Blofyella Şakerfyella Milli Parkı

Blåfjella - Skjækerfjella Milli Parkı
norv. Blåfjella- Blåfjella-Skjækerfjella nasjonalpark
Sahəsi
Yaradılma tarixi 17 dekabr 2004
Yerləşməsi
64° şm. e. 13° ş. u.HGYO
Ölkə  Norveç
english.dirnat.no/conten…
Blåfjella - Skjækerfjella Milli Parkı xəritədə
Blåfjella - Skjækerfjella Milli Parkı
Blåfjella - Skjækerfjella Milli Parkı

Skjækerfjella Milli Parkı (norv. Blåfjella- Blåfjella-Skjækerfjella nasjonalpark) — 17 dekabr 2004-cü ildə Norveçdə qurulmuş milli park.

Coğrafiyası

1924 kvadrat metrlik park Nord-Trondelaqda yerləşir. Blåfjella–Skjækerfjella Milli Parkı ərazisinə görə Norveçin ən böyük üçüncü milli parkıdır. Park Verdal, Snasa, Gronq, Lierne, ve Steinkjer bələdiyyələr daxilindədir. Torpaq dağ düzənlikləri, göllər, meşəli dərələr, bataqlıqlar və bir neçə dağ zirvəsi ilə əhatələnmişdi. 1970-ci ildə yaradılan və 182 kvadrat metr sahəni əhatə edən Gressamoen Milli Parkı 2004-cü ildə Blåfjella - Skjækerfjella Milli Parkına daxil edilmişdir. Lierne Milli Parkı Blåfjella-Skjækerfjella-dan şərqdə yerləşir. Dörd təbiət qoruğu Blåfjella - Skjækerfjella ilə bitişikdir: Arvasslia Təbiət Qoruğu, Berqlimyra və Klumplifjellet Təbiət Qoruğu, Qaundalsmyra Təbiət Qoruğu və Storfloa Təbiət Qoruğu.

Bitkilər və heyvanlar

Xüsusilə parkın şimal hissələrində seyrək bitki örtüyü və qamışlar üstünlük təşkil edir. Ən çox yayılmış bitkilər Salvia rosmarinus, Beinbrech və Qaragilədir. Parkdakı bəzi bitkilər Qırmızı kitabna daxil edilmişdir.

Parkda təxminən 30-a yaxın məməli heyvan növü var. Qonur ayı, Vaşaq, qütb porsuğu və qurd parkda yaşayan məməlilərə nümunədir. Milli parkda üç növ maral növü mövcuddur: Sığın, Avropa cüyürü və Nəcib maralı.

Turizm

Lierne-dəki Lierne Nasjonalparksenter milli park üçün məlumat mərkəzidir. Park ov, balıqçılıq və digər açıq əyləncə üçün yaxşı bir fürsət təqdim edir. Gəzmək üçün bir çox yol var. Parkda gecələmək üçün bir neçə dağ evi mövcuddur. Bundan əlavə, parkda qismən istifadə edilə bilən dağ kabinələri də var.

Ədəbiyyat

  • Kristen Krogh. 'Gressåmoen. In: Den norske turistforenings årbok. 1969. ISBN 0801-5481.
  • Jørn Sandnes, Bjørn Eidissen, Svein Efteland. 'Gressåmoen (= Norges nasjonalparker. Bd. 5.) Lutherstiftelsens forlag. Oslo. 1973. ISBN 82-531-4049-5.
  • Leif Ryvarden. 'Norges nasjonalparker. 2., opplag med revisjoner. Damm, Oslo. 2005. ISBN 82-04-09324-1.
  • Tom Schandy, Tom Helgesen. '100 norske naturperler. Forlaget Tom & Tom. Vestfossen. 2008. səh. 192–193. ISBN 978-82-995682-8-9.

Xarici keçidlər

  1. Blåfjella-Skjækerfjella nasjonalpark. Norwegian Environment Agency.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!