İkinci Dünya müharibəsinin sonunda SSRİ-də kənd təsərrüfatı infrastrukturu pis vəziyyətdə idi: müharibənin sonrakı illərində kənd təsərrüfatı maşınlarının istehsalı mövcud deyildi. Böyük kolxozlarda hələ də işləyən traktorlar və maşınların əksəriyyəti 1930-cu illərin əvvəllərində və ya daha əvvəl istehsal edilmişdi və ağır istifadədən köhnəlmişdilər. Kommunist dövləti SSRİ daxilində bir neçə yerdə yeni traktorların istehsalına göstəriş vermişdi. MTZ-nin əsas quraşdırma zavodu Minskdə olsa da, digər yerlərdəki zavodlarında da müxtəlif tipli traktorların istehsalı mövcud idi. Bütün bu traktorlar dizayn olaraq bir-birlərindən fərqlənsələr də, hamısı "Belarus" adı altında ixrac edilirdi.
1948-ci ildən bəri Minsk Traktor Zavodunda 3 milyona yaxın traktor hazırlanmışdır.
2006-cı ilin oktyabrında Gəncə Avtomobil Zavodu ilə Minsk Traktor Zavodu arasında əməkdaşlıq yaradılmışdır. 2007-ci iln mart ayının 27-də Gəncə avtomobil zavodunda yığımdan keçən ilk "Belarus" markalı traktor konveyerdən düşüb.[2]
Pakistan
Fecto Group ilk dəfə 1962-ci ildə Qərbi Pakistanda Sovet Brend Traktorlarını təqdim etmişdi. Traktorlar əvvəllər SSRİ-dən gətirilmiş, daha sonra 1980-ci illərdə Lahorda Fecto Belarus Traktor Yığma Zavodu tikilmişdir. O vaxtdan bəri zavod tərəfindən 25 at gücündən 80 at gücünə qədər müxtəlif traktor modelləri təqdim edilib.[3]
Rumıniya
2010-cu ilin oktyabr ayında Rumıniyada yerləşən IRUM şirkəti, taxta-şalban traktorlarında ixtisaslaşaraq yerli bazar üçün xaricdən gətirilən Belarus TAG traktorlarından yığmağa başlyıb.[4]
Serbiya
2011-ci ildə Serbiyanın Agropanonka şirkəti yerli bazar üçün ildə 3 000 traktor yığmağa başlayıb.[5]
Tacikistan
2012-ci ilin sentyabrında Tacikistan və Belarus Tacikistanın cənubunda Belarus traktorları istehsal edən şirkət yaratmaq barədə razılığa gəliblər. Tacikistanda istehsal olunan traktorların bir hissəsinin regionun digər ölkələrinə ixracı planlaşdırılır.[6]
Kamboca
2013-cü ilin mart ayında KambocadaPnompen yaxınlığında Belarus Traktor Yığma Zavodu açılmışdır. Birgə layihə Kamboca və ətraf ölkələrin bazarlarına hər il 400-dən çox müxtəlif model traktorun tədarükünü nəzərdə tutur.[7]