Belorusiya Sovet Sosialist Respublikası gerbi

Belorusiya Sovet Sosialist Respublikası gerbi
Detallar
Armiger  Belorusiya SSR
Təsis edilib 1981
Təsdiq edilib 30 mart 1927
Zirvə Qırmızı ulduz
Gerbin lövhəsi Qırmızı rəngli lentlər
Tərəfkeş Avrasiyanı göstərən qlobus, yüksələn günəş, oraq və çəkic
Şüar Bütün ölkələrin proletarları birləşin!
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Belorusiya Sovet Sosialist Respublikası gerbiBelorusiya SSR-nin dövlət gerbi.

Tarixi

Belarus, Belorusiya Sovet Sosialist Respublikasının 1920-ci ildə qurulmasından Sovet Sosialist Respublikaları İttifaqının süqutundan sonra, 1991-ci ildə müstəqilliyini elan etməsinə qədər digər sovet respublikalarının dövlət gerblərinə oxşar bir gerbdən istifadə edirdi. İlk rəsmi gerb 1919-cu ildə təsdiqlənmişdir. Bu gerb həmin dövrdə təsdiqlənən Ukrayna Sovet Sosialist RespublikasıRusiya Sovet Federativ Sosialist Respublikası dövlət gerblərinə çox oxşayırdı. Gerbin mərkəzində günəş şüalarının bəzədiyi qırmızı bir qalxan və sarı günəşin üstündə, qalxanın mərkəzində fəhlələr və kəndlilər arasındakı birliyi təmsil edən oraq və çəkic fiquru yerləşir. Oraq və çəkicin üstündə respublikanın Belarus dilində tam adının abreviaturası olan "Б.С.С.Р." (azərb. B.S.S.R.‎) yazılmışdır. Gerbin sağ və sol hissələrində buğda saplaqları yerləşir. Gerbin alt hissəsində qırmızı zəmin üzərində qara rəngdə Belarus dilində, SSRİ-nin rəsmi şüarı olan "Bütün ölkələrin proletarları birləşin!" yazılmışdır.[1]

1920-ci illərdə dövlət gerbi üçün çoxlu fərqli dizayn mövcud idi.[2] 11 aprel 1927 tarixində köhnə gerb yenidən dizayn edildi. Gerbin mərkəzində yerləşən qalxan fiquru çıxarılmış və daha çox söz ehtiva edən yəni bir gerbdən istifadə edilməyə başlandı. Yeni gerbin sağ hissəsində meşə yarpağı, sol hissəsində isə buğda saplaqları mövcud idi. Gerbin mərkəzində qlobusun arxasından yüksələn bir günəş təsvir edilmişdir. Oraq və çəkic fiquru yeniləndi və zirvəyə qırmızı ulduz simvolu əlavə edildi. Köhnə gerbin sağ ve sol hissəsində yerləşən buğda saplaqlarına kommunizmin simvolu olan qırmızı rəngli lent əlavə edildi və üstlərinə soldan sağa Belarus dilində, İdiş dilində, polyak dilindərus dilində "Bütün ölkələrin proletarları birləşin!" yazıldı. Alt hissədə respublikanın Belarus dilində tam adının abreviaturası olan "Б.С.С.Р." (azərb. B.S.S.R.‎) ağ rəngdə yazılmışdır. Gerb 1937-ci ildə kiçik yeniləmələrə məruz qalmışdır.[3]

1950-ci ildə yeni bir gerb dizayn edilmişdir. Gerbin sağ və sol hissəindəki çiçək fiqurları yenilənmişdi. Gerbin sol hissəsinə yonca, sağ hissəsinə isə zəyrək yerləşdirilmişdi. Bu gerb dizaynı Belorusiya Sovet Sosialist Respublikası Konstitusiyasının 119. maddəsində müəyyənləşdirilmişdir. 28 fevral 1958 tarixində əvvəlki gerbə oxşayan yeni bir gerbdən istifadə edilməyə başlandı.[4]

Simvolizm

Gerbi təşkil edən elementlər digər sovet respublikalarının gerblərinə oxşar bir xüsusiyyət daşıyır. Gerbin mərkəzində fəhlələri və kəndliləri simvollaşdıran oraq və çəkic fiquru, gerbin altında kommunizmin rəmzi olan qırmızı rəngli lent fiquru mövcuddur. Gerbdə sovet gerblərinə xas olan qırmızı ulduz, budğa buketləri və qlobus yerləşir.[1]

Digər gerblər

Həmçinin bax

İstinadlar

  1. 1 2 "TГербы Советской Белоруссии, 1919". 2007-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-07.
  2. Byerastıyen, S. Дыялог па-над часам. Літаратура і мастацтва. 1972. səh. 15.
  3. "Гербы Беларуси". Heraldicum.ru. 2016-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-07.
  4. İmzasız. Флаг и Герб СССР. Moskva. 1972. səh. 26.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!