Candaroğulları bəyliyi

Tarixi dövlət
Candaroğulları bəyliyi
Bayraq
Bayraq
 
 
1291 — 1461

Paytaxt Əflani
Kastamonu
Sinop
Dilləri Qədim Anadolu türkcəsi
Dövlət dini sünni islam
İdarəetmə forması Monarxiya
Bəy
 • 1291-1309 Şəmsəddin Yaman Candar bəy
 • 1461 Qızıl Əhməd bəy


Candaroğulları bəyliyi1291-1461-ci illərdə mövcud olmuş bir Anadolu bəyliyi. Ən məşhur bəyi İsfəndiyar bəy olduğundan digər adı da İsfəndiyaroğulları bəyliyidir.[1][2]

Tarixi

Bəyliyin qurulması

Çobanoğulları bəyliyinin yerini alan Candaroğullarının tarix səhnəsinə çıxışı, o dövrə aid tarixi mənbələrin yetərsizliyi səbəbilə tam olaraq bilinmir.[3] Anadolu Səlcuqluları arasındakı taxt mübarizəsinə qatılan Şəmsəddin Yaman Candar bəyə 1291-ci ildə Hülaki hökmdarı Keyxatu xan tərəfindən Əflani və ətraf bölgələri iqta olaraq verilmiş, bu tarix Candaroğlu bəyliyinin əsasının qoyulması olaraq qəbul edilmişdir. Bəyliyin qurucusu olan və ona adını verən Yaman Candar bəyin hansı türkmən boyuna mənsub olduğu bilinmir. Daşıdığı Candar ünvanı səbəbilə Səlcuqlu sarayında xidmət etdiyi anlaşılan Şəmsəddin Yaman Candar bəy, hakimiyyəti boyunca Hülakilərin tabeliyində qalmış, ancaq bəyliyin hüdudlarını genişləndirmədən 1309-cu ildə vəfat etmişdir. Yerinə isə oğlu Süleyman bəy keçmişdir.

I Süleyman bəy

Bir müddət Əflanidə qalan Süleyman bəy, KastamonuSafranbolu bölgələrini ələ keçirərək bəyliyi genişləndirdi və bəyliyin mərkəzini Kastamonuya daşıdı. Daha sonra Sinopu da ələ keçirərək bu bölgənin idarəsini oğlu İbrahim bəyə, Safranbolunun idarəsini isə digər oğlu Əli bəyə verdi. Bəyliyin hüdudlarını genişləndirməsinə baxmayaraq, Süleyman bəy ilk illərində Hülakilərin tabeliyində qalmış, onlara illik vergi verməyə davam etmişdir. Ancaq 1327-ci ildə Əmir Dəmirdaşın Anadolu canişinliyindən alınması və 1335-ci ildə Hülaki xanı Əbu Səid Bahadurın ölümü ilə yaranan siyasi boşluqdan istifadə edərək, Süleyman bəy öz müstəqilliyini elan etdi. Səltənətinin son 5 ilində kəsilən qızıl sikkələrdə istifadə edilən “əs-sultan-ül-əzəm” ünvanı bunun açıq isbatıdır.

Bu səbəblə Candaroğlu bəyliyinin əsas qurucusu olaraq qəbul edilən Süleyman bəy, qonşusu olan Bizans, OsmanlıTacəddinoğullarıyla sabit siyasi əlaqələr saxladı. Buna baxmayaraq onunla eyni dövrdə yaşayan Osmanlı bəyi Orxan Qaziylə bəzi vaxtlar anlaşmazlıq yaşadığı bilinir. Davam edən Osmanlı hücumlarına qarşı Bizansdan gələn sülh təklifini geri çevirən Süleyman bəy, Bizansa aid bəzi qalaları mühasirədə saxlamağa davam etdi. Onun səltənətində baş tutan ən mühüm məsələ isə Sinop qalasının ilhaq edilməsi və beləcə ələ keçirilən Qara dəniz ticarət yolu vasitəsilə Genuyanın şəhər-dövlətləriylə əlaqələrin qurulması oldu. Belə ki, Süleyman bəyin oğlu İbrahim bəyin Sinopdakı valiliyi dönəmində Sinop limanında Genuyaya məxsus təxminən 10 ticarət gəmisi ələ keçirilmişdi.

1331-1332-ci illərdə SafranboluKastamonuya gələn səyyah İbn Bətutə, Süleyman bəyin güclü və heybətli bir hökmdar olduğunu, ətrafında mühüm din adamlarının olduğunu yazır. Bu ziyarət əsnasında Süleyman bəy tərəfindən də qəbul edilən İbn Bətutəyə cins at və yeni geyimlər hədiyyə edilmişdir. Yenə İbn Bətutənin yazdıqlarına görə, Süleyman bəy hər gün ikindi namazından sonra əhalinin dərdlərini dinləyir, hər cümə günü cümə salamlığına çıxarmış.[4] Məmlük tarixçisi Əl-Öməriyə görə, bu dönəmdə Kastamonuda 25 min atlı əsgər saxlanılırdı.[5] Süleyman bəyin 1341-ci ildə vəfatının ardından taxta oğlu İbrahim bəy keçdi.

I İbrahim bəy, Yaqub bəy, Adil bəy

Qiyasəddin ünvanıyla anılan İbrahim bəy, atasının səltənətində Sinop valisi idi. Taxtı ələ keçirmək üçün atasına qarşı mübarizə aparmışdır. Onun səltənətində baş tutan ən mühüm hadisə isə 1341-ci ildə VenesiyaGenuya ilə aparılan dəniz döyüşlərində qələbə qazanılması oldu. 1344-cü ildə Sinopda qeydə alınan bir vəqf sənədində “Əmir-ül-müəzzəm sahib-ül elm vəl-kələm vəs-seyf”ünvanlarıyla anılan İbrahim bəyin ölüm tarixi bilinməsə də, 1345-ci ildə bəyliyin başında əmisi Yaqub bəyin olduğu məlumdur.

İbrahim bəyin yerinə səltənəti ələ alan əmisi Yaqub bəyin qısa dövrünə aid hər hansı bir məlumat yoxdur. Ancaq cəmi 1 il sonra - 1346-cı ildə Yaqub bəyin oğlu Adil bəyin hakimiyyəti ələ aldığı bilinir. Ədalətli bir hökmdar kimi tanınan Adil bəyin səltənətinə dair məlumat az olsa da, Sinopdakı ilk GenuyaVenesiya ticarət koloniyalarının qurulmasına məhz onun dönəmində icazə verildiyi bilinir. Adil bəyin də ölüm tarixi dəqiq bilinmir.

Bəyazid bəy

Adil bəyin yerinə, Osmanlı mənbələrində “Kötürüm” (“Şikəst”) ləqəbiylə anılan oğlu Bəyazid bəy Qiyasəddin ünvanıyla səltənəti ələ aldı. Onun səltənəti dönəmində Qara dəniz ticarəti uğrunda GenuyaVenesiya ilə mübarizə aparılmış, Osmanlı dövlətiylə dost münasibətlər saxlanmışdır. Osmanlı sultanı I Muradın Balkanlardakı hərbi uğurları, eləcə də Gərmiyanoğullarına aid bəzi torpaqları ələ keçirməsi Bəyazid bəyi narahat etməkdə idi. Ancaq sülh tərəfdarı olan Sultan Muradın təbəəliyini qəbul etməkdən çəkinməmişdir. Bundan başqa, kürəkəni olan Amasya əmiri Əhmədlə birlikdə Osmanlılara qarşı bəzi vaxtlarda ittifaq qurmuş, Sivas hakimi Qazı Burhanəddinə qarşı kürəkəninə hərbi dəstək vermişdir.

Bəyazid bəyin səltənəti oğulları arasındakı taxt mübarizələrinə də şahidlik etmişdir. Belə ki, atasının, taxtı qardaşı İsgəndər bəyə təslim edəcəyini anlayan Süleyman bəy qardaşını öldürmüş, Bəyazid bəy isə buna cavab olaraq oğlunun övladlarını və bu işdə iştirak edən öz qızını edam etdirmişdir. Bütün ailəsi qətlə yetirilən Süleyman bəy Osmanlılara sığınmış, beləcə Candaroğulları ilə Osmanlılar arasındakı sülh dönəmi başa çatmışdır. Osmanlılara qarşı müttəfiq axtarışına başlayan Bəyazid bəy Qazi Burhanəddinlə münasibətlərini yaxşılaşdırdı. Sultan Murad isə Süleyman bəyi hərbi birliklə atasının üzərinə göndərdi. Kastamonu yaxınlığında baş tutan döyüşdə Bəyazid bəy məğlub oldu və Sinopa çəkildi. Kastamonunu ələ keçirən Süleyman bəy isə bəyliyini elan etdi və beləcə, Candaroğulları bəyliyi ikiyə ayrıldı. Ancaq Süleyman bəyin Kastamonudakı səltənəti qısa oldu. Belə ki, Sultan Murad çox keçmədən bölgəni ələ keçirdi və Süleyman bəy həbs edildi. Bəyliyin onun hakimiyyətində olan hissəsi Osmanlıların hakimiyyətinə keçdi. Ancaq yerli əhalinin Süleyman bəyin lehinə üsyan etməsinin ardından, Sultan Murad bu torpaqları Süleyman bəyin idarəsinə geri qaytardı. Bəyazid bəyin o əsnada Amasyada olan digər oğlu İsfəndiyar bəy isə dərhal atasının yanına gəldi və onunla birlikdə Kastamonuya hücum etdi. Osmanlıların dəstəyi ilə Kastamonudakı hakimiyyətini qoruyan Süleyman bəy bu əsnada Sultan Muradın qardaşı qızı Sultan Xatunla evləndirildi.

II Süleyman bəy

Bəyazid bəyin 1385-ci ildə ölməsinin ardından Sinop bəyliyinə oğlu İsfəndiyar bəy keçdi. Qardaşı Süleyman bəy isə Osmanlıların təbəəliyində Kastamonudakı hakimiyyətini davam etdirdi. Belə ki, Sultan Muradın 1386-cı ildə baş tutan Qaraman səfərində və I Kosova döyüşündə Osmanlılara hərbi dəstək verdi. Bu dost münasibətləri İldırım Bəyazid dönəminin ilk illərinə qədər davam etdi. Belə ki, Süleyman bəy İldırım Bəyazidə qarşı Anadolu bəyliklərinin ittifaqına qoşulmamış, əksinə, müttəfiq birliklərə qarşı Osmanlı sultanına kömək etmişdir. Ancaq İldırım Bəyazidin Anadolu bəyliklərini aradan qaldırmaq istəyini anlamış, çox keçmədən Osmanlıların əleyhində fəaliyyətə başlamışdır. İlk iş olaraq Qazı Burhanəddinlə sülh bağlayaraq 1391-ci ildə Osmanlılara qarşı Qaramanoğlu Ələddin bəyə hərbi dəstək yolladı. Buna baxmayaraq İldırım Bəyazid Qaramanoğullarını və ona dəstək verən birlikləri məğlub etdi. Ardından Kastamonuya hücum etmək istəsə də, Qazı Burhanəddinin müdaxiləsiylə bu fikrindən daşınmışdır. Ancaq ertəsi il bölgəyə gələn İldırım Bəyazid Süleyman bəyi məğlub etdi. Döyüş meydanında həlak olan Süleyman bəyin ölümüylə, Candaroğullarının Kastamonu qolu Osmanlıların hakimiyyəti altına girmiş oldu (1392).

İsfəndiyar bəy

Bəyliyin Sinop qoluna rəhbərlik edən İsfəndiyar bəy isə, bir tərəfdən hakimiyyətləri əlindən alınan Aydın, SarıxanMentəşə bəylərini Sinopda himayə edir[6], digər tərəfdən də Valaxiya knyazı MirkaOsmanlılara qarşı ayaqlandırmağa çalışırdı. Ancaq qardaşı Süleymanın başına gələnlərdən sonra, Osmanlı sultanına məktub yazaraq bağışlanmasını sitədi və Sinopun hakimiyyəti altında qalması şərtilə Osmanlı tabeliyini qəbul edəcəyini bildirdi. O əsnada əsl hədəfi Sivas hökmdarı Qazı Burhanəddin olan İldırım Bəyazid isə bu təklifi qəbul etdi. Ancaq Osmanlı sultanının Qazı Burhanəddinə məğlub olması və İsfəndiyar bəyin Osmanlılara yenidən üz çevirməsinin ardından, İldırım Bəyazid Sinopu mühasirəyə aldı. Uzun müddət davam edən mühasirənin ardından, bəzi bölgələrin təslimi şərtilə sülh bağlayaraq geri çəkildi.

Əmir Teymurun Anadoluya gəlişindən sonra Osmanlılara üz çevirən bəylər arasında İsfəndiyar bəy də vardı. Ankara döyüşündə (1402) İldırım Bəyazidin məğlub olmasının ardından Kastamonu da daxil olmaqla, bəyliyin keçmiş torpaqlarını ələ keçirən İsfəndiyar bəy, Əmir Teymurla birlikdə Anadolu səfərinə davam etmiş, bu səbəblə Çanqırı və Kalecik qalaları da ona təslim edilmişdir. Beləcə Əmir Teymurun tabeliyində öz hakimiyyətini bərpa edən İsfəndiyar bəy, onun Səmərqəndə dönməsinin ardından şahzadələr arasında başlayan taxt mübarizəsində mühüm rol oynadı.[7] Güclü şahzadəyə qarşı zəif olanı dəstəkləyərək taxt mübarizəsinin uzanmasına səbəb olan İsfəndiyar bəy, Osmanlı mərkəzi hakimiyyətinə qarşı çıxan Düzməcə Mustafa və Şeyx Bədrəddin üsyanlarına dəstək verdi. Ancaq oğlu Qasım bəyin ayaqlanaraq Osmanlı sultanına sığınması və Kastamonu-Çanqırı bölgələrini tələb etməsi, Osmanlı sultanının isə onu dəstəkləməsi iki dövlət arasındakı münasibətləri daha da gərginləşdirdi. İsfəndiyar bəyin buna qarşı çıxmasının ardından Çələbi Mehmed Kastamonuya ordu yeritdi və Sinop qalasını mühasirəyə aldı. Qalada çarəsiz qalan İsfəndiyar bəy Osmanlı təbəəliyini qəbul etdi. Ilqaz dağı sərhəd qəbul edilərək Qasım bəyin Osmanlı tabeliyindəki hakimiyyəti qəbul edildi. Beləcə, Candaroğlu bəyliyi yenidən ikiyə bölündü. Ancaq Çələbi Mehmedin ölümündən sonra İsfəndiyar bəy dərhal oğlu Qasım bəyin hakimiyyətinə son qoydu və Çanqırı, Kalecik, Tosya bölgələrini ələ keçirdi. Yeni sultan II Muradın İsfəndiyar bəyə qarşı hərbi birlik göndərməsinin ardından isə Osmanlılarla sülh bağladı. Ancaq bağlanan sülhə baxmayaraq, Sultan Muradın üsyan edən kiçik qardaşı Şahzadə Mustafanı dəstəklədi və idarəsindəki hərbi birlikləri şahzadəyə yardıma yolladı. Buna baxmayaraq Şahzadə Mustafa ələ keçirilərək edam olundu və məğlub olan İsfəndiyar bəy Sinopa çəkilərək yenidən Osmanlı təbəəliyini qəbul etdi.

Ancaq onun  budəfəki üzrxahlığı qəbul olunmadı və onları təqib edən Osmanlı birlikləri Kastamonu və ətrafını ələ keçirdi. İsfəndiyar bəy kiçik oğlu Murad bəyin rəhbərliyində bir heyət göndərərək sülh təklif etdi. Digər tərəfdən dövlət adamlarına yazdığı məktublar və göndərdiyi hədiyyələrlə sülh tərəfdarı olduğunu bildirdi. Bundan başqa sülhün təminatı olaraq nəvəsi Xədicə Sultanın da Osmanlı padşahıyla evlənməsini təklif etdi. Nəhayət, dövlət adamlarının da rəyi alınaraq Sultan Murad bu sülh təklifini qəbul etdi və Xədicə Sultanla evləndi. 1423-cü ildə bağlanan sülhə əsasən Qasım bəyə istədiyi yerlər geri veriləcək, Osmanlıların işğal etdiyi Kastamonu və ətraf bölgələri geri qaytarılacaqdı. Candaroğlu bəyi tələb olunduğu halda Osmanlılara hərbi dsətək yollayacaq, bundan başqa Kastamonu və ətraf bölgələrinin illik gəlirlərindən Osmanlı sultanına pay göndərəcəkdi.

İsfəndiyar bəy 1412-1429-cu illərdə Məmlüklərlə də dost münasibətlər saxlamış, vaxtaşırı Osmanlıar əleyhinə ittifaq qurmaqdan da çəkinməmişdir. Candaroğulları bəyliyinin bəzi mənbələrdə İsfəndiyaroğulları adıyla anılmasına, bu bəyin yarım əsrə yaxın davam edən hakimiyyəti səbəb olmuşdur.

II İbrahim bəy, İsmayıl bəy

İsfəndiyar bəyin vəfatının ardından (1439) yerinə oğlu İbrahim bəy keçdi. Tacəddin ünvanıyla taxta çıxan İbrahim bəyin səltənətində hər hansı mühüm hadisə baş verməmişdir. Sultan Muradın həm qaynı, həm də qaynatası olan İbrahim bəy 1443-cü ildə Sinopda vəfat etdi və yerinə böyük oğlu İsmayıl bəy keçdi. Kəmaləddin ünvanıyla anılan İsmayıl bəy dönəmində yenidən taxt mübarizəsi başladı. Belə ki, kiçik qardaşı Qızıl Əhməd bəy Osmanlılara sığınaraq dəstək istəmiş, buna baxmayaraq yalnız Bolu sancağını ala bilmişdir. Bu səbəblə İsmayıl bəy 1444-cü ildə Sultan Murada elçi və hədiyyələr göndərərək Osmanlılarla ittifaqını yenilədi. Ancaq II Mehmedin, həmin il baş tutan ilk cülusunun ardından bu sülh siyasətini dəstəkləmədiyi görüldü. Cəmi 2 il sonra Sultan Muradın hakimiyyəti ələ almasıyla Osmanlı-Candaroğlu münasibətləri yenidən yaxşılaşdı. 1450-ci ildə Dulqədiroğlu Süleyman bəyin qızıyla evlənən Mehmed Çələbinin toy mərasiminə qatılan İsmayıl bəy, beləcə gələcək sultanla münasibətləri yaxşılaşdırdı. Belə ki, onun ertəsi il taxta çıxmasının ardından bu dostluq münasibəti davam etdi. Hətta 1453-cü ildə baş tutan Konstantinopol mühasirəsinə hərbi dəstək göndərmiş, bəzi mənbələrə görə, döyüşdə şəxsən iştirak etmişdir.[8][9]

Bəyliyin işğalı

Ancaq Konstantinopolun fəthindən sonra Fateh Sultan Mehmedin Anadolu birliyini təmin etmə siyasətindən Candaroğulları da öz payını aldı. İsmayıl bəy müttəfiq axtarışına başladı və Trabzon imperatorunun vasitəçiliyi ilə Avropadakı xristian dövlətlərdən yardım tələb etdi. Belə ki, 1460-cı ildə Romaya göndərilən elçilər arasında İsmayıl bəyin də elçiləri yer alırdı. Digər tərəfdən Trabzon imperatoru, Ağqoyunlu sultanı Uzun HəsənQaramanoğullarıyla Osmanlılar əleyhinə yeni bir ittifaq qurmaq istəsə də, Fateh Sultan Mehmedin ertəsi il Kastamonunu, ardından Sinopu ələ keçirməsiylə bu ittifaq baş tutmadı. Ələ keçirilən İsmyaıl bəy bağışlandı və Bursa yaxınlığındakı Yeniş.əhər və Yarhisar mülklərini iqta olaraq aldı. Bundan başqa oğlu Həsən bəy də Bolu sancaqbəyliyinə təyin edildi. Qardaşı Qızıl Əhməd bəy isə Moreya sancaqbəyi təyin edildi. Ancaq qardaşının buna etiraz edərək Uzun Həsənə sığınması səbəbilə 2 qardaşın Anadoluda qalması münasib görülməmiş, bu bəhanə edilərək İsmayıl bəy Plovdivə göndərilmişdir. 1479-cu ildə burada vəfat edən İsmayıl bəydönəmində elm və incəsənət sahələrində mühüm irəliləyiş müşahidə olunmuşdur.

Qızıl Əhməd bəyin Uzun Həsənə sığınması Ağqoyunlu-Osmanlı münasibətlərinin kəskinləşməsinə səbəb oldu. Otluqbeli müharibəsinin əsas səbəbkarlarından olan Qızıl Əhməd bəy Sultan Bəyazid dönəmində bağışlanaraq Osmanlıların xidmətinə alınmışdır. Oğullarından Mirzə Mehmed Paşa Sultan Bəyazidin qızlarından Fatma Sultanla evlənmişdir.

Candaroğlu bəyləri

Bəy Hökmranlıq dövrü
1 Şəmsəddin Yaman Candar bəy 1291-1309
2 I Süleyman bəy 1309-1341
3 I İbrahim bəy 1341-1345
4 Yaqub bəy 1345-1346
5 Adil bəy 1346-1362
6 Bəyazid bəy 1362-1385
7 II Süleyman bəy 1385-1392
8 İsfəndiyar bəy 1385-1440
9 II İbrahim bəy 1440-1443
10 İsmayıl bəy 1443-1461
11 Qızıl Əhməd bəy 1461

Ailənin soyağacı

Candaroğlu bəyi CANDAROĞLU BƏYİ
 
 
 
 
 
 
 
 
Candaroğlu bəyi(1)
ŞƏMSƏDDİN YAMAN CANDAR BƏY
(1291-1309)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Candaroğlu bəyi(4)
YAQUB BƏY
(1345-1346)
 
 
 
 
 
Candaroğlu bəyi(2)
I SÜLEYMAN BƏY
(1309-1341)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Candaroğlu bəyi(5)
ADİL BƏY
(1346-1362)
 
Candaroğlu bəyi(3)
I İBRAHİM BƏY
(1341-1345)
 
CANDAROĞLU ƏLİ BƏY
 
CANDAROĞLU ÇOBAN BƏY
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Candaroğlu bəyi(6)
BƏYAZİD BƏY
(1362-1385)
 
CANDAROĞLU MAHMUD BƏY
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
... XATUN
 
CANDAROĞLU İSGƏNDƏR BƏY
 
Candaroğlu bəyi(8)
İSFƏNDİYAR BƏY
(1385-1440)
 
Candaroğlu bəyi(7)
II SÜLEYMAN BƏY
(1385-1392)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
QARA YƏHYA BƏY
 
TURƏ XATUN
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
CANDAROĞLU XIZIR BƏY
 
SEYDBƏXT XATUN
 
Candaroğlu bəyi(9)
II İBRAHİM BƏY
(1440-1443)
 
CANDAROĞLU MURAD BƏY
 
Candaroğlu bəyi(-)
QASIM BƏY
(1417-1464)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
CANDAROĞLU SULTANZADƏ QAYA BƏY
 
CANDAROĞLU İSKƏNDƏR BƏY
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
XƏDİCƏ HƏLİMƏ XATUN
 
CANDAROĞLU YUSİF BƏY
 
Candaroğlu bəyi(10)
İSMAYIL BƏY
(1443-1461)
 
Candaroğlu bəyi(11)
QIZIL ƏHMƏD BƏY
(1461)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
CANDAROĞLU ƏBDÜLCƏLİL BƏY
 
CANDAROĞLU YƏHYA BƏY
 
CANDAROĞLU HƏSƏN BƏY
 
MİRZƏ MEHMED PAŞA
 
MUSA PAŞA
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
CANDAROĞLU SULTANZADƏ MEHMED PAŞA
 
CANDAROĞLU SULTANZADƏ MUSTAFA PAŞA
 
CANDAROĞLU SULTANZADƏ ƏHMƏD PAŞA

Osmanlı-Candaroğlu qohumluq əlaqəsi

Candaroğlu bəyi CANDAROĞLU BƏYİ
Sultan OSMANLI SULTANI
 
 
 
 
 
Candaroğlu bəyi
ŞƏMSƏDDİN YAMAN CANDAR BƏY
(1291-1309)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Candaroğlu bəyi
I SÜLEYMAN BƏY
(1309-1341)
 
Candaroğlu bəyi
YAQUB BƏY
(1345-1346)
 
 
 
 
 
 
 
 
 
 
 
Sultan
OSMAN QAZİ
(1299-1326)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Candaroğlu bəyi
I İBRAHİM BƏY
(1341-1345)
 
Candaroğlu bəyi
ADİL BƏY
(1346-1362)
 
 
 
 
 
 
 
 
 
 
 
Sultan
ORXAN QAZİ
(1326-1362)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Candaroğlu bəyi
BƏYAZİD BƏY
(1362-1385)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Candaroğlu bəyi
... XATUN
 
 
 
 
 
 
 
Sultan
QAZİ SÜLEYMAN PAŞA
 
Sultan
I MURAD HÜDAVƏNDİGAR
(1362-1389)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Candaroğlu bəyi
II SÜLEYMAN BƏY
(1385-1392)
 
 
 
 
 
 
 
 
 
Sultan
SULTAN XATUN
 
Sultan
I İLDIRIM BƏYAZİD
(1389-1402)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Candaroğlu bəyi
İSFƏNDİYAR BƏY
(1385-1440)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sultan
I MEHMED ÇƏLƏBİ
(1413-1421)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Candaroğlu bəyi
II İBRAHİM BƏY
(1440-1443)
 
 
 
 
 
 
 
 
 
 
 
Sultan
SƏLCUQ XATUN
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Candaroğlu bəyi
QASIM BƏY
(1417-1464)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sultan
SULTAN XATUN
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Candaroğlu bəyi
XƏDİCƏ HƏLİMƏ XATUN
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sultan
II MURAD
(1421-1444)
(1446-1451)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Candaroğlu bəyi
CANDAROĞLU SULTANZADƏ QAYA BƏY
 
 
 
 
 
Sultan
HAFSA SULTAN
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Candaroğlu bəyi
İSMAYIL BƏY
(1443-1461)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sultan
XƏDİCƏ SULTAN
 
Sultan
FATEH SULTAN MEHMED
(1444-1446)
(1451-1481)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Candaroğlu bəyi
QIZIL ƏHMƏD BƏY
(1461)
 
 
 
 
 
Candaroğlu bəyi
CANDAROĞLU SULTANZADƏ HƏSƏN BƏY
 
 
 
Sultan
AYŞƏ SULTAN
 
Sultan
II BƏYAZİD
(1481-1512)
 
Sultan
ŞAHZADƏ MUSTAFA
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Candaroğlu bəyi
MİRZƏ MEHMED PAŞA
 
 
 
 
 
 
 
 
 
 
 
Sultan
FATMA SULTAN
 
Sultan
YAVUZ SULTAN SƏLİM
(1512-1520)
 
Sultan
FƏRAHŞAD SULTAN
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sultan
ŞAHNİSƏ SULTAN
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Candaroğlu bəyi
CANDAROĞLU SULTANZADƏ MEHMED BƏY
 
 
 
 
Sultan
GÖVHƏRXAN SULTAN
 
 
 
 
 
 
 
 

İstinadlar

  1. Uzunçarşılı, Anadolu Beylikleri, s. 121-147, 230.
  2. Zeki Velidi Togan, Umumi Türk Tarihine Giriş, İstanbul 1946, s. 68, 315 vd., 325.
  3. Yaşar Yücel, Çoban-oğulları Candar-oğulları Beylikleri, Ankara 1980, s. 53-181.
  4. İbn Battûta, The Travels of Ibn Battuta (trc. H. Gibb), London 1962, II, 460-468, 532.
  5. İbn Fazlullah el-Ömerî, Mesâlik (Taeschner), s. 31-32, 39 vd., 40, 42.
  6. P. Wittek, Menteşe Beyliği (trc. O. Şaik Gökyay), Ankara 1986, s. 84-85, 89.
  7. Clavijo, Timur Devrinde Kadis’ten Semerkand’a Seyahat (trc. Ömer Rıza Doğrul), İstanbul 1933, I, 74-77, 90-91.
  8. Abdulkerim Abdulkadiroğlu, “Candaroğlu İsmail Bey ve Hulviyyât-ı Sultânî Adlı Eseri Üzerine Notlar”, Türk Tarih ve Kültüründe Kastamonu, Tebliğler, 19-21 Ekim 1988, Ankara 1989, s. 43-54.
  9. Kritovulos, Târîh-i Sultân Mehmed Hân-ı Sânî (trc. Karolidi), İstanbul 1328, s. 146.

Mənbə

  • Muhammed Bostan. Kuzeybatı Anadolu bölgesinde hüküm sürmüş bir devlet: Candaroğulları. Yüksek lisans tezi. Karabük: Karabük Üniversitesi Lisansüstü Eğitim Enstitüsü, 2022, 127 s.
  • Kānunnâme, Âtıf Efendi Ktp., nr. 1970, s. 75.
  • Aksarâyî, Müsâmeretü’l-aḫbâr, s. 311.
  • Eflâkî, Menâḳıbü’l-ʿârifîn, I, 463; II, 934.
  • Nizâmeddîn-i Şâmî, Zafernâme (trc. Necati Lugal), Ankara 1957, s. 315 vd.
  • Makrîzî, es-Sülûk, IV/1, s. 369.
  • Yazıcızâde Ali, Târîh-i Âl-i Selçûk, TSMK, Revan Köşkü, nr. 1390, vr. 279a vd.
  • Esterâbâdî, Bezm ü Rezm (nşr. Kilisli Muallim Rıfat), İstanbul 1928, s. 296, 302, 387.
  • Şerefeddin, Zafernâme, Calcutta 1888, s. 85, 377-378, 467 vd.
  • İbn Tağrîberdî, en-Nücûmü’z-zâhire (Popper), tür.yer.
  • G. Pachymeres, Georgii Pachymeris de Michaele et Andronico Palaeologis libri tredecim (ed. I. Bekker), Bonnae 1835, II, 316, 345, 389.
  • Laonikos Chalkokondyles, Laonici Chalcocondylae Athenieusis Historiarum Libri X (ed. I. Becker), Bonnae 1843, I, 37, 74, 390-391.
  • İstanbul’un Fethinden Önce Yazılmış Tarihî Takvimler (nşr. Osman Turan), Ankara 1954, s. 20 vd., 68.
  • Dukas, Bizans Tarihi (trc. Vl. Mirmiroğlu), İstanbul 1956, s. 148-149.
  • Âşıkpaşazâde, Târih, s. 72, 77, 80, 157.
  • İbn Kemal, Tevârîh-i Âl-i Osmân, I, 61-63; VII, tür.yer.
  • Tursun Bey, Târîh-i Ebü’l-Feth (nşr. Mehmed Ârif), İstanbul 1330, s. 42 vd., 97-100.
  • Oruç b. Âdil, Tevârîh-i Âl-i Osmân, s. 24 vd.
  • Neşrî, Cihannümâ (Unat), I, 204-209, 294, 316-317; II, 527-529, 536, 740, 746, 754.
  • Feridun Bey, Münşeât, I, 220.
  • Mecdî, Şekāik Tercümesi, s. 291.
  • Hoca Sâdeddin, Tâcü’t-tevârîh, I, 63, 94-115, 128, 284, 301-305, 315, 474-475.
  • Müneccimbaşı, Sahâifü’l-ahbâr, III, 29 vd.; 307, 377, 399-402.
  • a.mlf., Osmanlı Tarihi, I, 393-394.
  • W. Heyd, Histoire du commerce du Levant au moyen-âge (trc. F. Raynaud), Leipzig 1936, I, 551-553.
  • Gökbilgin, Edirne ve Paşa Livâsı, s. 328-330, vakfiyeler kısmı, s. 268-277.
  • Ali, “Candaroğlu Hükümeti”, TOEM, XIV/1 (1340), s. 1-24.

Read other articles:

كيه جيه أبا   معلومات شخصية اسم الولادة (بالإنجليزية: Keneti James Fitzgerald Apa)‏  الميلاد 17 يونيو 1997 (26 سنة)  أوكلاند  مواطنة نيوزيلندا  الحياة العملية المدرسة الأم كلية الملك  [لغات أخرى]‏  المهنة ممثل أفلام،  ومغني،  وممثل تلفزيوني،  وممثل  اللغات ال...

 

Vườn quốc gia Pháp (màu tím) và công viên thiên nhiên (màu xanh). Các vườn quốc gia tại Pháp là một hệ thống gồm 11 vườn quốc gia trên lãnh thổ Pháp và tỉnh hải ngoại được điều phối bởi các cơ quan thuộc chính phủ là Cục Vườn quốc gia Pháp. Vườn quốc gia đầu tiên được thành lập vào năm 1963 trong khi mới nhất được thành lập là vào năm 2019. Vườn quốc gia được thành lập theo s

 

Фреймен-МерлебакFreyming-Merlebach   Країна  Франція Регіон Гранд-Ест  Департамент Мозель  Округ Форбак-Буле-Мозель Кантон Фреймен-Мерлебак Код INSEE 57240 Поштові індекси 57800 Координати 49°08′33″ пн. ш. 6°47′59″ сх. д.H G O Висота 200 - 346 м.н.р.м. Площа 9,06 км² Населення 12 ...

ELK1, miembro de la familia de oncogenes ETS Estructura tridimensional de la proteína ELK1.Estructuras disponiblesPDB Buscar ortólogos: PDBe, RCSB  Lista de códigos PDB1dux IdentificadoresSímbolo ELK1 (HGNC: 3321)Identificadoresexternos OMIM: 311040 EBI: ELK1GeneCards: Gen ELK1UniProt: ELK1Locus Cr. X p11.23               Ontología génica Referencias: AmiGO / QuickGO OrtólogosEspecies Humano Ratón Entrez 2...

 

Litografi oleh Auguste van Pers yang menggambarkan seorang pangeran dari pulau Madura dan pelayannya pada masa Hindia Belanda Litografi (dari Bahasa Yunani Kuno λίθος, lithos 'batu' dan γράφειν, graphein 'menulis)[1] atau cetak batu adalah sebuah metode untuk percetakan di atas permukaan licin, dan juga sebuah cara untuk memproduksi semikonduktor dan peralatan MEMS. Pencetakannya dari batu (batugamping litograf) atau pelat logam dengan permukaan halus. Itu ditemukan pada 1...

 

Untuk kegunaan lain, lihat Si Buta dari Gua Hantu (disambiguasi). Si Buta dari Gua Hantu Si Buta dan temannya, lutung yang dinamai Wanara, dari desain sampul cetak ulang oleh Erwin Prima Arya (2005) Penerbit Pustaka Satria Sejati (versi cetak ulang) Munculperdana Si Buta Dari Gua Hantu (1967) Pencipta Ganes TH Karakteristik Nama KarakterBarda MandrawataDunia asalBanten, NusantaraKemampuanIlmu bela diri tangan kosong hebat, ilmu bela diri bersenjata hebat, pengetahuan aji-ajian langka, kepekaa...

Profase adalah tahap pertama pembelahan sel pada mitosis. Seperti yang terjadi setelah G2 interfase, DNA siap berreplikasi saat profase dimulai.[1] Citra mikroskop fluoreskensi dari dua nuklei sel tikus pada profase (skalanya adalah 5 μm).[2] Profase (dari kata Yunani πρό, sebelum dan φάσις, tahap) adalah tahap pertama pembelahan sel pada mitosis dan meiosis. Bermula setelah interfase, DNA tereplikasi saat sel memasuki profase. Kejadian utama pada profase adalah konen...

 

Ini adalah nama Batak Pakpak, marganya adalah Tumanggor. Franc Bernhard Tumanggor Bupati Pakpak Bharat ke-4PetahanaMulai menjabat 26 Februari 2021PresidenJoko WidodoGubernurEdy RahmayadiWakilMutsyuhito SolinPendahuluRemigo Yolando Berutu Sahat Banurea (Plh.) Asren Nasution (Pj.) Kaiman Turnip (Pj.) Informasi pribadiLahir6 Januari 1985 (umur 38)Paris, PrancisKebangsaanIndonesiaPartai politik  GolkarSuami/istriJuniatry Setia Manogihon SiraitAnak2Orang tuaMaster Parulian T...

 

French monthly erotic magazine published in Paris (1933 to 1951) Paris Sex-AppealParis Sex-Appeal, cover, July 1934EditorHenri FrançoisFrequencyMonthlyPublisherHenri FrançoisTotal circulationunknownFounded1933CountryFranceBased inParisLanguageFrenchISSN2727-5795 Paris Sex-Appeal was a monthly French erotic magazine published in Paris by Henri Francois from 1933 to 1951, though it was suspended during World War II. It featured light French fiction and articles. Illustrations throughout were ...

Historic house in Indiana, United States United States historic placeGump HouseU.S. National Register of Historic Places Gump House, January 2013Show map of IndianaShow map of the United StatesLocationState Road 8, northwest of Garrett, Keyser Township, DeKalb County, IndianaCoordinates41°21′58″N 85°11′23″W / 41.36611°N 85.18972°W / 41.36611; -85.18972Arealess than one acreBuiltc. 1854 (1854)Architectural styleGreek RevivalMPSKeyser Township MRANR...

 

Italian general Camillo GrossiBorn(1876-09-30)30 September 1876Grosseto, Kingdom of ItalyDied16 June 1941(1941-06-16) (aged 64)Turin, Kingdom of ItalyAllegiance Kingdom of ItalyService/branch Royal Italian ArmyYears of service1894-1941RankLieutenant GeneralCommands held2nd Alpini RegimentCuneo Territorial Military DivisionArmy Corps of TurinFourth ArmyArmy Group EastBattles/wars World War I World War II Awards War Merit Cross Military Order of Savoy Order of the Crown of I...

 

В Википедии есть статьи о других людях с фамилией Поповский. Стефан Поповский Имя при рождении польск. Stefan Popowski Дата рождения 21 марта 1870(1870-03-21) Место рождения Варшава Дата смерти 14 декабря 1937(1937-12-14) (67 лет) Место смерти Варшава Гражданство Жанр пейзажист Учёба Император...

Jocular system of physical laws for animated cartoons Cartoon physics or animation physics are terms for a jocular system of laws of physics (and biology) that supersedes the normal laws, used in animation for humorous effect. Many of the most famous American animated films, particularly those from Warner Bros. and Metro-Goldwyn-Mayer studios, indirectly developed a relatively consistent set of such laws which have become de rigueur in comic animation. They usually involve things behaving in ...

 

Sports stadium in Halifax, West Yorkshire, England This article has multiple issues. Please help improve it or discuss these issues on the talk page. (Learn how and when to remove these template messages) This article's tone or style may not reflect the encyclopedic tone used on Wikipedia. See Wikipedia's guide to writing better articles for suggestions. (February 2015) (Learn how and when to remove this template message) This article needs additional citations for verification. Please help i...

 

Norwegian politician Per Olav TyldumBorn (1964-04-24) 24 April 1964 (age 59)NationalityNorwegianOccupationPoliticianPolitical partyCentre Party Per Olav Tyldum (born 24 April 1964) is a Norwegian politician. He was elected representative to the Storting from the constituency of Nord-Trøndelag for the period 2021–2025, for the Centre Party.[1][2] Tyldum has earlier been mayor in Overhalla.[3] References ^ Tyldum, Per Olav (1964-). stortinget.no (in Norwegian). R...

Castle in Kitahiroshima, Hiroshima, Japan Ogurayama Castle小倉山城 Kitahiroshima, Hiroshima Prefecture, Japan Ogurayama CastleShow map of Hiroshima PrefectureOgurayama CastleShow map of JapanCoordinates34°46′14.2″N 132°29′49.1″E / 34.770611°N 132.496972°E / 34.770611; 132.496972TypeMountaintop style Japanese castleSite informationControlled byKikkawa clanSite historyBuiltc.1380Built byKikkawa TsunemiIn useSengoku periodDemolishedc.1550Nat...

 

New Zealand politician For the member of the Minnesota House of Representatives, see Ruth Richardson (American politician). The HonourableRuth RichardsonRichardson in 199137th Minister of FinanceIn office2 November 1990 – 29 November 1993Prime MinisterJim BolgerPreceded byDavid CaygillSucceeded byBill BirchMember of the New Zealand Parliamentfor SelwynIn office28 November 1981 – 18 July 1994Preceded byColin McLachlanSucceeded byDavid Carter Personal detailsBorn (1950-12-...

 

American college basketball season 2017–18 Penn State Nittany Lions basketballNIT ChampionsConferenceBig Ten ConferenceRecord26–13 (9–9 Big Ten)Head coachPat Chambers (7th season)Associate head coachKeith UrgoAssistant coaches Dwayne Anderson Jim Ferry Home arenaBryce Jordan CenterSeasons← 2016–172018–19 → 2017–18 Big Ten Conference men's basketball standings vte Conf Overall Team W   L   PCT W   L   PCT No. 5 Michigan State...

Vladimir Šitov Nazionalità  Unione Sovietica Slittino Specialità Singolo, doppio Squadra CSKA Moskva Termine carriera 1979 Palmarès Competizione Ori Argenti Bronzi Mondiali 0 1 0 Europei 0 0 1 Per maggiori dettagli vedi qui Statistiche aggiornate al 5 agosto 2014 Modifica dati su Wikidata · Manuale Vladimir Šitov (in russo Владимир Шитов?; traslitterazione anglosassone Vladimir Shitov; Mosca, 8 luglio 1952 – Mosca, 8 novembre 2011) è stato uno slittinista s...

 

Electric guitar prototype This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Gibson Futura – news · newspapers · books · scholar · JSTOR (July 2019) (Learn how and when to remove this template message) Gibson FuturaManufacturerGibsonPeriod1957, 1996–2008ConstructionBody typeSolidNeck jointSetScale24.75 i...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!