Britaniya Şimali Amerikası Problemləri Hesabatı

Britaniya Şimali Amerikası Problemləri Hesabatı (İngilis dilində: “Report on the Affairs of British North America”) — adətən Durham Hesabatı (“Durham Report”) olaraq bilinir, 1839-cu il tarixli, Quebec, Ontario, KanadaBritaniya İmperiyası tarixində rol oynamış sənəddir.

1837-1838-ci illərdə Aşağı KanadadaYuxarı Kanadada baş verən iğtişaşlardan sonra Whig partiyasına mənsub olan ingilis siyasətçi Durham qrafı John Lambton diktator səlahiyyətləri ilə Kanadanın qubernatoru təyin edildi. Ondan Lambton iğtişaşlarının səbəblərini araşdırması istənildi. Bu dövrdə Kanadadakı rəhbərlik xalq qarşısında cavabdeh deyildi.

Lambton, hesabatının birinci səhifəsində ümumi tezisini ümumiləşdirərək, "Mövcud vəziyyətin davam etməsinə icazə verilənə qədər, insanların həyatı və əmlakının təhlükəsizliyi, aktivlərindən istifadəsi və qətiyyətlə işləmələri təmin edilməyəcəkdir” demişdir. Kanadadakı üsyanın səbəblərini idarəetmənin seçilmiş məclisin mövcudluğu ilə xalq qarşısında cavabdeh olmayan hökumətin yaratdığı gərginlik və fransız dilli əhali ilə ingilis dilli əhali arasındakı gərginlik istiqamətində qiymətləndirdi. Buna görə, onun üç əsas tövsiyəsi var idi: Yuxarı Kanada və Aşağı Kanadanın bir koloniyaya birləşdirilməsi, Fransız dilli Kanadalıların mədəni assimilyasiyası və xalq qarşısında hesabat verəcək olan hökumət.

Durham, Aşağı Kanadadakı problemlərin etnik baxımdan olduğunu düşünərək tapıntılarını “bir qucaqda mübarizə aparan iki xalq” olaraq təsvir etdi. Kanada Ensiklopediyasının “şovinist” olaraq xarakterizə etdiyi bir yanaşma götürdü; Fransız dilli kanadalıların “ədəbiyyat və tarix çatışmazlığı” olduğunu bildirdi. Aşağı Kanadada əhalinin Yuxarı Kanadadan daha çox olmasına baxmayaraq, qurulacaq yeni əyalətdə iki bölgənin nümayəndəliyinin bərabər olmasının lazım olduğu fikrini müdafiə etdi. Yuxarı Kanadadakı problemlərinin isə Mühafizəkar elit mühitin inhisarçı qüvvəsindən qaynaqlandığını müəyyənləşdirdi.

Məruzənin tövsiyələri mübahisələrə səbəb oldu. İnsanlar qarşısında cavabdehlik daşıyan hökumət anlayışı Britaniya İmperiyası hakimiyyəti üçün həmin dövrdə çox idi; Koloniyalarda sərt nəzarətin tətbiq edilməməsinin Böyük Britaniyaya qarşı sədaqətsizlik ilə nəticələnəcəyi güman edilirdi. Bu muxtariyyət növü 1847-ci ilə qədər tətbiq edilmədi; lakin Kanada demokratiyasının əsası bu hesabatla qoyuldu. Yuxarı və Aşağı Kanadanın birləşməsi tövsiyəsi haqqında qərar qəbul edildi; Kanada əyaləti 1840-cı il Birlik Qanununa əsasən quruldu.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!