İcmalar Palatası — Böyük Britaniya parlamentinin aşağı palatası.
Tərkibi
İcmalar palatası 650 üzvdən ibarətdir. O, birmandatlı dairələr üzrə nisbi çoxluqlu majoritar sistem əsasında seçilir. Deputatlar indemnitetə (çıxışa görə təqsirsizlik) və yalnız sessiya dövründə, habelə sessiyaya qədər və ondan 40 gün müddətində məhdud immunitetə malikdir. Deputatlara verilən maaş dünyada ən aşağı maaşlardan biri hesab olunur. Deputatlar öz seçki dairələrində çox fəal işləyirlər, çünki hətta partiya rəhbərliyi onların namizədliyini irəli sürsə də, onların yenidən seçilməsi sonda seçicilərdən asılı olur.
Palatanın iclaslarına spiker başçılıq edir və 3 müavini vardır. Palata özünü bütün palatanın komitəsinə çevirdikdə müavinlər də sədr olur. Spiker seçildikdən sonra partiyadan çıxır. O, səs verə bilməz, palata üzvlərinin səsləri bərabərləşəndə həlledici səs hüququ vardır. O palata üzvlərinin çıxışını şərh etmək və çıxış etmək hüququna malik deyildir.
Hazırda icmalar palatasında ixtisaslaşmış komitələr və əlavə olaraq ixtisaslaşmamış komitələr var. Onların sayı azdır. ABŞ-dən fərqli olaraq, Böyük Britaniyada parlamentinin sayı aşağı palatasında ciddi partiya intizamı mövcuddur, lakin deputat seçicilərinin və aşağı partiya təşkilatlarının himayəsindən də asılıdır. Aşağı palatanın iclasi üçün kvorum ən azı 40 deputatın iştirakını nəzərdə tutur.
Mənbə
- "XARİCİ ÖLKƏLƏRİN DÖVLƏT VƏ HÜQUQ TARİXİ" Polis Akademiyası.
- "Mühazirələr toplusu" Polis Akademiyası
- "Xarici Ölkələrin Konstitusiya Hüququ" Çirkin. 2000
- "Müasir Ölkələrin Dövlət və Hüquq Tarixi" M.Məlikova, E.Nəbiyev
- ↑ Acts of Union 1800. 1800.