III Andronikos ortaq imperator və nəticədə yeganə imperator oldu.
Münaqişə tərəfləri
II Andronikos Serbiya İmperatorluğu
III Andronikos İkinci Bulqar İmperatorluğu
Komandan(lar)
II Andronikos Sirgiannes Paleologos
III Andronikos VI İoannis Kantakuzinos Feodor Sinadin Syrgiannes Paleologos
Bizansda vətəndaş müharibəsi (1321-1328) — Bizans İmperatorluğunun idarəsi səbəbilə Bizans İmperatoru II Andronikos və nəvəsi III Andronikos arasındakı bir sıra qarşıdurmalar. Qardaşı Manuilin bir sevgi münasibəti səbəbilə qəza ilə öldürülməsindən sonra II Andronikos III Andronikosu taxtdan salarkən II Andronikosun oğlu və imperatorluğa namizəd olmağa ilk sırada olan IX Mixail oğlunun ölümünün şoku ilə öldü.[1]
III Andronikosun mühüm tərəfdarları var idi, onların arasında ən önəmliləri könhə imperatordan narazı olan Frakiyada özlərini rüşvətlə qubernator elan edən VI İoannis və Sirgiannis Paleologos da var idi. 1321-ci il Pasxa bayramında III Andronikos paytaxtda sarayını qurub babasına qarşı üsyana başlamaq üçün Ədirnəyə qaçdı. Sirgiannis Paleologos keçmiş imperatoru danışıqlara məcbur etmək üçün orduya əmr verdi. [2][3][4] Barışıq sazişi 6 iyun1321-ci ildə imzalandı, bu sazişə görə III Andronikos ortaq imperator kimi tanınır və Frakiya, Makedoniyaya rəhbərlik edir, Konstantinopol daxil qalan yerlər isə qocaman imperator olan II Andronikosun idarəçiliyində qalırdı, təcrübəli İmperator olaraq II Andronikos eyni zamanda xarici siyasətə də nəzarət edirdi.[5]
1322: İkinci münaqişə
1321-ci il tarixli sülh müqaviləsi uzun ömürlü olmadı, hər iki Andronikos faktiki olaraq bir-birilərindən ayrı müstəqil xarici siyasət aparmağa davam etdilər. III Andronikos ilə Sirgiannes Paleologos və Ali Baş Komandan İoannis Kantakuzinos arasında münaqişə yarandı.
Sirgiannes verdiyi dəstək səbəbiylə kifayət qədər təltif edilmədiyini fikirləşirdi və II Andronikosun Kantakuzinosa daha çox diqqət göstərməsindən inciyirdi. Bundan əlavə III Andronikosun Sirgiannesin həyat yoldaşı ilə aldatdığı barədə şayiələr var idi.[2][6] Nəticədə 1321-ci ilin dekabrında köhnə imperatora dəstək verdi və Konstantinopola sığındı. Megas doux adı ilə təltif olunub, sonra II. Andronikosu müharibəni davam etdirməyə razı etti. Megadük adı ilə təltif olunandan sonra II Andronikosu müharibəni davam etdirməyə razı saldı.[3][7][8] Konstantinopolin ətrafında olan bir çox şəhərin gənc Andronikosun əlinə keçməsindən sonra 1322-ci il iyul tarixində əvvəlki Status-kvoya qayıdılan başqa bir müqavilə imzalandı. Baba ilə nəvə arasındakı imzalanan bu razılaşma Sirgiannesi çətin vəziyyətə saldı. Onların səyləri uğursuz olduqda taxtı öz əlinə almaq üçün II Andronikosa sui-qəsd planladı. Lakin plan ortaya çıxdı və Sirgiannes ömürlük həbs cəzasına məhkum edildi.[7][9][10]
2 fevral1325-ci ildə III Andronikos rəsmi olaraq babası tərəfindən ortaq imperator olaraq taclandırıldı. Bu qarşıdurmada çox az döyüşlər olsa da, nəticələr imperiyaya böyük təsir göstərdi: Azad olmayan kəndli sinfindən götürülən daimi qoşunlar üzündən kənd təsərrüfatı istehsalı azaldı və ticarət sərt şəkildə zəiflədi.[11]
1327-28: Üçüncü münaqişə
1327-ci ilin fevral ayında III Andronikos ilə babası II Andronikosun arasında yeni bir münaqişə baş verdi lakin bu dəfə Balkan ölkələri müharibəyə daxil oldu. Çernomen müqaviləsində razılaşdırıldığı kimi II Andronikosun yanında Serbiya Kralı Ştefan Deanski yer alarkən, digər tərəfdə Bulqar İmperatoru Mixail Şişman yer aldı. Müharibə Makedoniya ərazisində baş tutdu və qələbələrdən sonra bu torpaqlar Saloniki şəhərinə qədər III Andronikosun əlinə keçdi. 1328-ci il yanvar tarixində III Andronikos və komandanı İoannis Kantakuzinos Salonikiyə girdilər. Makedoniyadakı bu qələbələrdən sonra III Andronikos Konstantinopolu ələ keçirməyə qərar verdi və 1328-ci il may ayında şəhərə girdi, babasını taxtdan düşməyə vadar etdi və gücü əlinə aldı.
Nəticələri
III Andronikos (1328-1341 arası hökmdar) yeni nəsildən İoannis Kantakuzinosun rəhbərliyilə hakimiyyətə gəldi. Kantakuzinos siyasətdən, III Andronikos isə ordudan cavabdeh idi. Vətəndaş müharibəsi imperiyanı çökdürdü, pulun dəyəri düşdü lakin yeni hökumət hüquq və məhkəmələrə diqqət ayırdı. II. Taxtdan ayrıldıqdan sonra Andronikos rahib kimi bir monastıra bağlandı və taxtdan endirildikdən iki il sonra 1332-ci il 13 fevralda bağlandığı monastırda öldü. II Andronikos taxtdan düşdükdən sonra bir monastıra rahib olaraq daxil olmuş, taxtdan endirildikdən iki il sonra 13 fevral1332-ci il tarixində həmin monastırda ölmüşdür.
Bosch, Ursula Victoria. Kaiser Andronikos III. Palaiologos. Versuch einer Darstellung der byzantinischen Geschichte in den Jahren 1321-1341. Adolf M. Hakkert. 1965.