Berkut |
---|
|
|
|
|
Berkut (lat. Aquila chrysaetos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.
Status
Azərbaycanda sayı azalan nadir növdür.
Yayılması
Azərbaycanda dəniz səviyyəsindən 1200 m və daha çox yüksəklikdə olan dağ rayonlarında yayılmışdır. Qışda yem üçün aran rayonlarına da enir.
Yaşayış yeri
Müxtəlifdir. Dağ meşələrinin yuxarı kənarlarındakı hündür ağaclarda, yüksək dağlardakı sıldırımlı qayalarda yuva düzəldir. Əsas yemlənmə yeri olan açıq sahələr kənd təsərrüfatı sahələrinə çevrilir.
Təbiətdə sayı
1990–1996-cı illər hesablamalarına əsasən Azərbaycanda berqutun ümumi sayı 15 yuvalayan cütdən çox deyil.
Çoxalması
Azərbaycanda berqutun çoxalması öyrənilməmişdir. Başqa populyasiyalardan məlumdur ki, berqut 4–5 yaşında cinsi yetişkənliyə çatır, daimi cütlər əmələ gətirir, fevral-mart aylarında 2–3 yumurta qoyub, 40 gün kürt yatır. Balalarını 80 günə qədər yuvada bəsləyir.
Rəqibi, düşməni, xəstəliyi
Leş və gəmiricilərlə yemlənən başqa növ yırtıcılar berqutun rəqibidir. Təbii düşmənləri və xəstəlikləri məlum deyil.
Sayının dəyişilmə səbəbləri
İnsan tərəfindən təqib edilməsi, gəmiricilərlə kimyəvi mübarizə qaydasının pozulması, qışda həm də yem azlığı berqutun sayını azaldır.
Qorunması üçün zəruri tədbirlər
Yuva sahələrini müəyyən edib təbii abidə kimi qorumalı; yırtıcı quşların qorunmasını geniş təbliğ etməli.
İstinadlar
Həmçinin bax
|
---|
Aquila chrysaetos | |
---|
Falco chrysaetos | |
---|