Bidzina İvanişvili

Bidzina İvanişvili
gürc. ბიძინა ივანიშვილი
25 oktyabr 2012 – 20 noyabr 2013
Şəxsi məlumatlar
Doğum adı ბიძინა ივანიშვილი
Doğum tarixi 18 fevral 1956(1956-02-18)[1] (68 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, iş adamı, sahibkar, iqtisadçı
Dini Gürcü Ortodoks Kilsəsi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad elmləri namizədi[d]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bidzina Qriqoryeviç İvanişvili[2][3] (gürc. ბიძინა ივანიშვილი; 18 fevral 1956[1], Çorvila[d], İmereti) — Gürcüstan siyasi və dövlət xadimi, 25 oktyabr 2012-ci ildən 20 noyabr 2013-cü ilədək Gürcüstan Respublikasının Baş Naziri.[4]

Həyatı

İvanişvili 1956-cı ildə Gürcüstanın Saçxer rayonunun Çorvila kəndində anadan olub. Gürcüstan Dövlət Universitetinin mühəndis-iqtisadiyyat fakültəsini bitirib. Moskvada aspirantura təhsili alıb. Gürcüstanın "Kartu" bankının sahibidir. 2012-ci ilə qədər Rusiyada bank və apteklər şəbəkəsinin sahibi olub. "Unikor" qrupunun sahibi, iqtisad elmləri namizədi[5][6][7].

2011-ci ildən siyasətlə məşğuldur[8]. Gürcüstanda 1 oktyabr 2012-ci il parlament seçkilərində onun rəhbərlik etdiyi Gürcüstan arzusu-Demokratik Gürcüstan seçki bloku deputat yerlərinin yarıdan çoxunu qazana bildi.[9]

Həm Rusiya, həm də Fransa vətəndaşlığı olan İvanişvilini "Forbes" jurnalı 2012-ci ildə Gürcüstanın ən varlı adamı elan edib. Üç oğlu və bir qızı var. Həyat yoldaşı və uşaqları Fransa vətəndaşlarıdır[10].

Gürcüstan baş naziri ola bilmək üçün, İvanişvili 2012-ci ilin oktyabr ayında Rusiya və Fransa vətəndaşlığından çıxdı və təkrar Gürcüstan vətəndaşlığı verildi[11].

İstinadlar

  1. 1 2 Bidsina Iwanischwili // Munzinger Personen (alm.).
  2. "5,2 milyardın sahibi olan, albinos atası gürcü - FOTO". Milli.az (az.). 20 iyun 2015. 2021-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021.
  3. Mamedov, Kamran. "Uğursuz demokratiya və sonsuz siyasi böhran". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 27 fevral 2021. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021.
  4. "Бидзина Иванишвили стал премьер-министром Грузии :: Политика :: Top.rbc.ru". 2012-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-04.
  5. Справка Борис Иванишвили Arxivləşdirilib 2011-01-22 at the Wayback Machine в рейтинге Forbes 2010 года.
  6. Статья Борис Иванишвили в справочнике Ведомости.
  7. Статья ИВАНИШВИЛИ Борис Григорьевич Arxivləşdirilib 2011-02-08 at the Wayback Machine в справочнике Коммерсантъ.
  8. Saakaşvili İvanişvilini baş nazir postuna namizəd irəli sürdü [ölü keçid]
  9. "Стало известно, как распределятся мандаты в парламенте Грузии". 2012-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-04.
  10. İvanişviliyə Gürcüstan vətəndaşlığı verildi [ölü keçid]
  11. "Georgian President returns Bidzina Ivanishvili's citizenship". 2013-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-04.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!