiliki pranala balik ke halaman ini.Bantulah menambah pranala ke artikel ini dari artikel yang berhubungan atau coba peralatan pencari pranala.Tag ini diberikan pada Oktober 2022. Topik artikel ini mungkin tidak memenuhi kriteria kelayakan barang dan jasa. Harap penuhi kelayakan artikel dengan: menyertakan sumber-sumber tepercaya yang independen terhadap subjek dan sebaiknya hindari sumber-sumber trivial. Jika tidak dipenuhi, ar...

Artikel ini sebatang kara, artinya tidak ada artikel lain yang memiliki pranala balik ke halaman ini.Bantulah menambah pranala ke artikel ini dari artikel yang berhubungan atau coba peralatan pencari pranala.Tag ini diberikan pada Oktober 2022. Benedikta Hyon Kyong-nyon (1793-1839) adalah martir Katolik Korea. Ia merupakan putri dari Hyon Kye-hum yang menjadi martir pada tahun 1801, dia juga menantu perempuan dari Choe Chang-hyon yang menjadi martir pada tahun 1801, dan kakak perempuan dari K...

 

Railway line in Narvik, Norway Ofoten LineMalmtrafik train hauled by twin Iore locomotivesOverviewNative nameOfotbanenOwnerBane NORTerminiPort of NarvikRiksgränsenStations7ServiceTypeRailwaySystemNorwegian railway networkOperator(s)CargoNetMalmtrafikkVy TågArctic TrainHistoryOpened15 November 1902TechnicalLine length43 km (27 mi)Number of tracksSingleCharacterFreightTrack gauge1,435 mm (4 ft 8+1⁄2 in)Electrification15 kV  16.7 Hz ACHighest ele...

 

2006 Indian filmRarajuMovie PosterDirected byUdayasankarWritten byChintapally Ramana (dialogues)Screenplay byUdayasankarStory byUdayasankarProduced byGVG RajuStarringGopichandMeera JasmineAnkithaCinematographyRamnath ShettyEdited byMarthand K. VenkateshMusic byMani SharmaProductioncompanyS.S.P. ArtsRelease date 20 October 2006 (2006-10-20) [1]Running time135 minsCountryIndiaLanguageTelugu Raraju (transl. King of the King) is a 2006 Indian Telugu-language action film pro...

Hospital in Devon, EnglandTiverton and District HospitalRoyal Devon and Exeter NHS Foundation TrustTiverton and District HospitalShown in DevonGeographyLocationKennedy Way, Tiverton, Devon, EnglandCoordinates50°54′33″N 3°29′36″W / 50.9091°N 3.4932°W / 50.9091; -3.4932OrganisationCare systemNHSTypeCommunityHistoryOpened1860LinksWebsitewww.rdehospital.nhs.uk/our-sites/tiverton-and-district-hospital/ ListsHospitals in England Tiverton and District Hospital is ...

 

Este artículo o sección necesita referencias que aparezcan en una publicación acreditada.Este aviso fue puesto el 6 de mayo de 2019. Segunda Categoría de Bolívar AFB 2023Datos generalesDeporte FútbolSede  BolívarEcuador EcuadorEquipos participantes 8Datos históricosFundación 2003Datos estadísticosCampeón actual Unibolívar (Guaranda)Subcampeón actual Mineros S. C. (Las Naves)Más campeonatos Unibolívar (8)Datos de competenciaCategoría Tercera Ascenso a Ascenso Nacional...

 

1996 film Thieves(Les Voleurs)Theatrical release posterDirected byAndré TéchinéWritten byAndré Téchiné Gilles Taurand Michel AlexandreProduced byAlain SardeStarringDaniel AuteuilCatherine Deneuve Laurence CôteCinematographyJeanne LapoirieEdited byMartine GiordanoMusic byPhilippe SardeRelease dates May 1996 (1996-05) (Cannes) 21 August 1996 (1996-08-21) (France) Running time117 minutesCountryFranceLanguageFrenchBudget8.400.000 €[1]Box office$17...

1955 film It's a Dog's LifeDirected byHerman HoffmanBased onThe Bar Sinister1903 novelby Richard Harding DavisProduced byHenry BermanStarringJeff RichardsEdmund GwennJarma LewisDean JaggerSally FraserVic MorrowCinematographyPaul C. VogelEdited byJohn DunningMusic byElmer BernsteinDistributed byMetro-Goldwyn-MayerRelease dateDecember 23, 1955Running time86-88 minCountryUnited StatesLanguageEnglishBudget$891,000[1]Box office$509,000[1] It's a Dog's Life is a 1955 American comedy...

 

2013 Spanish filmIsmaelFilm posterDirected byMarcelo PiñeyroStarringBelén Rueda Mario CasasRelease date 25 December 2013 (2013-12-25) Running time106 minutesCountrySpainLanguageSpanish Ismael is a 2013 Spanish drama film directed by Marcelo Piñeyro.[1] Cast Belén Rueda - Nora Mario Casas - Félix Sergi López - Jordi Ella Kweku - Juan Diego Botto - Luis Larsson do Amaral - Ismael Mikel Iglesias - Chino References ^ Ismael: Film Review. The Hollywood Reporter. 3 Janu...

 

1989 studio album by Kool Moe DeeKnowledge Is KingStudio album by Kool Moe DeeReleasedMay 30, 1989StudioSoundtrack Studios (New York, NY) Unique Recording Studios, New York CityGenreHip hopLength44:32LabelJiveProducerKool Moe DeeTeddy RileyLaVaba MallisonPete Q. HarrisKool Moe Dee chronology How Ya Like Me Now(1987) Knowledge Is King(1989) Funke, Funke Wisdom(1991) Professional ratingsReview scoresSourceRatingAllMusic[1]Robert ChristgauB+[2]The Rolling Stone Album Guid...

تحدد خطة الرعاية التمريضية(بالإنجليزية: Nursing care plan)‏، خطة الرعاية التمريضية التي تقدم إلى الفرد/أو الأسرة/أو المجتمع.[1][2][3] وهي عبارة عن مجموعة من الإجراءات التي تقوم الممرضة بتنفيذها لدعم التشخيصات التمريضية التي تتم بمساعدة هيئة التمريض. وتُعد عملية وضع الخط...

 

American record label Saddle Creek redirects here. For the shopping center, see Shops of Saddle Creek. Saddle Creek RecordsFounded1993 (1993)FounderMike MogisJustin OberstDistributor(s)Redeye Distribution (US)GenreRockCountry of originU.S.LocationOmaha, NebraskaOfficial websitesaddle-creek.com Saddle Creek Records is an American record label based in Omaha, Nebraska. Started as a college class project on entrepreneurship, the label was founded by Mike Mogis and Justin Oberst in 1993 (as ...

 

Species of sea anemone This article uses bare URLs, which are uninformative and vulnerable to link rot. Please consider converting them to full citations to ensure the article remains verifiable and maintains a consistent citation style. Several templates and tools are available to assist in formatting, such as reFill (documentation) and Citation bot (documentation). (August 2022) (Learn how and when to remove this template message) Starburst anemone Scientific classification Domain: Eukaryot...

Steinkohlengrube St. Ingbert Allgemeine Informationen zum Bergwerk Mundloch Richbachstollen Andere Namen Besucherbergwerk Richbachstollen Informationen zum Bergwerksunternehmen Betriebsbeginn (1842) Betriebsende 1957 Nachfolgenutzung Besucherbergwerk Geförderte Rohstoffe Abbau von Steinkohle Geographische Lage Koordinaten 49° 17′ 9,1″ N, 7° 5′ 54,9″ O49.2858667.098581Koordinaten: 49° 17′ 9,1″ N, 7° 5′ 54,9″ O St...

 

Este artículo o sección necesita referencias que aparezcan en una publicación acreditada. Busca fuentes: «Edith Hermida» – noticias · libros · académico · imágenesEste aviso fue puesto el 14 de mayo de 2011. Edith Hermida Edith Hermida en 2011Información personalNacimiento 17 de junio de 1970 (53 años)Buenos Aires (Argentina) Nacionalidad ArgentinaFamiliaCónyuge Roberto Batata FernándezInformación profesionalOcupación Locutora Años activa Desde 1994Progr...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!