Camala

Camala
Ümumi məlumatlar
Doğum adı Сусана Алімівна Джамаладінова
Ləqəbləri Camala
krımtat. Camala
ukr. Джама́ла
Doğum tarixi 27 avqust 1983(1983-08-27)[1] (41 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, mahnı yazarı[d]
Fəaliyyət illəri 2001-ci ildən
Janrlar caz, soul, pop musiqisi, xalq musiqisi
Səs tembri soprano[2]
Albom şirkətləri Universal Music Group
Təhsili
Mükafatları Ukraynanın xalq artisti Kiyevin fəxri vətəndaşı Taras Şevçenko adına Ukrayna Milli Mükafatı
jamalamusic.com
jamalamusic.com
jamalamusic.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Susanna Alimovna Camaladinova (krımtat. Susana Alim qızı Camaladinova, ukr. Суса́на Алі́мівна Джамаладі́нова; 27 avqust 1983[1], ) və ya sadəcə Camala (krımtat. Camala, ukr. Джама́ла) — tatarerməni mənşəli Ukrayna musiqiçisi. O, "1944" mahnısı ilə Ukraynanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və qələbə qazanmışdır.

Həyatı

Susanna Camaladinova 27 avqust 1983-cü ildə Qırğızıstan Sovet Sosialist Respublikasının şəhərində dünyaya göz açmışdır. Onun atası milliyətcə Krım tatarı, anası isə ermənidir. Camala və onun atası müsəlman,[3] anası isə xristiandır. İkinci dünya müharibəsi zamanı Camalanın Krımdan olan əcdadları İosif Stalinin göstərişi ilə məcburi şəkildə Mərkəzi Asiyaya deportasiya edilmişdirlər. 1989-cu ildə onun ailəsi Krıma geri dönmüşdür.

Camala əsasən rusukrayn dillərində danışır. Onun krımtatar dilində bir neçə mahnı yazsa da, həmin dildə sərbəst şəkildə danışa bilmir.[4]

Musiqi karyerası

2010–2015: Başlanğıc

Camala uşaqlıq illərindən musiqiyə həvəsli olmuşdur. O, ilk mahnısını hələ 9 yaşında ikən Krımtatar dilində bəstələmişdir. Camala Simferopol şəhərində yerləşən musiqi kollecinə daxil olmuş və Ukraynanın Pyotr Çaykovski adına milli musiqi akademiyasından opera müğənnisi olaraq məzun olmuşdur. Lakin onun musiqidə əsas marağı pop janrı idi.

2010-cu ilin fevral ayında Camala "You Are Made of Love" adlı ilk sinqlı təqdim olunmuşdur. Onun ikinci sinqlı "It's Me, Jamala" həmin ilin oktyabr ayında, üçüncü sinqlı "Smile" isə noyabr ayında təqdim olunmuşdur. Camala "Smile" mahnısı ilə Ukraynanın 2011 Avroviziya Mahnı Müsabiqəsi üçün milli seçim turunda iştirak etmiş və nəticədə üçüncü yerdə qərarlaşaraq, məğlub olmuşdur. 2011-ci ilin aprel ayında Camalanın For Every Heart adlı debüt albomu işıq üzü görmüşdür.

2012-ci ilin noyabr ayında Camalanın ikinci studiya albomunun əsas sinqlı olan "Я Люблю́ Тебя́" dinləyicilərə təqdim olunmuşdur. Albomun ikinci və üçüncü sinqlları "Hurt" və "Ка́ктус" həmin ilin mart ayında təqdim olunmuşdur. All or Nothing albomu 2013-cü ilin mart ayında işıq üzü görmüşdür. 2014-cü ilin sentyabrında ifaçının "Заплу́талась" sinqlı buraxılmışdır.

2015-ci ilin mart ayında Camalanın üçüncü studiya albomunun əsas sinqlı "Очима" təqdim olunmuşdur. Albomun ikinci sinqlı "Шлях додо́му" həmin ilin may ayında, üçüncü sinqlı "По́дих" isə iyunda təqdim olunmuşdur. Camalanın üçüncü albomu olan Подих 2015-ci ilin oktyabr ayında satışa buraxılmışdır.

2016-hal-hazırda: Nailiyyət

Camala Avroviziya səhnəsində

2016-cı ildə Camala "1944" mahnısı ilə Ukraynanın NTU telekanalının Avroviziya 2016 üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş və qələbə qazanmışdır. Nəticədə ifaçı həmin mahnı ilə ölkəsini İsveçin paytaxtı Stokholmda keçirilən müsabiqədə təmsil etmək hüququ əldə etmişdir.[5][6] Mahnı 1944-cü ildə Krım tatarlarının Mərkəzi Asiyaya deportasiyası zamanı müğənninin nənəsinin itirdiyi qızı haqqındadır və mahnının sözləri Camalanın özü tərəfindən 2014-cü ildə yazılmışdır. Rus şərhçilər mahnının Rusiyanın Krıma hərbi müdaxiləsi və Donbass müharibəsi barəsində olduğunu iddia edərək, bu tip siyasi mövzuda olan mahnının müsabiqənin qaydalarını kobud şəkildə pozduğunu bildirmişdirlər. Lakin mahnıda hansısa birbaşa siyasi ismarış olmaması səbəbindən mahnının Avroviziyanın qaydalarını pozmadığı daha öncə Avropa Yayım İttifaqı tərəfindən təsdiqlənmişdir. Camala da verdiyi müsahibələrdə ifa etdiyi mahnının siyasi mövzuda olmadığını və mahnını yazmaqda əsas məqsədinin 1944-cü ildə nənəsinin yaşadığı acıları, dəhşətli anları dinləyiciyə çatdırmaq olduğunu bildirmiş və mahnının onun üçün yalnız şəxsi anlam daşıdığını vurğulamışdır.

Müsabiqə üçün aparılan uzun məşqlərdən sonra Camala 12 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 14-cü nömrə altında səhnə almışdır. Nəticədə 287 xalla 2-ci yeri tutaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Camala 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 534 xal toplayaraq, Avroviziya 2016-nın qalibi elan edilmişdir. Müsabiqədəki qalibiyyətindən sonra Camala Ukraynanın prezidenti Petro Poroşenko tərəfindən Xalq artisti adına layiq görülmüşdür.[7]

Şəxsi həyatı

26 aprel 2017-ci il tarixdə Camala Bəkir Süleymanov ilə ailə həyatı qurmuşdur. Onların nigahı Kiyevdə yerləşən İslam Mədəniyyət Mərkəzində baş tutmuşdur. Bəkir Süleymanov Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fizika və Riyaziyyat üzrə təhsil almışdır.

Diskoqrafiya

Albomlar

Albom adı İl
For Every Heart 2011
All or Nothing 2013
Подих 2015
1944 2016

Sinqllar

Mahnı adı İl
"You Are Made of Love" 2010
"It's Me, Jamala"
"Smile"
"Я люблю тебя" 2012
"Hurt"
"Кактус" 2013
"Заплуталась" 2014
"Злива"
"Чому?"
"Очима" 2015
"Шлях додому"
"Подих"
"1944" 2016
"Заманили"
"I Believe in U" 2017
"Сумую"

İstinadlar

  1. 1 2 Džamala // Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  2. https://www.unian.ua/culture/372733-djamala-cholovik-yakiy-ne-e-mojim-fanatom-ne-miy-cholovik.html.
  3. "Джамала - 1". youtube.com. 23 fevral 2011. 21 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.
  4. "Джамала: "Не могу петь в России, пока в Крыму пропадают татары"" (Rusca). delfi.lv. 18 mart 2016. 25 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2016.
  5. "Jamala entered Eurovision-2016 national selection". QHA.com.ua. 26 yanvar 2016. 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2016.
  6. Eurovision: Ukraine's entry aimed at Russia Arxivləşdirilib 2019-08-22 at the Wayback Machine, BBC News (22 fevral 2016)
  7. "Ukraine: Jamala Awarded Title "People's Artist of Ukraine"". Eurovoix. 16 may 2016. 25 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2018.
Əvvəlki:
Mariya Yaremçuk
"Tick-Tock"
Ukrayna Avroviziya Mahnı Müsabiqəsində

2016
Sonrakı:
O.Torvald
"Time"

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!