Cəlil Məmmədquluzadənin Ev-Muzeyi — 1997-ci il oktyabr ayının 11-də Tbilisidə açılmış muzey[1].
Tarixi
Bu binada 1897–1918-ci illərdə Cəlil Məmmədquluzadə
yaşayıb-yaratmış, 1906–1911-ci illərdə isə "Molla Nəsrəddin" jurnalını burada nəşr etdirmişdir[2]. Burada ədibin Tiflisdəki fəaliyyətini əks etdirən sənədlər, fotomateriallar, əsərləri əsasında çəkilmiş bədii filmlər, "Molla Nəsrəddin" jurnalının nüsxələri saxlanılır. Jurnalın çap edildiyi "Qeyrət" mətbəəsi də bu evin zirzəmisində yerləşib[3]. Muzey 200-dən çox yaşı olan ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Vaxtilə binanın hər iki mərtəbəsi Cəlil Məmmədquluzadəyə məxsus olub. Sovet işğalından sonra binada ailələr məskunlaşıb, yalnız birinci mərtəbədəki 2 otaqlı mənzil ev-muzeyi kimi qorunub saxlanıb[4]. Hazırda muzey qəzalı vəziyyətdədir[5].
İstinadlar
|
---|
Əsərləri | | |
---|
Haqqında yazılan kitablar | |
---|
Haqqında çəkilən filmlər | |
---|
Əsərləri əsasında çəkilən filmlər | |
---|
Xatirəsi | |
---|