Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Cavad Mirhüseyn oğlu Cavadov2 dekabr1925 – 2006, Bakı — Azərbaycanın fiziki, alim.
Həyatı
Cavad Cavadov 1925-ci il 2 dekabrda anadan olmuşdur. 1943-cü ildə orta məktəbi bitirdikdən sonra Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş Vətən müharibəsi iştirakçısı kimi müxtəlif orden və medallarla təltif olunmuşdur. 1946 ildə V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Fizika –Riyaziyyat" fakultəsiniə daxil olmuşdur. 1951 ci ildən riyaziyyat müəllimi və dərs hissə müdiri vəzifəsində çalışmışdır. 1953-ci ildən Azərbaycan Politexnik İnstitutunda müəllim daha sonra baş müəllim vəzifəsində çalışmışdır. 1960 ci ildə təhsilini davam etmək üçün Moskva şəhərində Bauman adına ali Texniki İnstitutun aspirantura mərhələsinə daxil olmuşdur. 1963 cü ildə "Metallar Fizikası" mövzusunda dissertasiya müdafiə edərək "texnika elmləri namizədi" alimlik dərəcəsi almışdlr.
1964 cü ildə Bakıya qayıdıb Neft və Kimya İnstitutunda " Metallar kafedrasında" baş müəllim 1968 ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində baş müəllim, dosent vəzifələrində çalışmışdır. O illərdə II cildlik "Metallar Fizikası" adlı dərsliyini çap etdirmişdir. 1987 ci ildə isə "Metallurgiya" kitabını çap etmişdir. 25 dən artıq elmi məqalənin müəllifidir. ABŞ-də nəşr olunan "Advances in Physics" və "American Journal of Physic" də kitablarından hissələr çap olunmuşdur. Moskva, Sankt- Peterburq, Kiev, Omsk, Tomsk fizika elmi mərkəzlərində aparıcı elmi məsləhətçi olmuşdur. 1988 ci ildən ömrünün sonuna kimi Azərbaycan Texniki Univeritetində çalışmışdır.
2006 ildə Bakıda dünyasını dəyişmişdir.
İstinadlar
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!