Binə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə;
Xəzər rayonunun əhalisinin sayına görə ən böyük qəsəbəsi.[2]
Tarixi
Binə ərazisinə görə Bakının Maştağadan sonra ən böyük ikinci qəsəbəsidir. Məskunlaşma baxımından Abşeronun ən cavan yaşayış məntəqələrindən biri sayılır. Burada XVII əsrin ortalarından etibarən əhali daimi olaraq məskunlaşmağa başlamışdır. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül, pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. Qəsəbə ərazisində bir neçə ictimai və dini abidələr mövcuddur. Bunlardan 1814—1815 və 1878—1879-cu illərdə inşa olunan iki el hamamını, 1877-ci ildə tikilən Hacı Ərəb və 1916-cı ildə istifadəyə verilən "Möhsin Səlim" məscidini qeyd etmək olar.
Mədəniyyəti
Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı bu qəsəbə ərazisində yerləşir. Həmçinin Milli Aviasiya Akademiyası da burada yerləşir.
Coğrafiyası və iqlimi
İqlimi yayı quraq və isti, qışı mülayim keçən yarımsəhra-quru çöl iqlimidir.
Ərazisinin çox hissəsində yarımsəhra landşaftı üstünlük təşkil edir.
Son illərdə əhalinin qəsəbəyə güclü miqrasiyasının nəticəsi olaraq, antropogenləşmə çox yüksəkdir.
Torpağı tipik boz-qonur və onun növləridir.Ümumən, Binə torpağı aşağı keyfiyyətli olsa da,suvarılan və gübrələnən torpaqlarda məhsuldarlıq yüksəkdir.
Qəsəbə ərazisində yerləşən Beynəlxalq Hava Limanının şüalandırıcı və radioaktiv təsirinin zeytun və digər ağaclara zərərverici təsiri müşahidə edilir. Bu amil nəzərə alınmazsa, qarağac, nar, badam, zeytun həmçinin, şam, küknar ağacları yaxşı bitir və məhsul verir.
Əhalisi
Burada ilk məskunlaşan əhali bəzi mənbələrə görə Kürkəndinin əhalisi, bəzi mənbələrə görə isə Nardaran kəndinin əhalisini olmuşdur. Qəsəbə əvvəllər Nardaran əhalisinin otlaq ərazisi olmuş və ilk məskunlaşan da məhz Nardaranlılar olmuşdur.[mənbə göstərin] 1989-cu ildə SSRİ-də keçirilən əhalinin siyahıyaalmasına əsasən Binə qəsəbəsinin əhalisinin sayı 22.809 nəfər təşkil edirdi[3]. Hal-hazırda Binə qəsəbəsində qeyri-rəsmi məlumatlara görə 150.000-dən çox, statistik məlumatlara görə isə, təqribən 55.000 — 60.000 insan məskunlaşıb və son illərdə bu rəqəm qəsəbənin şəhərləşməsi ilə, dinamik sürətdə artmağa davam edir.
Binə əhalisinin etnik tərkibini, əsasən, Nardaran , Kürkənd əhalisi və bundan əlavə Talış rayonlarından (Lerik ,Lənkəran, Astara, Masallı və s.) və aran rayonlarından təsərrüfat məqsədilə köçüb gələn insanlar təşkil edir. Binə sovxoz əhalisinin böyük əksəriyyətini ( Lerik , Naxçıvan və Cənub rayonlarından gələn insanlar həmçinin Gürcüstan gəlmələri ) təşkil edir . Tarixi Nardaran, Maştağa əhalisinin də böyük qismi Binədə məskunlaşıb.
İstinadlar
Mənbə
|
---|
Qəsəbələr | | |
---|
Ləğv olunmuş qəsəbələr | |
---|
Ləğv olunmuş kəndlər | |
---|