Belarusda təhsil

Belarus Dövlət Universitetinin Fizika kafedrası.

Belarusda təhsil (belar. Адукацыя ў Беларусі) — sisteminə məktəbəqədər tərbiyə, ümumi baza, ümumi orta, peşə-texniki, orta ixtisas, ali və ali təhsildən sonrakı təhsil daxildir. 15 yaşdan yuxarı əhalinin savadlılıq səviyyəsi 99,7% təşkil edir (2004).

Məktəbəqədər təhsil

Məktəbəqədər yaşlı (1–6 yaş) uşaqlar üçün körpələr evi, uşaq bağçaları, məktəbəqədər yaşlı uşaqlar üçün inkişaf mərkəzləri, uşaq bağça-məktəbləri fəaliyyət göstərir.[1] 2003/04 tədris ilində 5 yaşlı uşaqların 100%-i məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmuşlar.

Ümumi orta təhsil

Ümumi orta təhsil ibtidai, baza və axşam (növbəli) ümumtəhsil məktəbləri, gimnaziyalar, liseylər, internat-məktəblər, sanatoriya internat-məktəbləri, pedaqoji tədris kompleksləri tərəfindən həyata keçirilir. Ümumi orta təhsil müəssisələrində (təhsil müddəti 12 ildir) lisey və gimnaziya sinifləri, həmçinin ayrı-ayrı fənləri dərindən öyrədən siniflər təşkil olunmuşdur. 4408 orta ümum təhsil müəssisəsində 1369 min şagird təhsil alır (2004). Orta ixtisas təhsili texnikum, kollec və peşə-texniki məktəblərində həyata keçirilir (204 orta ixtisas təhsili müəssisəsində 162 mindən çox şagird təhsil alır).[1]

Ali təhsil

Ali təhsil sisteminə klassik universitetlər, profilli universitetlər (akademiyalar), inistitutlar və ali kolleclər daxildir. 2003/04-cü tədris ilində 59 ali məktəbdə (o cümlədən 14 qeyri-dövlət) 338 mindən çox tələbə təhsil almışdır. İri dövlət ali təhsil müəssisələri: Polotsk (1581 ildə təsis olun muşdur) və Qomel (1930–33) universitetləri, Minsk şəhərində Belarus (1921), pedaqoji (1922), tibb (1930), texnoloji (1930), iqtisad (1933) universitetləri və s.; kənd təsərrüfatı (Mogilyov vilayətinin Qorki kəndi, 1836), musiqi (1932; 1992-ci ilədək konservatoriya; 5 filialı var), incəsənət (1945-ci ildə inistitutlar teatr kimi təsis olunmuşdur) akademiyaları və s. Belarus Milli EA (1929) ölkənin aparıcı elmi müəssisəsidir; tərkibində 50-dən çox elmi tədqiqat inistitutlar fəaliyyət göstərir.

İnternat məktəblər

2011-ci ildə ölkədə 52 internat məktəb fəaliyyət göstərdi (2005-ci illə müqayisədə 30% aşağı). 70 % yetim uşaqlar övladlığa götürülərək evlərdə təhsil alır. Bu forma dövlətin həyata keçirdiyi sosial siyasətin bir hissəsi hesab olunur[2].

Mənbə

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.

İstinadlar

  1. 1 2 Образование в Республике Беларусь (2017/2018 учебный год). — Мн., 2017. — С. 7.
  2. "До 2015 года в Беларуси закроется не менее половины интернатов для детей-сирот". 2011-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-29.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!