Böyük Menderes çayı

Böyük Menderes çayı
Büyük Menderes
Ölkə
Mənsəbi Egey dənizi[1]
Uzunluğu
  • 548 km
Su sərfi 90 m³/s
Hövzəsinin sahəsi 25.000 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Çayın mənsəbinin xəritəsi və Antik dövrdə Milet körfəzinin lillənməsinin təkamülü.

Böyük Menderes çayı (türk. Büyük Menderes[2]) — Qərbi Anadolunun ən böyük çayı və Menderes hövzəsinin əsas suvarma mənbəyi. Kufi çayı ilə Banaz çayının qollarının birləşməsindən əmələ gəlir və Egey dənizinə tökülür. Onun uzunluğu 548 km-dir. Böyük Menderes düzünün bataqlıqları quruduqdan sonra Türkiyənin ən məhsuldar ərazilərindən birinə çevrilib.

Axarı

Çay Kelen yaxınlığından İşiklı gölü su anbarından başlayır və burada Kir vadisinə tökülür. Uşakdan gələn və Menderesin ən böyük qollarından biri olan Banaz çayı ona qovuşduqdan sonra Sarayköy düzünə enir. Dənizli sərhədləri daxilində Çürüksu və Gökpınar çaylarından qidalanır və qərb istiqamətində davam edir. Nazillinin cənubundan gələn Akçay da burda ona birləşir. Nazilli, Aydın və Sökə düzənliklərini su ilə qidalandırır. Aydının Karpuzlu rayonundan gələn Karpuzlu çayı Koçarlı yaxınlığında çaya birləşir.

548 km-lik uzun səyahətini Söke rayonunun Dipburun Mevkiisində Egey dənizinə tökərək tamamlayır. Dənizli ili ümumi sahəsi 11 852 km² olan Böyük Menderes çayının yuxarı hövzəsində yerləşir.

Tarixi məlumatlar

Böyük Menderes çayı Bizans xəritəsində (Milet şəhərinin yaxınlığında mənsəbi)

Böyük Menderes çayı köhnə adı Meandr çayı olmaqla Kiçik Asiyada Kariya əyalətinin məşhur çayı idi.[3] Onun adı “Gəmilər kataloqu”nda (Homerinİliadasının ikinci kitabı”) Milet şəhərinin və Mikale yarımadasının adları ilə birlikdə yer alıb. Qeyri-adi hidroqrafiyası ilə də məşhur olan, antik dövrdə Böyük Menderesin qolu olan Çürüksu çayı da məşhur idi.

Böyük Menderes çayının (türk. menderes — əyilmək, dolanbac) çox dolama (ziazaqvari) axar sistemi var. Keçmiş adından (Meandr) bu cür formaların meydana gəlməsinə səbəb olan çaylar bu formada adlandırılır.[4] O, həm də qıvrım şəklində olan ornamentin adını daşıyır.

Ellada da Meandr və Alfey çayları arasında yeraltı əlaqə haqqında məşhur əfsanə var.[5][6]

Çaydan istifadə

Böyük Menderes çayı Dənizlidən başlayaraq Egey dənizi sahillərinə qədər uzanan çox geniş düzənlikləri əhatə edir. Bu düzənliklərdə pambıq, tərəvəzmeyvə yetişdirilir. İntensiv əkinçilik aparılır. Həmçinin çayın sularından suvarma ilə yanaşı yerli əhali məişətdə və gündəlik tələbatını ödəmək üçün də istifadə edir.

Ekologiyası

Böyük Menderes çayı iri yaşayış məntəqələrinin və əhalinin sıx yaşadığı yerlərdən keçdiyinə görə həddsiz dərəcədə çirklənməyə məruz qalır. Çayın ekoloji vəziyyəti elə də yaxşı deyil. O, yaşayış məntəqələrindən qaynaqlanan məişət tullantı suları; sənaye müəssisələrinin sənaye çirkab suları; gübrələrin və pestisidlərin həddindən artıq, vaxtında və düzgün istifadə edilməməsinin təsiri ilə çirklənir. Böyük Menderes çayına texnoloji, məişət və şəhər tullantıları təmizlənmədən tökülür.

Dənizli, Uşak və Aydın illərində tullantı sularını təmizlənmədən Böyük Menderes çayına axıdan 20 növ sənaye müəssisəsi var. DSİ hövzəsi statistikasında Böyük Menderes çayı hövzəsindəki bələdiyyələrin sayı 165 olaraq verilir. Onlardan yalnız altısında kanalizasiya şəbəkəsi var. Aşağı hövzələrdə çirklənmə daha da güclənir və çay ekosistemi yox olmaq üzrədir.

Çayın əsas çirkləndirici elementinin Çürüksu çayı olduğu müəyyən edilib. İddia olunur ki, Böyük Menderes çayının təmizlənməsi işlərinə də bu çaydan başlanmalıdır.[7]

Qalereya

İstinadlar

  1. Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969. Т. 3.
  2. Maeander // Реальный словарь классических древностей / авт.-сост. Ф. Любкер ; Под редакцией членов Общества классической филологии и педагогики Ф. Гельбке, Л. Георгиевского, Ф. Зелинского, В. Канского, М. Куторги и П. Никитина. — СПб., 1885. — С. 807—808.
  3. Страбон, XII. с. 578; Максим Тирский, VIII. 38.
  4. [1] Arxivləşdirilib 2014-07-12 at the Wayback Machine, ətraflı məqalə.
  5. Павсаний, VIII. 24. 5; Фукидид VIII. 17.
  6. en:Hesiod, en:Theogony, 334 [2] Arxivləşdirilib 2012-03-30 at the Wayback Machine
  7. "Arxivlənmiş surət" (PDF). 2015-12-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-24. (#first_missing_last); (#first_missing_last)

Ədəbiyyat

  • Herodotus (1910). History of Herodotus . Translated by George Rawlinson – via Wikisource.
  • Hesiod (1914). Theogony . Translated by Hugh Gerard Evelyn-White – via Wikisource.
  • Strabo. H.C. Hamilton; W. Falconer (eds.). "Geography". Tufts University: The Perseus Digital Library.
  • en:Xenophon, Anabasis, Harvard University Press, Cambridge, Massachusetts; William Heinemann, Ltd., London. 1980. OCLC 10290977. ISBN 0-674-99100-1.
  • Thonemann, P., The Maeander Valley: A historical geography from Antiquity to Byzantium (Cambridge, 2011) (Greek Culture in the Roman World Series)
  • Большой Мендерес // Бари — Браслет. — М. : Советская энциклопедия, 1970. — (Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров ; 1969—1978, т. 3).
  • Maeander // Реальный словарь классических древностей / авт.-сост. Ф. Любкер ; Под редакцией членов Общества классической филологии и педагогики Ф. Гельбке, Л. Георгиевского, Ф. Зелинского, В. Канского, М. Куторги и П. Никитина. — СПб., 1885. — С. 807—808.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!