Bilgah Beach Hotel

Bilgah Beach Hotel
Xəritə
40°34′37″ şm. e. 50°03′50″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Bilgəh
Tikilmə tarixi 2011
Aidiyyatı Abşeron Otel Qrup
Memarlıq quruluşu Modern
Vəziyyəti Fəaliyyət göstərir
Jumeirah Bilgah Beach Hotel (Azərbaycan)
Jumeirah Bilgah Beach Hotel
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Bilgah Beach Hotel"Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhəri, Bilgəh qəsəbəsində beşulduzlu otel. "Absheron Hotel Group"a məxsusdur.

"Bilgah Beach Hotel" kompleksi dünyanın 12 ölkəsində beşulduzlu otellərin sahibi olan "Jumeirah Group"un MDB məkanında ilk hoteli idi.[1] Dörd ilə tikilən hotelin inşasında 5 min nəfərədək qədər işçi çalışmışdır.[1]

Kompleksin 14 mərtəbəsində 175-i deluks, 37-si isə suit olmaqla 212 nömrə yaradılmışdır.[1]

Jumeirah Bilgah Beach Hotelin girişi

Eyni vaxtda 475 nəfərə xidmət etmək iqtidarında olan kompleksdə ümumi ərazisi 5 min 150 kvadratmetr olan Aqua-Park da yaradılmışdır. Burada, həmçinin tennis kortu, mini futbol, voleybol və basketbol meydançaları vardır. Kompleksin ərazisində mətbəxi, zalı, 3 yataq otağı və eyvanı olan ikimərtəbəli 14 kottec tikilmişdir.[1]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri 28 dekabr 2011-ci il tarixində "Jumeirah Bilgah Beach Hotel" kompleksinin açılışında iştirak ediblər.[1]

İstinadlar

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!