Beşinci Kuril boğazı — Sakit okeanda yerləşən boğaz. Onekotan və Makanruşi adalarını ayırır. Boğazın eni 28 km-dir. Kuril adalarının Böyük Kuril sıralaması arasında qərarlaşır.
Bəzən Yevreinov boğazı[1] olaraq adlandırılır. Bu ad isə rus dəniz geodeziyaçısı və səyahətçisi İvan Mixayloviç Yevreinovun şərəfinə verilmişdir.
İstinadlar
- ↑ Обзорно-географический Атлас России. — Картография, АСТ, Астрель, 2010. — С. 136—137.