Cammu — Hindistanın şimalında şəhər. Cammu və Kəşmir ştatlarının ikinci inzibati mərkəzi (qış paytaxtı).[1]
Əhalisi
Əhalisi 651,8 min (2011; aqlomerasiyada 951,4 min).[1]
Coğrafiyası
Tavi çayı dərəsində, Himalay ön dağlığında, Dhaoladhar silsiləsinin ətəyində, 300–400 m yüksəklikdə yerləşir. Nəqliyyat qovşağı.[1]
Memarlığı
Raqhunath (Şimali Hindistanda ən böyük məbədlərdən biri), Ranbireşvar (75 m hündürlükdə qüllə ilə birlikdə) məbədləri, Bahu istehkamı (şəhərin ən qədim tikililərindən biri), maharacə sarayı (1820); universitet (1969), Doqra incəsənət qalereyası (1954) var. Ticarət-sənətkarlıq mər kəzidir. Kimya, ağac emalı, toxuculuq (ipək və yun parça istehsalı) sənayesi müəssisələri fəaliyyət göstərir. Metal emal edilir. Cammu yaxınlığında Vayşnodevi məbədi (hinduistlərin mühüm ziyarət mərkəzi) yerləşir.[1]
Qalereya
Həmçinin bax
İstinadlar
Xarici keçidlər