Belarus relyefi

Belarusun relyef xəritəsi

Belarus Respublikasının relyefi əsasən, düzənlikdir. Qədim buzlaşmanın izlərinə rast gəlinir. Ölkənin şimal -qərb hissəsini Valday buzlaşmasının moren tirələri tutur. Mərkəzi hissədə cənub -qərbdən şimal -şərqə doğru ayrı-ayrı yüksəkliklərdən (Qrodno, Volkovısk, Novoqrudsk, Minsk, Vitebsk, Orşa və s.) ibarət geniş Belarus tirəsi uzanır. Dəniz səviyyəsindən maksimal hündürlük (345 m, Dzerjinskaya d.) Minsk yüksəkliyindədir. Şərqdədə Smolensk yüksəkliyinin kənar hissəsi, Belarus tirəsindən şimalda Polotsk ovalığı, cənubda geniş Polesye ovalığı və Dneprboyu ovalıq yerləşir. Ölkənin qərbi təpəlik, şərqii dalğalı-uvallı relyefə malikdir.

Ümumi məlumat

Belarus ərazisi bütünlüklə Şərqi Avropa düzənliyində yerləşir. Hündürlük 345 metrə (Dzerjinski dağı) 80 metr arasında dəyişir. Ən alçaq nöqtəsi Litva sərhəddində, Neman vadisindədir. Belarusun orta yüksəkliyi 160 metrdir.

Ölkə ərazisində üstünlük təşkil edən yüksəkliklər əsasən qərb və mərkəzi hissədə yerləşir. Hündürlüyü 200-300 metr arasında dəyişir. Eroziyaya məruz qalmış sahələr üstünlük təşkil edir. Parçalanma sıxlığı düzənliklərdə 0—0,2 km/km², yüksəklik və böyük çay vadilərində на — 1,0—2,0, bəzən3,0— 3,5 km/km²-dir.

Belarusun relyefinin formalaşmasında vacib rolu buzlaqlar oynayır. Son 500-600 min ərzində Belarus ərazisi azı beş buzlaşma görmüş. Buzlaq əsasən Belarus ərazisinə Skandinaviyadan irəlləmiş. Daha uzun müddətli buzlaşma Dnepr buzlaşması olmuş. Bu buzlaşma zamanı ölkə ərazisi tamamilə buz qatı ilə örtülmüş. Sonuncu buzlaşma - Poozerski buzlaşması Belarus ərazisinin 10 min əvvəl tərk etmiş.

Yer səthinin differensial quruluş xüsusiyyətilərinə görə Belarus ərazisi dörd geomorfoloji vilayətə bölünür: Belarus Poozeryası, Mərkəzi Belarus yüksəkliyi, Ön Polesye düzənlik və ovalıqları, Polesye

Ədəbiyyat

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.
  • Мацвееў А. В., Нечыпарэнка Л. А. Рэльеф Беларусі // БЭ ў 18 т. Т. 18. Кн. 2. Рэспубліка Беларусь. — Мн.: БелЭн, 2004.
  • Мацвееў А. В., Якушка В. П. Пра рэльеф Беларусі. Мн., 1994. 72 с.
  • Геоморфология Беларуси: учеб. пособие для студ. геогр. фак. /О. Ф. Якушко, Л. В. Марьина, Ю. Н. Емельянов; под ред. О. Ф Якушко. Мн., 2000. 172 с.
  • Матвеев А. В., Гурский Б. Н., Левицкая Р. И. Рельеф Белоруссии. — Мн.: Университетское, 1988.
  • Фізічная геаграфія Беларусі: вучэб. дап. для студ. геагр. фак. / пад рэд. Б. М. Гурскага, К. К. Кудло. — Мн., 1995. 192 с.


Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!