Böyük saat — Türkiyədəki ən uzun saat qülləsidir və uzunluğu 32 metrdir. Adana şəhərində yerləşir.
Tarixi
1879-cu ildə dövrün Adana valisi Ziya Paşa tərəfindən bugünkü adıyla Ali Ulu prospektində tikintisinə başlanıb[1]. Ziya Paşa 1880-ci ildə vəfat etdiyinə görə bu mühüm əsəri tamamlamaq bu şəhərin ən çalışqan və xeyriyyəçi şəxsi olan Vali Abidin Paşaya nəsib oldu. Adana Böyük saat qülləsi 1882-ci ildə tamamlanıb istifadəyə açıldı. Və o gündən bu yana şəhərin ən mühüm strukturlarından biri hesab edilir.
Mənbələr saat qülləsinin inşasına dövrün Adana bələdiyyə rəisi Hacı Yunis Ağanın da çox ciddi töhfələri olduğunu yazır[2]. Ətraf divarları kərpicdən hörülən, kvadrat prizma kimi inşa edilən və hündürlüyü 32 metr olan Adana Böyük saat qülləsinin əsas dərinliyinin də bir o qədər olduğu deyilir.