Bill Rassell NBA Finalları Ən Dəyərli Oyunçu Mükafatı
Bill Rassell NBA Finalları ən dəyərli oyunçu mükafatı - (əsasən NBA qaliblərinin ən dəyərli oyunçu mükafatı) 1969-cu ildən NBA qaliblərinə təqdim olunur[1]. Bu mükafatın verilməsində 11 nəfər iştirak edir və ən çox səsə malik olan şəxs bu mükafatı qazanır. Bu mükafat ilk olaraq 2005-ci ildə Bill Russellin xatirəsinə həsr olunaraq yeni formatda verilmişdir. Kunokun yeni formatı Larry O'Brien kubokuna bənzər bir qızıl basketbol formalı qara bir kubokdur[2].[3]
Bu dövrdə bu mükafat 30 yaxın müxtəlif oyunçuya təqdim olunub. Maykl Cordan 6 dəfə bu mükafata layiq görülüb[4]. Onunla yanaşı Mecik Conson, Şakil O'Nil, Tim Dunkan və LeBron James də öz karyeraları dövründə 3 dəfə mükafata layiq görülüblər. Cordan və O'Nil bu mükafatı ardıcıl olaraq 3 dəfə sezon oyunlarında alıb. Jonson bu mükafata layiq görülən ən gən oyunçudur. Belə ki, 0 20 yaşında ilk dəfə bu mükafatı almışdır. Cerri Vest NBA qaliblərinin ilk mükafatçısıdır ki, onun oynadığı komanda uduzsa belə, o bu mükafata səs vermə zamanı layiq görülmüş yeganə oyunçudur.
Villis Reed, Kərim Abdul-Cabbar, Lari Börd, Hakem Olacuvon bu mükafatı iki dəfə qazanıblar. Olacuvon, Braynt və Cams iki dəfə ardıcıl sezon oyunlarından sonra bu mükafata layiq görülüblər. Abdul-Cabbar və Ceyms iki müxtəlif komandada bu mükafata layiq görülmüş yeganə oyunçulardır.
Olacuvon əslən Nigeriyalı ancaq 1993-cü ildən Amerika vətəndaşlığı alan, Toni Parker və Dirk Novitzki Almaniyalı oyunçuları bu mükafatı alan xarici basketbol oyunçularıdır.
2009-cu il 14 fevralda Feniksdə keçirilən "NBA-nın bütün ulduzları həftəsonu" verilişində NBA təmsilçisi Devid Stern mükafatın adının "Bill Rassell NBA Finalları ən dəyərli oyunçu mükafatı" olaraq dəyişilməsini elan etdi. Bundan sonra bu adla mükafat 11 nəfərə verilmişdir.