Böyük Karbi

Tarixi İrəvan xanlığı əraziləri
Karbibasarın mərkəzi

Böyük Karbiİrəvan xanlığının mahallarından biri olmuş Karbibasarın mərkəzinin adı.[1]

Əhalisi

1828–1832-ci illərdə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir[2] 1886-cı ilə aid məlumata görə kəndin əhalisi erməni idi[3] .

Toponimi

Hələ orta əsrlərdə bu kənd digər məntəqə yarandığına görə Böyük Karbi adlandırılmışdır. İndiki Ermənistan ərazisində qədim türk mənşəli toponimlərdəndir. Orta əsr türk, fars və erməni mənbələrində toponimin Qərbi, Gərbi, Karbi və Karpi formaları qeyd olunmuşdur. Karpi (yaxud Karbi) əvvəlcə oradakı qədim qalanın adıdır. 1386-cı ilə aid hadisələrdə mənbədə "Qərbi (Gərbi) qalası"nın adı çəkilir və onun yiyəsinin türk Şeyx Həsən olduğu göstərilir[4][5][6][7][8] XIII əsrə aid mənbədə Ərməniyə ilə yanaşı Karbi mahalının da adı çəkilmişdir.[9] 1621-ci ilə aid sənəddə Karpi kimidir[10]. XVII əsr erməni müəllifi Arakel Təbrizli toponimi Karbi formasında yazmışdır[11][12][13][14] XIX əsrdə Tiflis quberniyasının Qori qəzasında Karbi kənd adı (Gürcüstanda Karbi kənd adı 1348-ci ildən məlumdur-bax: Qruzinskie dokumentı IX–XV vv. M. 1882. s. 86), həmin quberniyanın Axalsix qəzasında Qarpiçay, Dağıstan əyalətinin Qaytaq-Tabasaran dairəsində Karbu kənd adı, Stavropol əyalətində Karpay-Atı — Suba kənd adı, Dağıstan əyalətinin Teymurxan-Şura dairəsində Karpey qışlaq adı[15][16][17] və Azərbaycanın Zaqatala dairəsində Mülküm-Karpi kənd[18] toponimləri ilə dil mənsubiyyətinə və mənasına görə eynidir. Erməni tarixçilərindən birinin yazdığına görə Karbinin ermənicə adı Araqatson olmuşdur[19][20]. Bütün bunlar göstərir ki, toponim türkmənşəlidir. Bə’zi türk dillərində (o cümlədən çuvaş dilində) kar, qar, "möhkəmləndirilmiş yer", "qala" mənasındadır[21]. Ehtimal ki, Karbi və Parbi toponimlərinin sonluğunu təşkil edən bi (pi) sözü "məskən" mənasına malik olmaqla (qədim türk dillərində ep "dayanacaq"-141, I, 513–514) Quba rayonunda Yerfi, XIX əsrdə Yelizavetpol qəzasında Bozfi[22] adlarındakı "fi" sözü ilə eynidir. XIX əsrdə İrəvan quberniyasında və Gürcüstanda mövcud olmuş Körpəli və Körpülü kənd adlarıda mənşəcə məhz "Karpili" adının təhriflərindən ibarətdir.[23]

İstinadlar

  1. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Бөјүк Карби // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  2. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.
  3. Парвицкий А.В. Экономический быт государственных крестьян северо-восточной части Новобаязетского уезда Ериванской губернии. "Материалы для изучения эконгомического быта государственных крестьян Закавказского края", том IV. Тифлис, 1886.
  4. Səbahəddin Еloğlu. Zəngəzur hadisələri, Bakı, 1992.
  5. Bəndəliyеv N.S. Dağlıq Şirvan oronimlərində bə’zi еtnonimlərin izləri. "Azərbaycan SSR ЕA Xəbərləri" (Yеr еlmləri sеriyası), 1979, № 3.
  6. Səbahəddin Еloğlu. Zəngəzur hadisələri, Bakı, 1992.
  7. Bəndəliyev N.S. Dağlıq Şirvan oronimlərində bəzi etnonimlərin izləri. "Azərbaycan SSR EA Xəbərləri" (Yer elmləri seriyası), 1959, № 3.
  8. Səbahəddin Eloğlu. Zəngəzur hadisələri. Bakı, 1992.
  9. Рашид ад-Дин. Переписка. М., 1972.
  10. Папазян А.Д. Аграрные отношения в Восточной Армении в XV–XVII вв. Ереван, 1972.
  11. Дьяконов И.М. История Мидии Л-М, 1956.
  12. Аракел Даврижеци. Книга историй. М., 1973.
  13. Дьяконов И.М. История Мидии. Л.-М., 1956.
  14. Аракел Даврижеци. Книга историй. М., 1973.
  15. Меликишвили Г.А. Урартские клинообразные надписи. М., 1956.
  16. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  17. . Меликишвили Г.А. Урартские клинообразные надписи. М., 1956.
  18. Гейбуллаев Г.А. О происхождении некоторых этнонимов Азербайджана (Деллер, Тулу, Тиркеш, Шадылы, Туба, Тулус, Чалган, Кузанлы). ДАН Азерб. ССР, 1978, № 1.
  19. Папазян А.Д. Аграрные отношения в Восточной Армении в ХVI-ХVII вв. Ереван, 1972.
  20. Джалиле Джалил. Курды Османской империи. М., 1968.
  21. Мурзаев Э.М. Словарь народных географических терминов. М., 1984.
  22. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  23. Новосельцева А.П. Некоторые вопросы истории древней и раннесредневековой истории народов Закавказья. "История СССР", 1974, № 1.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!