Cadugər (ing.The Witcher) — Andjey Sapkovskinin"Cadugər" romanlar seriyası əsasında[2]Netflix şirkətinin sifarişi ilə çəkilən və 2019-cu ildə yayıma çıxarılan ABŞfentezi-dram teleserialıdır.Serialın 2-ci sezonunun 2021-ci ildə yayına çıxarılması gözlənilir.
Cadugər Riviyalı Geralt bədheybətlər və qəddar insanlarla dolu dünyada öz yerini axtarır.[3]
İstehsalı
2017-ci ilin mayında Netflix, Polşa yazıçısı Andjey Sapkovskinin“Cadugər” romanlar seriyasının ingilis dilində serial adaptasiyasının istehsal ediləcəyini bildirir. İstehsalat işləri ilə Sean Daniel Company və Platige Image məşğul olur.[2] 2017-ci ilin dekabrında Loren Şmidt Hissrixin serialın şouranneri olacağı bildirilir.[4] 2018-ci ilin yanvarında pilot seriyasının ssenarisinin tamamlandığı elan edilir.[5] 2018-ci ilin aprelində məlum olur ki, birinci mövsüm səkkiz seriyadan ibarət olacaq və çəkilişlər Mərkəzi Avropada aparılacaq.[6][7]
Birinci mövsümün çəkilişləri 31 oktyabr 2018-ci ildə Macarıstanda başlayır.[8] 2019-cu ilin martında çəkilişlər Kanar adaları arxipelağına daxil olan Qran-Kanariya, Palma və Qomera adalarında çəkilişlər davam etdirilir.[9] Birinci mövsümün çəkilişlərinə 30 may 2019-cu ildə yekun vurulur.[10]
2020-ci ilin başlanğıcında serialın ikinci mövsümünün çəkilişlərinə start veriləcək və ümumilikdə mövsümün 2021-ci ilin yazında nümayişə hazır olacağı düşünülür.[11] İkinci mövsümün çəkilişləri Böyük Britaniyada aparılacaq.[12] 2019-cu ilin noyabrında şouranner serialın yeddi mövsümünün olmasının planlaşdırıldığını elan edib.
Aktyor seçimi ilə bağlı qalmaqal
2018-ci ilin sentyabrında Siri rolu üçün BAME (qara dərili, asiyalı və ya digər etnik azlıq nümayəndəsi kimi deşifrə edilir) kateqoriyasından olan aktrisa axtarıldığı elan edilsə də, romanlarda Siri ağ dəri və parlaq (kül rəngli boz) saçlara malikdir.[13] Bu, roman və oyunlar seriyasının fanatları arasında ciddi narahatlıq və tənqid dalğasının yaranmasına gətirib çıxarır. Tənqidçilər ümumi formalaşmış rəyə görə yazıçının monoetnikliyi ilə seçilən orta əsrlər Polşasından ilhamlandığını və belə bir mühitdə avropoid olmayan istənilən irqin artıq olduğunu qeyd edirdilər.[14] Sirinin ağdərili olmayan aktrisa tərəfindən canlandırılacağını təsdiqləməkdən imtina edən Loren Şmidt Hissriç, qeyd edir ki, hadisələr uydurma dünyada baş verir və tarixi uyğunluğun gözlənilməsini tələb etmək mənasızdır. Bundan sonra Loren kiberbullinqə məruz qalır.[15] Bu xəbər Polşadan olan internet istifadəçilərinin də qəzəbinə səbəb olur, polyaklar NetflixiPolşa mədəniyyətinə qarşı hörmətsizlikdə günahlandıraraq, Siri rolu üçün slavyan mənşəli aktrisa seçilməsini tələb edirlər.[16] Qalmaqaldan qısa müddət sonra yayılmış növbəti hesabatda Siri rolu üçün polyak mənşəli aktrisa axtarıldığı, BAME qısaltmasının isə həm də Şərqi Avropalı anlamını ifadə etdiyi bildirilir.[17][18]
Bir sıra qərb KİV-ləri insanların narazıçılığını tənqid edərək, onları rasimdə və nifrətin təbliğ edilməsində günahlandırırlar.[19][20][21][22] Məsələn, “Forbes” jurnalının redaktoru qeyd edir ki, Siri rolunda Asiya və ya Afrika mənşəli aktrisa görməkdən şad olardı və həmin aktrisanın kiberbullinqin qurbanı olmayacağına ümid edir. Bu bəyanat, seriya fanatlarının hiddətinə səbəb olur və mənbəyə hörmətsizlik kimi qəbul edilir. Fanatlar, redaktoru ağdərili insanlara qarşı rasizmdə günahlandırırlar.[23]
Marketinq
Serialın birinci tizeri San-Diyeqo Beynəlxalq Komik-Kon zamanı, 19 iyul 2019-cu ildə nümayiş etdirilmişdir.[24] İlk treyler isə 31 oktyabr 2019-cu ildə İtaliyanınLukka şəhərində baş tutan "Lucca Comics and Games" tədbiri zamanı təqdim olunmuşdur.[25] İkinci və dinal tryeleri Netflix 12 dekabr 2019-cu ildə YouTube-da təqdim etmişdir.[26]
Yayımlanması
2019-cu ilin aprelində Netflix təmsilçisi Ted Sarandos investorlara bildirir ki, birinci mövsümün premyerası 2019-cu ilin sonuna planlaşdırılıb.[27] Oktyabrda bütün seriayaların 20 dekabr 2019-cu ildə təqdim ediləcəyi rəsmi olaraq təsdiqlənir.[28]