Birinci metatarsal sümük — ayaqda baş barmağın arxasındakı sümük. Birinci metatarsal sümük metatarsal sümüklərin ən qısası, ən qalını və ən güclüsüdür.[1]
Digər 4 metatarsal sümüklər kimi, 3 hissəyə bölünə bilər: əsas, govdə və baş:
Əsas — ayaq biləyinə ən yaxın hissə
Baş — baş barmağa ən yaxın hissə
Gövdə — ortadakı daralmış hissə
Sümük bir qədər yastı və 2 tərəflidir: plantar (ayaq dabanına doğru) və dorsal tərəf (ayaqda dayanarkən yuxarıya baxan sahə).[1] Əsas hissəsində bir qayda olaraq, yan tərəflərdə oynaq fasetləri (oynaq səthləri) yoxdur, lakin bəzən yan tərəfdə oval faset var və onun vasitəsilə ikinci metatarsal sümük[2] ilə birləşir. Plantar səthinin yanal hissəsində fibularis longusun vətərinin bağlanması üçün oval çıxıntı və ya yumruluq var.
Birinci metatarsal orta mixi sümük ilə və az dərəcədə aralıq mixi sümüklər[3] ilə birləşir (oynaqlar əmələ gətirir).[4] Onun proksimal artikulyar səthi böyük və böyrək şəklindədir, ətrafı tarsometatarsal bağlar üçün yivlidir və medial olaraq tibialis anterior vətərinin bir hissəsinə daxil olur.
Gövdəsi — güclü, yaxşı müəyyən edilmiş prizma şəklindədir.
Başı — böyükdür onun plantar səthində səsamoid sümüklərin sürüşdüyü 2 yivli üz var
Kənarları — hamar bir hündürlüklə ayrılır.
Əzələ əlavələri
Birinci metatarsal sümüyə 3 əzələ birləşir: tibialis anterior, fibularis longus və birinci dorsal interosseus.[5]
Birinci dorsal interosseus əzələsinin yan hissəsi sümüyün medial tərəfindən əmələ gəlir. Onun funksiyası ayaq barmaqlarını tərpədməkdir.[6]