Bayraktar Mini PUA (türk.Bayraktar Mini ) — Kale-Baykar ortaqlığı tərəfindən yaxın məsafədən gecə-gündüz kəşfiyyat və müşahidə məqsədləri üçün hazırlanmış və istehsal edilmiş Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olan ilk milli və unikal mini sinif pilotsuz uçuş aparatıdır.
Kompozit materiallardan hazırlanır. Uçuşun idarəsi əl ilə həyata keçirilir. Sistem ilk dəfə 2007-ci ildə Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə edilmişdir.[1]Türkiyə Quru Qoşunları, Milli Kəşfiyyat Təşkilatı, Jandarma Komandanlığı və Polis Aviasiya xidməti tərəfindən fəal şəkildə istifadə olunur. 2012-ci ildə Qətərə ixracı ilə, Cümhuriyyət tarixində xaricə satılan ilk milli təyyarə sistemi adını almışdır.[2] olma unvanına da sahiptir[3][4] Təhvil edilən sistemlərin 60.000-dən çox uçuş növü var. 300-dən çox ədəd istehsal olunub istismara verilib.
PUA gecə və gündüz qısa məsafələrdə həyata keçirilən kəşfiyyat məqsədi üçün nəzərdə tutulmuşdur. İşlənilməsinə 2004-cü ildə başlanmışdır. 2005-ci ildə "Bayraktar A" adlanan ilk prototip yaradılmışdır. Bir sıra uğurlu testlərdən sonra kütləvi istehsalına başlanılmışdı. Daha sonra ciddi şəkildə təkmilləşdirilmiş və yeni versiyasına "Bayraktar B" adı verilmişdir.[5]
Sistem konfiqurasiyasında 19 Mini PUA sisteminin layihəsinə aşağıdakılar daxildir:
4 ədəd Hava Nəqliyyat vasitələri
2 ədəd Yer Nəzarət Stansiyaları
2 ədəd Yer Məlumat Terminalları (Avtomatik Yönləndirilmiş Anten Sistemi)
4 ədəd Gündüz Kamera Sistemləri
2 ədəd Gecə (Termal) Kamera Sistemi
Dəstək avadanlığı daxildir.
2 nəfər tərəfindən idarə edilən və portativ bir çantada daşınan sistem, bir illik sınaq və kütləvi istehsaldan sonra 2007-ci ilin dekabr ayında uğurla təhvil verildi. 2007-ci ildən bu yana "Bayraktar B" Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxildir.[6] Sonrakı iki tədarük 2008-ci ilin avqust ayında tamamlandı və müqaviləyə görə 19 sistem təhvil verildi.
Tamamilə orijinal təyyarə dizaynı, avtopilot rəhbərliyi idarəetmə sistemləri, Yer İdarəetmə Stansiyası Komandanlıq İdarəetmə elektronik avadanlığı və proqram sisteminə sahib olan Mini PUA, təhvil verildiyi gündən etibarən yüksək səviyyəsində sıx istifadə dövrünə qədəm qoydu. Sistemin əsas xüsusiyyətləri təhvil verildikdən sonra avtomatik qalxma, tam avtomatik uçuş xüsusiyyəti, paraşüt və ya gövdəyə avtomatik enmədir. Gecə və gündüz uça bilən Mini PUA, 2 min funt yüksəklikdə uçuş hündürlüyünə, 15 km-lik bir əlaqə məsafəsinə və dəqiq bir koordinat təyinatına sahibdir.[7]
Yerli orijinal inkişaf modeli ilə dizayn edilmiş Mini PUA Sistemi, AR-GE-dən kütləvi istehsal, təlim və inteqrasiya edilmiş lojistik proseslərinə qədər məhsulun istifadəsi və sınaq mərhələlərini uğurla başa vurmuşdur. Hərbi aviasiya texnologiyası olaraq qəbul edilən pilotsuz uçuş aparatı texnologiya baxımından Türkiyə üçün əhəmiyyətli bir addım idi. Xüsusən də hərbi heyət və firmalarla yaxın bir koordinasyonda Ar-Ge heyəti tədqiqat prosesini sürətli və təsirli bir şəkildə reallaşdırdı. Bu cür strateji və texnoloji baxımdan əhəmiyyətli bir məsələdə bu layihə ilə atılan addım, taktiki, əməliyyat sinifi PUA Sistemlərinin inkişafında bir nümunədir.[8][9].
Müqayisə
Orijinal və milli olaraq düzəldilmiş Mini PUA sistemi, uçuş məsafəsi, uçuş hündürlüyü, eniş tipi və inkişaf etmiş uçuş funksiyaları ilə dünyada geniş istifadə olunan digər Mini PUA Sistemlərinə nisbətən fərqlənir. ABŞ Silahlı Qüvvələri arsenalında 13.000-dən çox Raven Mini PUA sistemi və İsrail Silahlı Qüvvələri arsenalında 1000-dən çox Skylark Mini PUA sistemi var.
Texniki göstəriciləri
Xüsusiyyətləri
Bayraktar A
Bayraktar B
Uzunluğu
1.2 metrə
1.2 metrə
Qanadının aşılışı
1.6 metrə
1.9 metrə
Ağırlığı
3.5 kq
4.5 kq
Enerji / Mənbə
Elektrik / Batareya
Elektrik / Batareya
Uçması
Əllə uçurdulma
Əllə uçurdulma
Eniş
Gövdə Üzərinə
Gövdə Üzərinə / Paraşütlə eniş
Qət etdiyi məsafə
10 km
15 km (Avtomatik İzlənmə Anten Sistemi ile)
Havada qalma
60 Dəqiqə
60 Dəqiqə
Hündürlük
1000 funt
3000 funt
Maksimum hündürlük
12000 funt
12000 funt
Sürət
70 km / saat
55 km / saat
Yük 1
CCD Kamera (Tərpənməyən)
CCD Kamera (Dönən)
Yük 2
Termal Kamera (Tərpənməyən)
Termal Kamera (Dönən)
Material
Kompozit Materil
Kompozit Materil
İdarə heyəti
2 Nəfər
2 Nəfər
İstifadəsi
2007-ci ildən bəri istismara verilmişdir. Mini Pilotsuz Uçuş Aparatı Sisteminin istifadəsi və istismarını bacaraq mindən çox sertifikatlı mütəxəssis heyəti var.
Türk ordusunun HələbdəkiSüleyman Şah türbəsini qoruyan "Baykar" və "Kale" qruplarının fəaliyyəti Bayraktar Mini PUA vasitəsi ilə havadan izlənilmişdir.(2014-cü ilin mayı)[10]
iyun 2014-cü ildə Aktütün əməliyyatında istifadə edilmişdir.[14]
Baş Qərargah Yüksəkova Suüstü kəndindəki daş karxanasında işləyən və qaynı olan bir vətəndaş tərəfindən 00.05-də radələrində iki silahlı şəxs tərəfindən qaçırıldığını müəyyənləşdirmişdir.[15] Bayraktar Mini PUA onları izləmiş və Yüksekova İlçe Jandarma Komandanlığı qrupları tərəfindən gizlədikləri evdə saxlanılmışdılar.
Türk Silahlı Qüvvələri, İzmir-Doğanbəydə keçirilən "Efes 2010" hərbi təlimində ilk dəfə Bayraktar Mini PUA-sını geniş kütləyə təqdim etmişdir.[16][17][18][19]
2008-ci ildə terrorçuların hava danışıqlarının deşifrəsindən sonra Cudi dağında helikopterlərlə davamlı kəşfiyyat uçuşları həyata keçirilməyə başlanıldı.[20]
18.04.2015 tarixində Bayraktar Mini PUA 95-ci Zirehli Briqada Komandanlığı tərəfindən istifadə edilmişdir.[21]