Böyük dəmrovotu |
---|
|
|
|
|
Böyük dəmrovotu (lat. Chelidonium majus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin dəmrovotu cinsinə aid bitki növü.
Botaniki xarakteristikası
Çoxillik ot bitkisidir. Kökləri mil və qol-budaqlı olub, xaricdən qırmızı-qonur, daxili hissəsi isə sarı rənglidir. Gövdəsi 1m-ə qədər, düzqalxan, yuxarıdan budaqlanan, çılpaq, düyünlü və ya tükcüklüdür. Yarpaqları növbəli, yuxarı hissədən göyümtül, oturaq və lələkvari bölünmüş, aşağı hissəsi isə saplaqlıdır. Yarpaq seqmentləri dairəvi yumurtaşəkilli və ya dairəvi-dişciklidir. Çiçək ləçəkləri dörd açıq-sarı, düzgün, uzunluğu 5-10 sm, sadə çətirdən ibarət olmaqla, saplaqlıdır. Kasacığı 2 kasayarpağından ibarət, qınlı, təkyuvalı qutucuqdan ibarət olub, açılan qapayıcı qapağı vardır. Bitkinin bütün hissələrı tünd-sarı rəngli olub, içərisi təbii şirədən ibarətdir. May ayından payıza qədər çiçəkləyir, iyul-sentyabr aylarında isə meyvələri yetişir.
Alaq otu kimi bağ, park, meşə zonalarında, enliyarpaqlı və iynəyarpaqlı meşələrdə, pöhrəlik və kolluqlarda yayılmışdır.
Çiçəkləmə dövründə (iyun-avqust) iti bıçaq və ya oraqla toplanılır. Xammal yalnız quru havada toplanılmalıdır.
Qurudulma günəşli havada təbii şəraitdə, brezent üzərində, naveslərdə, daimi havalı yerlərdə və ya quruducu şkafda 50-60°С temperaturda qurudulmalıdır. Yavaş qurudulma zamanı çürümə prosesi güclənir.
Xammal kimi gövdə və yarpaqları, çiçək və meyvələri keyfiyyətli və yararlıdır. Gövdəsi Iyli, təyin olunmayan dadlı olmaqla, zəhərlidir.
Havası tez-tez dəyişilən yerlərdə saxlanılmalıdır. B siyahına daxildir. Saxlanılma müddəti 3 ildir.
Tərkibi və təsiri
Otun tərkibində izoxinolin sırası alkaloidləri: xelidonin, hemoxelidonin, xeleritrin, metoksixelidonin, oksixelidonin, çox olmayan miqdarda sanqvinarin, protopin, berberin vardır. Bundan başqa saponinlər, flavonoidlər (rutin, kempferol, kverçetin), aşı maddələri, 0,01 % efir yağı, askorbin turşusu, karotinoidlər və üzvi turşular – alma, limon, kəhrəba və xelidonin vardır. Otunda 2%, köklərində isə 4% alkaloidlər olur.
Xarici iltihabsorucu, antiseptik, spazmalotik, ödqovucu dərmandır.
Çoxtərəfli farmakoloji aktivliyi vardır. Başlıca olaraq spazmalotik, ödqovucu və iltihabsorucu (bakterisid) xüsusiyyətə malikdir. Bundan başqa ağrıkəsici və sakitləşdirici təsiri morfi və papaverində olduğu kimidir. Saya əzələlərə təsir edərək, spazmı aradan qaldırır, hipotenziya və bradikardiya yaradır. Homoxelidonin qıcolma əleyhinə olmaqla, güclü yerli ağrıkəsici təsirə malikdir. Tərkibindəki sanqvinarın antixolinestraza təsir edərək, bağırsağın peristaltikasını artırır və ağız suyunun axmasına səbəb olur. Dərman vasitisi kimi xərçəng törəməsində, metastazlarda, funqistatik və bakterostatik təsiri də vardır.
Şirəsi təzə bitkidən alınır. Ekstraktı qırtlaq və bağırsaq papillamatozunda, qırmızı qurdeşənəyində, 2,5% sulu dəmləməsindən qaraciyər və ödyolları xəstəliklərində tətbiq edilir. Epilepsiya, stenokardiya, bronxial astma və bütün nevroloji sindromlarda istifadəsi əks göstərişdir. Güclü zəhərləyici xassəyə malik olmaqla, ürək bulanma, qusma və tənəffüs yollarının iflici baş verir. Bitkinin suyunda uşaqların yuyundurulması əks göstərişdir.
Təsviri
Hündürlüyü 80-100 sm, gövdəsi düzduran, yuxarıda isə budaqlanmış, çılpaq və ya aşağı hissədə buğumlarda tükcüklü olan çoxillik ot bitkisidir.
Yarpaqları təklələkvari-bölünmüş, uzunluğu 2-8 sm, eni 5 sm-ə qədərdir, 5-7 ədəd düzgün olmayan dairəvi-dişli bölümlü seqmentlədir, alt tərəfdə isə göyümtül rəngli, çılpaq və çox vaxt xırda qıvrım-tükcüklərə malikdir.
Çiçəkləri çətirşəkilli çiçək qrupunda toplanmışdır. Ləçəkləri sarı rəngli, əksinəyumurtaşəkilli formadadır.
Meyvələri düz formada olub, düz duran və bir qədər sıxılmış halda olub, uzunluğu 2,5 sm, eni 2–3 mm-dir və ölçüsü çiçək saplağına bərabər olur.
İstinadlar
Həmçinin bax