Böyük Vətən müharibəsi

Böyük Vətən müharibəsinin başlanmasına səbəb olmuş Barbarossa planı

Böyük Vətən müharibəsi — Rusiya və keçmiş postsovet ölkələrində 1941–1945 illərdə, İkinci dünya müharibəsi dövründə Sovet İttifaqının Almaniya və onun müttəfiqlərinə qarşı apardığı müharibəyə verilən ad. Qərbdə bu müharibə Sovet-alman müharibəsi, İkinci Dünya müharibəsində Şərq cəbhəsi adlarıyla tanınır. Almaniyanın danışıqsız təslim olduğu gün − 9 may günü rəsmi bayramdır.

Müharibə ərəfəsi

Almaniya çox güclü hərbi-iqtisadi potensiala malik idi. Hərbi istehsal 1934-cü ildən 1940-cı ilə qədər 22 dəfə artmışdı. Alman hərbi qüvvələrinin sayı (105 mindən 3 milyon 755 minə qədər) 35 dəfə artmışdı.

1941-ci ilin ortasında Almaniyanın silahlı qüvvələrinin ümumi sayı 7,3 mln adam (bundan əlavə 1,2 mln muzdlular vardı). Quru qoşunlarında (5,2 mln adam) 214 (169 piyada, 21 tank, 14 mühərrikli və 10 başqa) diviziya, 7 əlahiddə briqada vardı. Texnikası: 5639 tank və hucum top, 10 min təyyarə, 61 min top və minaatan. 1941-ci ilin iyununda hərbi-dəniz donanması 5 xətt gəmisi, 4 ağır və 4 yüngül kreyser, 43 esmines və minadaşıyan, 161 sualtı qayıq və başqa gəmilərlə təchiz edilmişdi.

Barbarossa əməliyyatı

Barbarossa strateji planı Sovet qoşunlarının dövrəyə alınıb məhv edilməsini və ölkənin içərilərinə irəliləyərək Arxangelsk-Həştərxan xəttinə çıxmağı nəzərdə tuturdu. Bu məqsədlər üçün alman komandanlığı (müttəfiqlərlə birgə) 19-u tank, 14-ü motorlu olmaqla 190 diviziya ayırmışdı. Alman qruplaşması 5,5 mln canlı qüvvə, 4300 tank, 47 min top və minaatan, 4980 döyüş təyyarəsi və 192 döyüş gəmisindən ibarət idi.

SSRİ-yə qarşı Vermaxtın quru qoşunlarının 83%-i, o cümlədən 86% tank və 100% motorlu diviziyası, eyni zamanda 5 hava donanmasından 4-ü ayrılmışdı.

Bütün qüvvələr 3 strateji istiqamətdə cəmləşdirilmişdi:

  • Şimal ordular qrupu (komandan: general-feldmarşal Vilhelm Leyeb) — tərkibində 16-cı, 18-ci ordular və 4-cü tank qrupu (cəmi 29 diviziya) olmaqla, 1-ci hava donanmasının dəstəyi ilə Şərqi Prusiyadan hərəkət edərək, Sovet qoşunlarını Baltikyanıda darmadağın etmək və, Leninqrad və Kronştadt daxil olmaqla, Baltik dənizi limanlarını zəbt etmək əmri aldı.
  • Mərkəz ordular qrupu (komandan: general-feldmarşal Fyodor fon Bok) — Moskva istiqamətində cəmləşən bu qruplaşma, tərkibində 4-cü və 9-cu ordular, 2-ci və 3-cü tank qrupları olmaqla — cəmi 50 diviziya və 2 briqada — ikinci hava donanmasının dəstəyi ilə, Sovet qoşunlarının strateji müdafiyəsini yarmalı, onları Belarusiyada mühasirəyə almalı və Moskvaya sonrakı irəliləmə üçün imkan yaratmalı idi.
  • Cənub ordular qrupu (komandan: general-feldmarşal Gerd fon Rundştedt) — tərkibində 6-cı, 17-ci, 11-ci alman, 3-cü və 4-cü rumın orduları, 1-ci tank və hərəkətli macar korpusu olmaqla — cəmi 57 diviziya və 13 briqada. Onun 4-cü hava donanması və rumın aviasiyasının dəstəyi ilə sovet qoşunlarını sağ sahilboyu Ukraynada darmadağın etməli, Dneprə çıxmalı və Şərqə hucumunu başlamalı idi. Norveç və Finlandiya ərazisində almanların Norveç ordusu və 2 fın ordusu — cəmi 21 diviziya və 3 briqada, 5-ci alman hava donanması və fin aviasiyasının dəstəyi altında yerləşmişdi.

Filmoqrafiya

  1. Biz Bakını müdafiə edirik (film, 1942)
  2. Əsgər atası (film, 1964)
  3. Zabitlər (film, 1971)
  4. Şəfəqlər burada sakitdir (film, 1972)
  5. Bakıda küləklər əsir (film, 1974)
  6. Bir-iki, əsgərlər getdi... (film, 1976)
  7. Ulduz (film, 2002)
  8. Üç qız (film, 2005)

Mənbə

  • Советская военная энциклопедия. Москва, 1980. Военное издательство министерства обороны СССР. T. 2 səh.55


Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!