Bitch I'm Madonna (azərb. Qancıq, mən Madonnayam) — ABŞ müğənnisi Madonnanın"Rebel Heart" adlı XIII solo albomundan olan mahnı. Trinidadlı repçi Nikki Minajın da qonaq ifaçı kimi iştiark etdiyi mahnı əsasən, Madonna, Diplo və Britaniyalı elektron musiqiçisi Sofi tərəfindən, MoZella, Tobi Qad, Ariel Rextşad və Nikki Minajın iştirakı ilə yazılmışdır. Mahnı, albomun üçüncü sinqlı kimi, "Interscope Records" tərəfindən 15 iyun 2015-ci ildə çıxarılmışdır. Elektron rəqs musiqisi və vaporveyv janrında olan mahnıda Madonna şənlənmək üçün nazal tonda "Bitch I'm Madonna" deyir, fonda isə "she's Madonna" ifadəsi səslənir.
Musiqi tənqidçilərinin mahnı haqqında fikirləri iki qrupa bölünmüşdür; bəziləri mahnını "energetik" adlandıraraq Minajın rep hissəsini alqışlasalar da, başqa bir qrup mahnını "təəssüf doğuran şok" adlandırır. ABŞ-də mahnı son üç il ərzində Madonnanın "Billboard Hot 100" hit paradına girə bilən ilk mahnısı olmaqla, 84-cü yerə kimi yüksəlmişdir. Mahnı, "Hot 100" hit paradına girə bilmiş Minajın 63-cü, Madonnanın isə 57-ci mahnısı olmaqla, həmin hit paradda ən çox iştirak etmiş qadın müğənnilərin siyahısında Minajı üçüncü, Madonnanı isə dördüncü yerə yüksəltmişdir. Dünyada, uğurlu nəticələr göstərən mahnı, Finlandiya, Macarıstan və İsveçdə ilk üçlüyə daxil olmuşdur.
Mahnı üçün Conas Akerlandın rejissorluğu ilə çəkilmiş musiqi videosunda Madonna ilə yanaşı Minaj və Diplonu da görmək mümkündür. Videoda kameo kimi Rita Ora, Kris Rok, Mayli Sayrus, Beyonse, Keti Perri və Kanye Vest də çəkilmişdir. Lakin, qonaq ulduzların kütləvi səhnələrdə iştirak etməməsi izləyiciləri məyus etmişdir. Həmçinin bəzi tənqidçilər mahnı videosunu müğənni Teylor Sviftin qısa zaman əvvəl təqdim edilmiş və oxşar şəkildə qonaq ulduzların iştirakı ilə çəkilmiş "Bad Blood" musiqi videosu ilə müqayisə etmişlər. Madonna mahnını "The Tonight Show Starring Jimmy Fallon" teleşousunda canlı ifa etmişdir.
2014-cü ilin fevralında Madonna on üçüncü solo albomu üzərində işləməyə başladığını elan edərək, qeyd etdi ki, "mən indi müxtəlif müəlliflər və prodüserlərə danışaraq musiqimlə birlikdə haralara getmək istədiyimi müzakirə edirəm." Növbəti aydan etibarən, müğənni rəsmi Instagram hesabında albom üzərində birgə işlədiyi düşünülən müxtəlif şəxslərlə birgə şəkillərini paylaşmağa başladı.[1] İki ay sonra Madonna ABŞ DJ-i Diplo ilə birlikdə selfisini paylaşdı. Madonna onu ənənəvi Oskar partisinə dəvət etsə də, o, gələ bilməmişdi[2]. Nəhayət ki, onlar musiqi haqqında müzakirələrə başladılar və əməkdaşlığa qərar verdilər. İdolatorla birlikdə verdiyi müsahibəsində Diplo qeyd edir ki, Madonna ondan albomun "çılğın yazılma prosesi"ndə iştirak etməyi xahiş etmişdir. Birlikdə onlar yeddi mahnı yazmış və lentə almışdılar; Diplo qeyd edir ki, "Bu səsyazmalar çılğın səslənməlidir. Heyət üzvlərinin bəzi fəaliyyəti bizi həqiqətən də təəccübləndirmişdi. Mən müğənninin prodüserə işləmə azadlığı verməsini sevirəm. Bu baxımdan, Madonna mənim ideyalarıma çox açıq-fikirlə yanaşdı"[3].
Diplo tərəfindən yazılması təsdiqlənən mahnılardan biri "Bitch I'm Madonna" adlandırılmışdı və o, bu mahnının pop musiqinin sərhəddlərini gənişləndirdiyini düşünürdü[4]. Madonna qeyd edir ki, bu ifadə onun üçün yenilik olmaqla Diplo tərəfindən təklif edilib, öz növbəsində Diplo isə, izah edir ki, bütün tənqidlərə baxmayaraq yaxşı vəziyyətdə qalmağı bacaran kəs Madonnanı mənimsəyir, bu isə müğənni üçün unikal xüsusiyyətdir. Mahnının yaranma mənbəsi repçi Lil B-nin 2010-cu ildə çıxardığı və "I look like Madonna / Bitch, I'm a farmer" sözlərinin istifadə olunduğu "Pretty Boy Farmer" mahnısı ilə bağlıdır[5][6]. Diplo bu ideyanı götürərək Madonnanın mahnısı üçün inkişaf etdirmiş, Madonnanın uzun müddət musiqi industriyasında qalmasını tənqid edənlərə ünvanlamış və əlavə etmişdir ki, "Biz bu mahnını yazdıq ki, deyək, əl çəkin, biz, hamımız Madonnayıq" (ing."We made this record about, 'Fuck it, bitch, we're all Madonna'"). O, həmçinin daha əvvəl MDNA albomunda Madonna ilə birlikdə iki mahnı üzərində çalışmış trinidadlı repçi Nikki Minajı da bu mahnıya cəlb etmişdir.[7]
"Interview" jurnalına verdiyi müsahibədə Diplo qeyd edir ki, mahnının kompozisiyasının ideyası bir gecə studiyada birgə içdikləri, Madonna üçün yapon piççikatosu və drop ifa etdiyi zaman yaranmışdı. O, Madonnanın sevdiyi kimi mahnını gitara ifası ilə başlamış, daha sonra inkişaf etdirmişdir.[8] Minajın mahnıdakı rolu da Instagram vasitəsilə təsdiqlənmiş və qeyd edilmişdi "Biz güclü irəliləyirik və biz evə gedirik ki, bütün gücə bu işi davam etdirək! #iş"[9]. Madonna Minajla işləmə metodu haqqında qeyd edir:
“Birlikdə işlədiyimiz zaman o, həmişə mənim yanımda oturaraq mahnıya qulaq asır və deyir “de ki, bu mahnı sənin haqqındadı.” O, çox metodik fikirləşir. Biz söhbət edirik, o, mənim dediyim sözləri yazır, hiss edirəm ki, mən bunu bəyənirəm, daha sonra isə, o gedir və yazdıqlarının üzərində işləməyə başlayır. Sözləri yazır və geri qayıdır. O, bir neçə versiya hazırlayır və biz bunu müzakirə edirik. O, istədiyi nəticəni əldə edənə kimi biz bunu davam edirik. Bu, ümumi işdir.”'[10]'
Çıxarılması
17 dekabr 2014-cü ildə Madonnanın hazırlanan on üçüncü solo albomuna daxil olan digər mahnılarla birlikdə "Bitch I'm Madonna" mahnısının da demo versiyası internetdə yayılmışdır[11]. Yayılmış səs yazılarını köhnə adlandıran Madonna, bu hadisəni "sənət zorlaması" adlandırmışdır[12][13]. O, daha sonra bu hadisəni, 2014 Peşəvərdə məktəb hücumu və 2014 Sidney girov böhranı hadisələri kimi "terrorizm" adlandırmışdır.[14] 20 dekabr 2014-cü ildən albom iTunes Store-da əvvəlcədən sifarişlə satışa çıxarılmışdır. Sifariş zamanı "Bitch I'm Madonna" mahnısı da daxil olmaqla altı mahnı avtomatik yüklənirdi. Madonna qeyd edir ki, bu mahnılar 2015-ci ilin martında çıxarılacaq albomdan olan "erkən Milad hədiyyələri"dirlər[15].
"Living for Love" və "Ghosttown" mahnılarından sonra "Bitch I'm Madonna" mahnısının "Rebel Heart" albomundan çıxarılacaq üçüncü sinql olmasını MadonnaInstagram vasitəsilə təsdiqlədi. Bundan başqa, Madonnanın rəsmi YouTube və Tidal hesablarında mahnının üç remix versiyası təqdim edilmişdir[16]. Sinqlın üz qabığı da paralel olaraq təqdim edilmişdir; təsvir müğənninin Instagram şəkillərindən biri əsasında hazırlanmışdır. Mahnının əsas haus versiyaları Rosabel, Sander Kleinenberg və Oskar G tərəfindən işlənmişdir, sonuncu öz rəsmi Facebook hesabında qeyd edir: "Əgər Madonna sizi çağırırsa, siz onun istədiyi hər şeyi yerinə yetirməlisiz. Mən bu şansa görə, minnətdaram!" Holland dueti Sick Individuals tərəfindən işlənmiş digər bir remix isə eksküziv olaraq Billboard vasitəsilə təqdim edilmişdir[17]. Remixlər ilk dəfə 15 iyun 2015-ci ildə Avstraliya və Almaniyada, növbəti gün isə digər ölkələrdə çıxarılmışdır[18].
Musiqi və remixləri
"Bitch I'm Madonna" mahnısı Madonna Diplo və Britaniyalı elektronik musiqiçi, PC musiqiçi Sophie trəfindən, MoZella, Tobi Qad, Ariel Rextşad və Nikki Minajın iştirakı ilə yazılmışdır. Mahnının audio mühəndisi olan Demasio "Demo" Kastellon, həmçinin mahnının remix versiyasını işləmiş və səsyazmasını təşkil etmişdir[19][20]. Səsyazmada iştirak edən digər mühəndislər Nik Rouv və Oubri "Biq Cuys" Delani və Zeke Mişanecdir. Enci Teo isə əlavə miksin yazırlanmasında iştirak etmişdir[20]. Mahnı əvvəlcə Madonna kimi məşhur müğənnilərlə təqdim edilmək üçün işlənən PC musiqisi olmuşdur. Sophie qeyd edir ki, Madonna musiqinin hazırlanma prosesinin sonunda dəvət edilmiş, səsyazması zamanı isə leyblın təmsilçisi olmamışdır[21][22].
"Bitch I'm Madonna" mahnısında DJ Snake və Lil Conun 2013-cü ildə çıxardığı "Turn Down for Wha" mahnısının musiqi elementlərindən istifadə olunmuşdur, Madonnanın vokalı isə müğənni Mayli Sayrusun ifasını xatırladır[23]. Mahnıda "blipi elektro" boyunca cırıltı və qaynama səsi gəlir[24]. Mahnı Aviciinin 2012-ci ildə çıxarılmış "Wake Me Up" mahnısında olduğu kimi akustik gitara ifası ilə başlayır, bu müşayət ilə Madonna "You're gonna love this" sözləri ilə başlayan ifadələri səsləndirir, lakin, bundan sonra musiqi ERM və Vaporveyv musiqisinə çevrilir[25]. Mahnı ənənəvi mahnı strukturundan və açarından kənar olmaqla, qəfil kəsilmələr və qarışmalara malikdir, Madonna isə mahnı boyu burun səsindən istifadə edir. Minaj rep hissəsində dinləyicilərə müraciət edərək "go hard or go home" dediyi halda Madonna "I just wanna have fun tonight, I wanna blow up this house tonight"[26][27],"alternating between pitch-shifted shrieks of 'Who do you think you are??' and the sing-songy title taunt" deyə cavab verir.[28] Rebel Heart albomundan olan "Unapologetic Bitch" mahnısı kimi bu mahnıda da "bitch" (qancıq) sözünün tez-tez təkrarlanmasından bəhs edən Madonna "Billboard" jurnalına verdiyi müsahibədə deyir:
“Məncə bu axmaqlıqdı. Söz polisi atdırsın! Məni siyasi düzgünlük maraqlandırmır. “Qancıq” sözünün bir çox başqa mənaları da var. Hər şey məzmundan asılıdır. Mən birinci dəfə İngiltərəyə gəldiyimdə və “cunt” (vagina) sözünü eşitdikdə çox qorxmuşdum. İnsanlar bir-birlərini bu cür adlandırırdılar. Daha sonra mən öyrəndim ki, bu mədəniyyətdə həmin ifadənin anlamı hər şey fərqlidir – onlar məlumat almaq istəyərkən, əllərinin bir-birinin çiyninə qoyaraq “Dostum, sağdakı “cunt” kimdir deyirdilər.” "Fuck" ifadəsi yalnız cinsi anlamda işlədilmir. Demək istəyirəm ki, "You're a stupid fuck," "Are you going to fuck with me?" "Fuck off!"…kimi ifadələrin sekslə bir əlaqəsi olmadığı kimi bu mahnıda işlədilən “bitch” sözünün də təhqirlə bir əlaqəsi yoxdu. Əgər mən deyirəmsə "I'm a badass bitch” mən özümü tərifləyirəm və bildirirəm ki, mən güclüyəm. Əgər mən deyirəmsə "Why are you being such a bitch to me?,", bəli, bu tamamilə fərqli anlam ifadə edir”[29]
Bəzi mahnıların sızması ilə əlaqədar olaraq Madonnanın altı mahnnını vaxtından əvvəl yayımlamasından sonra Diplo açıqlama verərək, alboma daxil edilmiş versiyanın onun mahnı üzərindəki yekun işi olmadığını bildirdi; daha sonra o, mahnının genişləndirilmiş kəsim versiyasını rəsmi SoundCloud hesabında yayımladı[7]. "Bitch I'm Madonna" mahnısının üç remix versiyası mahnının dub versiyası kimi təqdim edilmişdir[30]. Kleinenberqin Kleinenberqin remixinin digər remixlərdən fərqli olduğu hesab edilsə də, Dau orijinalın yanında bütün mikslərin zəif olduğunu qeyd edir. "Sick Individuals"a görə onların remixi "ağır vuruş"lu bitə malik olmaqla, rəqs meydanları üçün nəzərdə tutulub[17]. Fedde le Grandın remixi mahnı üzərinə minimal effektlərin əlavə edilməsi ilə, musiqinin metallik səslənməli elektro housa çevrilməsi nəticəsində yaradılmışdır[31].
Tənqidçilərin mövqeyi
Musiqi tənqidçiləri mahnı haqqında müxtəlif fikirlər bildirmişlər. "Chicago Reader"dən Saşa Geffen mahnıya müsbət rəy verərək, onun PC musiqisini kütləvi musiqiyə gətirməsini tərifləyir və qeyd edir ki, "Diplonun blok musiqisi və Sofinin sərt apprecioları ilə mahnı, provokativ sənət işidir […] Ulduzların SoundCloud-a keçmələri həmişə gözlənilən idi və Madonna bunu ilk edənlərdən biri oldu"[25]. Digər bir müsbət rəy isə "The Daily Telegraph"dan Nil MakKormik tərəfindən verilmişdir; o qeyd edir ki, "Mahnı əks etdirdiyi enerji ilə parlayır, alqışa layiq reyv himn fantastik sinti xətti ilə elektronik nəfəs alətində vintaj oyun musiqisi kimi səslənir və Nikki Minajın repi ilə vurğulanır Madonna mahnını uşaq meydançasında şeir danışırmış kimi, yüngül burun səsi ilə ifa edir." [32]
"Spin" jurnalından Den Veiss qeyd edir ki, "'Bitch, I'm Madonna' mahnısının əsas təəccüblü tərəfi odur ki, bu mahnıda təəccüblü heç nə yoxdur"[23]. Bunun əksinə olaraq, eyni nəşrdə Endryu Unterberger qeyd edir ki, "ola bilsin ki, bu sizin sevdiyiniz Madonna deyil, lakin bu onun özüdür və bu obraz Madonnanın MDNA (2012) dövründə canlandırdığı entuziast obrazdan daha yaxşıdır." Unterberger həm də PC musiqisinin əlavə olunmasını qiymətləndirərək "qəribə pinq-ponqlaşma frenetisizmi" və "Diplonun blok-damcı biti"ni xüsusi vurğulayır.[28]"Rolling Stone" jurnalından Karin Qanz da mahnıya müsbət rəy verərək onu "qəzəbli" adlandırır və Minajın şerini "əsl alov" kimi qiymətləndirir.[33]"The A. V. Club"dan Anna Zelaski mahnının "diqqət çəkmək üçün yaxşı vasitə olması"nı qiymətləndirir, Nikki Minajın ifasını isə "mənasız əyləncə" adlandırır.[34]"The Independent"dən Endi Gill mahnını "gülməli cilalayıcı" adlandıraraq, Minajın ifasını qiymətləndirir.[35]
Baxmayaraq ki, Diplo Madonnanın səslənməsini daha əyləncəli edir, "New Musical Express" jurnalından Gevin Hayns qeyd edir ki, "onun həyatı və musiqisi arasındakı əlaqə artıq inkarolunmazdır"[36]. "The Guardian" qəzetindən mahnını "tərs" adlandıran Aleksis Petridis qeyd edir ki, "Bitch I'm Madonna" "mahnı üçün seçilə biləcək fantastik addır. Prodüser Diplo hibrid elektron rəqs musiqisindən istifadə edərək xoşbəxt hardkor yaradır, Nikki Minaj isə ən iddialı mətnlərindən birini səsləndirir; nəticə sizi dişlərinizi qıcamağa məcbur edir".[37] "Slant" jurnalından albomu "çox işlənilmiş" adlandıran Sal Sinkemani qeyd edir ki, "onun adının ikili xüsusiyyəti 'Bitch I'm Madonna' mahnısının lirik məzmunu ilə də vurğulanır"[38]. "musicOMH"dan Cön Merfi qeyd edir ki, mahnı "heç vaxt fantastik adı qədər çox yaşamayacaq, bir qədər qarışıq olan bu mahnı Diplonun rəqs meydanı ritmləri, dabstep və Nikki Minajın repi ilə əyləncəli səslənməyə malikdir".[39] "PopMatters"dən Evan Soudi qeyd edir ki, mahnı, "tamamilə xəyal qırıqlığı qoxusu verir, izləyiciləri pis tərəfdən təəccübləndirir"[40].
Hit-parad göstəriciləri
ABŞ-də "Bitch I'm Madonna" "Billboard"ın "Dance/Electronic Songs" hit-paradına 3 yanvar 2015-ci ildə XIV yerdən 12.000 nüsxə satış göstəricisi ilə daxil olmuşdur.[41] Müğənninin "The Tonight Show Starring Jimmy Fallon" verilişində qonaq olmasından sonra satış göstəricisi 748% və 9.000 nüsxə artmış və mahnı XXI yerdən yenidən hit-parada daxil olmuşdur.[42] Musiqi videosunun təqdim olunması da mahnının satışına təkan vermis və daha 13.000 satış göstəricisi ilə sinql V yerə yüksələrək, "Living for Love" mahnısından sonra Madonnanın ilk onluğa daxil olan ikinci mahnısı olmuşdur.[43] "Hot Dance Club Songs" hit-paradında XXVI yerdə debüt edən mahnı sonradan I yerə kimi yüksəlmiş, beləliklə Madonnanın birinci yerə yüksəlmiş 46-cı, Minajın isə 5-ci siqlı olmuşdur.[44][45]
"Bitch I'm Madonna" "Billboard Hot 100" hit-paradında 4 iyul 2015-ci ildə 84-cü yerdə debüt etmiş, "Give Me All Your Luvin'" (2012) mahnısından sonra Madonnanın bu hit-parada ilk girişi olmuşdur. Mahnı, Madonnanın 57-ci, Minajın isə 63-cü "Hot 100"-ə daxil olan mahnısı olmuş, beləliklə, onları həmin hit-parada ən çox mahnısı daxil olan qadın müğənnilər arasında onları müvafiq olaraq dördüncü və üçüncü yerlərə yüksəltmişdir.[46] Növbəti həftə 11 pillə geriləyən mahnı 95-ci yerdə qərarlaşmışdır.[47]
Birləşmiş Krallıqda "Music Week"dən Alan Cons qeyd edir ki, musiqi videosunun çıxarılmasından sonra "Bitch I'm Madonna" mahnısının satış göstəricilərində sıçrayış baş vermis, 1.667 nüsxə ilə satılan sinqlın satış göstəricisi əvvəlki həftənin göstəricisindən 148 nüsxə çox olmuşdur. Bununla belə, mahnı “UK Singles Chart"ın top 200 siyahısına daxil ola bilməmişdir.[48] Fransada mahnı ilk dəfə "French Singles Chart"ın 90-cı pilləsində 27 dekabr 2014-cü ildə, albomun altı mahnısının əvvəlcədən sifarişlə satışa çıxarılmasından sonra debüt etmişdir. Daha sonra mahnı hit-paradı tərk etməmişdən qabaq 135-ci pilləyə düşmüşdür. Musiqi videosunun çıxarılmasından sonra mahnı 104-cü pillədən yenidən hit-parada daxil olmuş, növbəti həftə isə 149-cu yerə enmişdir. İspaniyada da debüt edən mahnı 49-cu yerə kimi yüksələ bilmişdir.[49]
Canlı ifalar
Madonna "Bitch I'm Madonna" mahnısını 9 aprel 2015-ci ildə "The Tonight Show Starring Jimmy Fallon" verilişində ifa etmişdir.[50] Performans səhnə arxasında Madonnanın makiyajının tamamlanması görüntüləri ilə başlayır, daha sonra isə Diplonun qarderobunda onun qadınların ətrafında əylənməsi təsviri ilə davam edir. Daha sonra Madonna dəhlizdə rəqs edərək studiyaya daxil olur. Studiyada energetik rəqs edən Madonnanı Diplo müşayət edir, ekranda Niki Minajın video şəkilləri göstərilir. Madonna həm də Cimmi Fallonu onunla birlikdə oxumağa məcbur edir.[51][52]
"Idolator"dan Bayans Qreys bu performansı müsbət qiymətləndirərək qeyd edir ki, "Adətən bütün ifaçılar etdiyi kimi Madonna da bir qədər köhnə sinqlı olan 'Living for Love' və ya ondan sonra çıxarılmış 'Ghosttown' mahnısını ifa etmək əvəzinə, ən yeni mahnısını canlı səsləndirdi və biz buna çox şadıq. Meyc isə 'Bitch I'm Madonna' mahnısının çox şən və çılğın versiyasını hazırlayıb."[53]The Hollywood Reporter bu performansı Madonnanın 2015-ci il performanslarının top 5-liyinə daxil etmişdir.[54] "Stereogum" Ketilin Vayt bu performansdan zövq aldığını deyərək qeyd edir ki, "Onun 56 yaşında necə rəqs etdiyini nəzərə alsaq, müğənnini superinsan hesab etmək olar və mən şoudan bu qədər zövq aldığıma təəccüblənirəm."[55] "MuuMuse"dan Bredli tern də performansı oxşar şəkildə şərh edərək "Rebel Heart dövrünün ən yaxşı televiziya performanslarından biri" adlandırır.[56]
Rebel Heart turnesinin (2015–16) birinci mərhələsində mahnının iki canlı ifası planlaşdırılmışdır. Birinci mərhələdə mahnının sərhə performansı üçün Janna d'Ark obrazından təsirlənən dizayner Arianna Fillips Los Anceles Dairəsi Sənət Muzeyində saxlanan samuray silahları nümunəsində dekor və aksesuarlar hazırlamışdır.[57] Bu performansda Madonnanıgeyşa geyiminə bənzər geyimlərdə olan rəqqasələr müşayət edir. Onların əlində isə Yapon müharibə yelpikləri vardır. Minaj isə arxada görünərək rep hissəsini ifa edir.[58]
Musiqi videosu
Fon
Madonna "Bitch I'm Madonna" mahnısının üçüncü sinql olacağını elan edərkən mahnı üçün musiqi videosunun da çəkiləcəyini elan etdi. O, öz Instagram hesabında paylaşdığı video ilə videoda sürpriz qonaqların olacağını bildirmişdi.[59] Bu Instagram postunda aralarında Beyonce, Keti Perri, Mayli Sayrus, Rita Ora və əlbəttə ki, Minaj və Diplonun da olduğu bir neçə nəfər işarələnmişdi. Onlardan başqa kostyum dizayneri Arianna Filipps, saç ustası Endi Lekompte və dəb dizayneri Ceremi Skott da postda işarələnmişdilər.[60] Bundan sonra musiqi videosunun Teylor Sviftin bir müddət əvvəl çıxarılmış "Bad Blood” musiqi videosu ilə müqayisəsinə başlanılmışdır.[61] Madonna daha sonra cəhrayı saç və pravokativ geyimlə olan çəkiliş fotosunu paylaşmışdı. "The Flaming Lips" rok qrupunun Ueyn Koyn da çəkiliş meydanını ziyarət edərək qısa video çəkmiş və öz hesabında paylaşmışdı.[62][63] Conas Akerlundun rejissorluğu ilə çəkilmiş musiqi videosunun əsas çəkilişləri Nyu-Yorkun Standart Hotelinin yuxarı mərtəbələrində aparılmışdır. Rejissor qeyd edir:
“Madonna mənimlə 'Ghosttown'a görə əlaqə saxlamışdı. Biz uzun müddət idi ki, fikir ayrılığına görə onunla işləmirdik, lakin, mən “Rebel Heart” albomundakı bütün mahnıları dinlədikdən sonra 'Ghosttown' mahnısını çox bəyənmişdim. Mən yaradıcılıq gücmü işə saldım. Və, bəli, biz birlikdə işləməkdən zövq aldıq. Bu işdən sonra mən mütləq yeni bir işə başlamalı idim və o, məndən soruşdu ki, 'Bitch I'm Madonna' mahnısı üzərində işləmək istəyirəmmi. Mən gördüm ki, o, 'Ghosttown'dan tamamilə fərqlidir, əyləncə və çılğınlıqdan bir qədər ciddi işdir.”[64]
Komandanın çəkilişin müxtəlif aspektlərini tamamlamaq, həmçinin davamiyyəti təkrarlamaq üçün çox qısa vaxtı var idi. Musiqi videosunun tamamlanması üçün onların cəmi bir gecə vaxtları var idi, buna görə də Madonnaya dəstək olmaları üçün yaxın dostları və ailə üzvləri də çəkiliş meydanına dəvət edilmişdilər. Normal çəkiliş planından fərqli olaraq, komanda mümkün qədər cəld hərəkət etməli idi, çünki musiqi videosunda gecə əyləncələri təsvir olunur. Ümumi xareoqrafiyadan əlavə hər bir iştirakçının çəkiliş meydanında özünəməxsus yeri var idi və onlar öz çəkiliş vaxtlarının gəlməsini gözləməli idilər.[64] Aralarında Moschino, Discount Universe, SSUR, Chanel, Majesty Black-in də olduğu bir çox dəb dizaynerləri musiqi videosunun çəkilişində istifadə olunması üçün müğənnilərə geyimlər hazırlamış, Giuseppe Zanotti isə ayaqqabılar hazırlamışdır.[65] Style.com-dan Ember Kallor qeyd edir ki, parlaq rəngli saçlar, qara dodaqlar, ağ qaşlar və parlaq göz makiyajı da daxil olmaqla bir çox müasir dəb trendləri musiqi videosunda əks olunmuşdur.[66]
Çıxarılması
Videonun 16 iyun 2015-ci ildə çıxarılacağı elan edilmişdi; Madonna həm də, partidən sonrakı hadisələrin təsvir edildiyi və fonda mahnının səsləndiyi tizer videosu yayımlamışdı. Musiqi videosunun çıxarılması günü Madonnanın Instagramında poster yayımlanmış və bu poster vasitəsilə Beyoncenin də videoda çəkildiyi təsdiqlənmişdir.[67][68] "Billboard" jurnalından Coe Linç bu posteri Teylor Sviftin "Bad Blood" musiqi videosunun çıxarılmasından əvvəl yayımlanmış posterlə müqayisə etmiş, daha sonra isə qeyd etmişdir ki, "görünür Meydc bu layihəni Sviftin planlarının açıqlanmasından xeyli əvvəl hazırlamışdır."[69] Lakin, 16 iyunda video təqdim edilmədi, əvəzinə cins şort geyinmiş Madonnanın tverkinq videosu yayımlandı.[70] Növbəti gün Tidal vasitəsilə musiqi videosu və səhnə arxası çəkiliş görüntüləri yayımlandı. Bu eksklüziv yayım 24 saat ərzində sayta izləyici axınını gücləndirdi, növbəti gün isə video Madonnanın Vevo səhifəsində təqdim edildi.[71][72] Videoda rol almış məşhurların tam siyahısına Beyonce, Keti Perri, Mayli Sayrus, Nikki Minaj, Rita Ora, Diplo, Kanye Vest, Kris Rok, dizayner Aleksandr Vanq, model Con Kortaxarena, Madonnanın oğulları Rokko və David daxildirlər.[65][73] Lakin video Tidalda problemlərin yaranmasına səbəb olmuş, xəta mesajları və donmalardan şikayətlər edildikdən sonra, kompaniya Twitter vasitəsilə üzr istəmişdir: "Biz #BitchImMadonna videosunu izləmək istəyən bütün fanatlardan üzr istəyir və problemlərin aradan qaldırılması üzərində çalışırıq."[74]
Məzmunu
Musiqi videosu ağ geyimli dörd qız uşağının mahnının açılış xəttini ifa etməsi ilə başlayır. Sağ tərəfdə idmanla məşğul olan heyvan printli paltar və tikanlı çəhrayı bayker dəri pencəyi geyinmiş Madonna görsənir.[75] O rəngli dəhlizlə irəliləyərək su içir, oğlanla öpüşür, yenidən irəliləyir və Diplonun yanından keçir. Xor ifaya başlayanda iki yapon rəqqasə hamam vannasının içində xareoqrafik hərəkətlər edir, Madonna məkana daxil olaraq onlara qoşulur. "Bitch I'm Madonna" ifadəsi səslənərkən Madonna Ora və Rokun yanından keçir və onlar həmin ifadəni təkrarlayırlar. İkinci bənd Madonnanın dəhlizdə tək irəliləməsi ilə başlayır, şarları itələyən Madonna yenidən Diplo ilə qarşılaşır, sonra kamera bir neçə neon bəzəkli corab gəlinciyi göstərir və onlar birlikdə mahnını ifa edirlər.
İkinci xor zamanı Madonna və onu müşayət edən rəqqaslar dəhlizdən bara çıxırlar, burada Madonna bar kənarında oturmuş oğlanı (Kortaxarena) içməyə məcbur edir, rəqqasə ona kərkinir və onlar birlikdə rəqs etməyə davam edirlər. Bundan sonra gözlərinin ətrafına tünd makiyaj edilmiş Mayli Sayrus görünərək orta barmaq işarəsi göstərir və dil çıxarır, onun ardınca Vanq, Diplo və Rokko bar ətrafında görünürlər. Daha sonra Beyonce Madonnanın "Vogue" (1990) musiqi videosundakı kimi poz verir[76], Keti Perri mahnını oxuyaraq rəqs edirDevid rəqs edir, Madonna və rəqqaslar isə onu alqışlayırlar, xor mahnının adını ifa edir. Xorun ifası tamamlananda rəqqaslar monitoru qaldırırlar və orada Minaj görsənərək öz partiyasını ifa etməyə başlayır, Vestin mahnının adını təkrarlaması və alqışlaması verilir. Madonna və rəqqaslar irəliləməyə davam edərək rəqs meydanına çatırlar. Madonna pilləkəndən keçərək qızla öpüşür və oğlanın üstünə su tökür, daha sonra isə partinin keçirildiyi dama çıxır. Mahnı sona yaxınlaşarkən Madonna rəqqasların əhatəsində yerə uzanmış göstərilir. Musiqi videosu uzaqdan Standart Hotelin göstərilməsi ilə tamamlanır, hotelin damında partinin davam etməsi sezilir.
Alternativ sonluqda musiqi videosunun səhnə arxası çəkilişləri və Madonnanın oğlan modellə partini tərk etməsi göstərilir. Madonnanın otaqda gəzərək şüşə pəncərədən Nyu-York mənzərəsini izləməsi səhnəsi də burada çəkilmişdir. Madonnanın Ora və Rokla görüşməsi, bir neçə dəfə corab oyuncaqların üstünə atılması və kiçik qızlarla mahnı oxuması da yayımlanmış səhnə arxası çəkiliş səhnələrindəndir.[77] Kleinenberqin remixi üçün hazırlanmış başqa bir videoda isə Madonnanın çəkilişləri və qonaq ulduzların daha az hərəkətli görüntüləri verilir.[78]
Qəbulu və tədqiqi
"Billboard" jurnalından Ceyson Lipşutz yazdığı məqalədə bu musiqi videosunun çıxarılmasının Madonna üçün nəyə görə vacib olmasını tədqiq edir. O, qeyd edir ki, "Rebel Heart" dövrünün təbliğ edilməsinə "MDNA" dövrünün təbliğindən daha çox diqqət yetirilmişdir. Əvvəlki iki sinql olan "Living for Love" və "Ghosttown" "Billboard Hot 100" hit-paradına girə bilməmişdir, buna görə də, "Bitch I'm Madonna" sinqlının çıxarılmasına kimi, "Rebel Heart" Madonnanın Hot 100-də sinqlı olmayan ilk albomu olmuşdur. Lipşutz qeyd edir ki, musiqi videosuna cəlb edilmiş kameolar bütün dövr ərzində dinləyicilərin diqqətini cəlb etməyə hesablanmış addımdır. "Əslində Madonna Pop kraliçasını meydana çıxararaq kartotekasında olan ulduzlardan bir neçəsini öz ətrafında cəmləşdirmişdir. Günün sonunda musiqi videonda Beyoncenin vogue hərəkətlərini etməsini görmək həqiqətən də möhtəşəmdir! Və o, bunu edə bildi, çünki, siz bilirsiniz o necədir" deyə Lipşutz əlavə edir.[79] Həmin jurnaldan Coe Linç isə musiqi videosunu "ulduz gücünün çaşqınlığı" adlandırır və əlavə edir ki, videoda "Maylinin orta barmağı, Madonnanın köynəksiz oğlanla öpüşməsi, üst geyimsiz qadınların hamam səhnəsi, brekdans, corab oyuncaqların oxuması Moschino dəbi və başqa bir çox şeylər var".[65] "Spin" jurnalından Brennan Karli fikirləşir ki, dəvət edilmiş kameolar musiqi videosunu tamamlayıblar, lakin, inanır ki, videonun "möhtəşəmliyi və ambisiyası" onu "Hung up" (2005) və "Living for Love" mahnıları üçün çəkilmiş videolarla müqayisə eləməyə imkan verir.[80]
"Entertainment Weekly" jurnalından Kevin O'Donnel qeyd edir ki, "hər dəfə Madonnanın yeni video haqqında elan etməsi qlobal bir hadisədir. Və onun videonu necə adlandırmasından asılı olmayaraq, həmin videonun ilin ən çılğın videolarından biri olacağına əmin olmaq olar."[64] "San Jose Mercury News"dan Hiks videodan təsirləsə də, hiss etmişdi ki, Madonna qonaq ulduzlarsız da bu videonu çəkə bilərdi.[81] "MTV News"dan Emili Linder qeyd edir ki, bu video Teylor Sviftin çıxardığı videodan tamamilə fərqlidir, lakin, videoda, partinin "futuristik" təsvir olunduğunu bildirir.[82] "Rolling Stone " jurnalından Deniel Kreps bəyan edir ki, "Bitch I'm Madonna" mahnısının çıxarılması ilə "bütün ulduzların iştirakı ilə çəkilən blokbaster musiqi videoları dövrünə qədəm basdıq."[83] "Time" jurnalından Nolan Fini və "Los Angeles Times"dan Avqust Braun qeyd edirlər ki, "video göstərir ki, yalnız Madonnanın A-siyahı ulduzlarını bir araya gətirməyə ulduz gücü yetər."[84][85]
"VH1"-dən Kristofer Rouz, Rita Ora xaric olmaqla videoda rol almış xanımların heç birinin səhnə arxası görüntülərinin yayımlanmamasını tənqid etmişdir; onların hissələri ayrılıqda çəkilmişdir.[86] "Life & Style" jurnalı üçün yazdığı məqalədə Şantal Valdoltz musiqi videosunun onu xəyal qırıqlığına uğratdığını qeyd edir və kameoların qısa müddət görünmələrini "darıxdırıcı" adlandırır.[87] "The Daily Beast "dan Kevin Fallon videonu "riqqətli və kədərli" adlandırır, Sviftin videosundakı kimi ulduzların qonaq qismində layihəyə cəlb edilməsini isə anlamsız hesab edir. Lakin, o, videonun çəkilmə keyfiyyətini 2014-cü ildə qara yumor janrında çəkilmiş və İlin Ən Yaxşı Filmi nominasiyasında Oskar mükafatına layiq görülmüş "Bördmen" filmi ilə müqayisə edir.[88]
"The Sydney Morning Herald"dan Bernard Zuel Tidalda çıxarılmanın problemlərindən bəhs edir. O, Madonnanın dəstəsini videonu layiqincə yayımlaya bilməməkdə günahlandırır.[74] "The Guardian"dan Şepo Mokoena kameoların cəlb edilməsini yaxşı qarşılamır.[89]
Webo Girl Publishing, Inc. (ASCAP) / Songs Music Publishing, LLC on behalf of "I Like Turtles" Music
Songs of SMP (ASCAP) / Lion of God Publishing Co. (ASCAP) c/o Kobalt Songs Music Publishing / EMI April Music, Inc. və MoZella Mo Music (ASCAP) / Atlas Music Publishing on behalf of itself and Gadfly Songs (ASCAP)
Songs of Universal, Inc. (BMI) və Harajuku Barbie Music (BMI) / Brill Building Songs (ASCAP) c/o Kobalt Songs Music Publishing
↑ERROR: Billboard chart was invoked without providing an artist id. Artist id is a mandatory field for this call.Madonna Album & Song Chart HistoryCanadian Hot 100, Madonna. Prometheus Global Media. Yoxlanılıb July 9, 2015.
↑ERROR: Billboard chart was invoked without providing an artist id. Artist id is a mandatory field for this call.Madonna Album & Song Chart HistoryBillboardHot 100, Madonna. Prometheus Global Media. Yoxlanılıb June 25, 2015.
↑ERROR: Billboard chart was invoked without providing an artist id. Artist id is a mandatory field for this call.Madonna Album & Song Chart HistoryBillboard Hot Dance Club Songs, Madonna. Prometheus Global Media. Yoxlanılıb August 5, 2015.
↑[Poland album certifications "Polish album certifications – Madonna – Bitch I'm Madonna"] (#bad_url)(Polish). Polish Producers of Audio and Video (ZPAV). March 11, 2015. İstifadə tarixi: 13 iyul 2017.