Boston çay qonaqlığı

Boston çay dəstgahını təsvir edən litoqrafiya (1846)

Boston çay dəstgahı (ing. Boston Tea Party) — 16 dekabr 1773-cü ildə Bostonda Britaniya hakimiyyətinə qarşı etiraz aksiyası. Amerika inqilabının başlanğıcı sayılır.

Haqqında

Boston Çay Qonaqlığı 16 Dekabr 1773'cü ildə Boston limanında "Azadlıq Oğulları" (Sons of Liberty) tərəfindən təşkil olunmuş siyasi etiraz aktıdır. Yerli qəbiləlilərin tərzində geyinmiş bir neçə insan East India şirkətinə aid gəmilərə çıxaraq bütün yükü - çay qutularını dənizə atdı. Çayın ümumi çəkisi 42 ton təşkil edirdi.

Bu etiraz, 10 May 1773'cü ildə qəbul olunmuş Çay aktına qarşı yönəlmişdi. Bu akt East India şirkətinə aksiz ödəmədən çay idxal etməyə icazə verirdi, bu da amerikalı tacirlərin biznesinə zərər vururdu. Aktın özü isə Britaniya İmperiyasının "Yeni Dünyasında" fiskal siyasəti sərtləşdirən bir neçə digər tədbir ilə birlikdə 1767'ci ildə təsdiq olunmuşdu. Bu aktlar Taunşendin aktları kimi tanınır. Bu tədbirlər dərhal Amerikadakı Britaniya kolonistlərinin etirazına səbəb olmuşdu. Bu insanlar artıq özlərini amerikalı olaraq adlandırmağa başlamışdı. Kontrabanda artıq xalq arasında patriotik bir addım kimi qəbul olunurdu.

Xarici keçidlər

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!