Böyük Acı Göl (ərəb. البحيرة المرة الكبرى; ), Süveyş kanalının bir hissəsi olan böyük bir duzlu göldür.
Duzluluq
Böyük Acı gölün yerləşdiyi yer əvvəllər quru duz dərəsi idi. Bu, hələ də gölün duzluluğuna təsir edir. Altı günlük müharibədən (1967) başlayaraq Süveyş kanalı səkkiz il bağlandı. Bu müddət ərzində gölün duzluluğu xeyli artıb.
Sarı Donanma
1967-ci ildə altı günlük müharibə zamanı kanal bağlandı. Misir 1975-ci ilə qədər göldə 15 gəmini qapalı saxladı. Bu gəmilər tezliklə göyərtələrini örtən səhra qumlarına görə "Sarı Donanma" kimi tanındı.