Bəxtəvər qısametrajlı bədii filmi rejissor Ömür Nağıyev tərəfindən 1990-cı ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Bu, çox gözəl səsi olan uğursuz adamın taleyi haqqında niskilli film-hekayətdir. Əsas rolları Kamil Məhərrəmov və Mehriban Xanlarova ifa edirlər.
Məzmun
Bu, çox gözəl səsi olan uğursuz adamın taleyi haqqında niskilli film-hekayətdir.[1]
Film haqqında
Film yazıçı Yuri Kazakovun "Ləhlülülü" (Trallivalli) hekayəsinin motivləri əsasında çəkilmişdir.[1]
Rollarda
- Kamil Məhərrəmov — Gündüz
- Mehriban Xanlarova — Dilşad
- Səhiyəddin Həsənov — Kök
- Xanlar Muradov — Uzun
- Xəyyam Aslan (Xəyyam Aslanov kimi) — Cavan
- Arif Kərimov — sürücü
- Filmi səsləndirənlər:
- Eldəniz Rəsulov — Gündüz (Kamil Məhərrəmov)(titrlərdə yoxdur)
- Nəcibə Hüseynova — Dilşad (Mehriban Xanlarova)(titrlərdə yoxdur)
İstinadlar
- ↑ 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 151
Mənbə
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 319; 367.
Xarici keçidlər